Bu payız hansı rənglər dəbdə olacaq? - FOTO

Artıq isti yay günləri sona yetdi. Qarşıdan sərin payız və soyuq qış ayları gəlir. Bəs görəsən üzümüzə gələn mövsümdə hansı rənglər dəbdə olacaq? Bu ilin dəbi nələr vəd edir? Axı hamı dəbli görünmək istəyir.

BiG.AZ xəbər verir ki, anspress bütün bunlara cavab tapmaq üçün ölkəmizin aparıcı modelyeri Fəxriyyə Xələfovadan bir sıra məsləhətlər alıb. Bu və gələn illərin payız-qış mövsümündə geyimlərində açıq rənglər aktual olacaq. Hətta üst geyimlərində belə çəhrayı, bənövşəyi, mavi rəngin açıq tonlarına üstünlük veriləcək.

Mövsümün dəyişməsi ilə əlaqədar olaraq trençlər daha çox dəbdədir. Onların uzunluğu müxtəlifdir. Bu il uzunluğu dizdən 4 barmaq yuxarı olan trençlər aktual olacaq. Mövsümün hiti isə trençlərdə hansısa hissəsi (qollarda, beldə) rezin ilə yığılması sayılacaq. O cümlədən trençlərdə idman elementləri də müşahidə olunacaq.

Payız mövsümünün əsas elementi trençlər olduğuna görə digər elementlər də öz növbəsində ona uyğunlaşdırılır. Maraqlısı odur ki, bu il əsasən avanqard stildə olan rəngli ayaqqabılar daha çox dəbdə olacaq. Artıq uzun burun və dik daban ayaqqabılar dəbdən düşüb. Qısası, bu il ayaqqabı almaq istəyən xanımlar bir rəngdə olan ayaqqabıları axtarmamalıdırlar. Ayaqqabı alarkən onun üzərində müxtəlif kəmərlərin və zamokların olması da aktual olaraq qalır.

Klassik stili sevənlər üçün də deyək ki, xeyli dəyişikliklər var. Belə ki, bu stilə bir az romantik elementlər də daxil edilib. Məsələn, klassik stildə geyimin üzərində şifon və güllərin olması da məsləhət görülür. Hətta palto, pencək və ətəklərin də üzərində güllərin olması sezonun hiti sayılacaq.

Gecə geyimlərinə gəldikdə isə onların üzərində bir iri gül printin olması aktual olacaq. Payız yaz aylarında əsasən trikotajdan olan pançola nakidkalar dəbdə olacaq. Bu geyimlərin üzərində en çox folklor, etnik və hətta xalça naxışlarının olması müşahidə olunacaq. Ətəklərə gəlincə bu il daha çox dizə qədər və uzun olan yun ətəklər aktual olacaq. Klyoş şalvarlar yenidən dəbə qayıdır. Daha çox enli klyoş şalvarlar dəbdə olacaq. Bununla yanaşı dəridən olan ətəklər, gödəkçələr, şalvarlar da dəbdə olacaq.

Baş örtüklərinə gəldikdə isə əsasən idman üslubunda olan qaşlı kepkalar aktual olacaq. Bundan əlavə trikotajdan olan şərflər, toxunma əlcəklər dəbdə olacaq. Onlardan isə yarımçıq və barmaqsız əlcəklər yenidən qayıdacaq. Aksesuarlara gəldikdə isə bunlardan isə folklor stilində olan muncuqlar, taxtadan, metal və taxta qarışığından olan afrika stilində aksesuarlar dəbdə olacaq.

Sonda modelyer Fəxriyyə xanım onu da əlavə edib ki, bu ilin dəbi çox gənc avanqard və pozitivdir. Bütün geyimlərdə neon xətlər də aktual olacaq. Daha çox diskoteka stilində olan geyimlərin dəbdə olması gözlənlir.

Bu payız hansı rənglər dəbdə olacaq? - FOTOBu payız hansı rənglər dəbdə olacaq? - FOTOBu payız hansı rənglər dəbdə olacaq? - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6488   Tarix: 01 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055