Dişlərin vaxtından əvvəl tökülməsinin 7 səbəbi

Dişlərin vaxtından əvvəl tökülməsinin 7 səbəbiDişlər həssas olur. Hətta dünya miqyasında diş çürüyü və diş əti xəstəlikləri soyuqdəymədən sonra ən çox rast gəlinən xəstəliklər sırasında 2-ci yerdə dayanır. Dişlərin və diş ətinin möhkəm olması orqanizmin sağlamlığı üçün əhəmiyyətlidir. Bəs dişlərin tez zərər görməsinin və çürüməsinin səbəbləri nədir?

Publika.az-ın sağlamlıq bölməsi stomatoloq və protez mütəxəssisi Əmrə Orhonun dişlərin vaxtından əvvəl tökülməsi səbəbləri ilə bağlı fikirlərini təqdim edir:

Sərt cisimlərin dişlərə təsiri

Dişlərlə butulka qapağı açmaq, ip kəsmək, mismar çıxartmaq, paketin ağzını açmaq, qoz-fındıq qırmaq, buz dişləmək və.s dişlərə ciddi zərər verir. Dişlərin fiziki təsirə məruz qalması mina təbəqəsini zədələyir, çatlara, ciddi sınıqlara, hətta diş tökülməsinə yol açır.

Şirniyyatlar

Həddindən artıq şirniyyat yemək, hazır qidalarla qidalanmaq ağız içindəki turşu səviyyəsini artıraraq çürüklərin əmələ gəlməsinə səbəb olur. Şəkərli qidalar diş üzərinə asanlıqla yapışır və çox çətin təmizlənir. Bunların əvəzinə lifli, şəkər səviyyəsi aşağı olan, çiy və ya az bişmiş tərəvəz və meyvələrə üstünlük vermək lazımdır. Həmçinin şirniyyat və yağlı qidalar yedikdən sonra dişlər mütləq təmizlənməlidir.

Qazlı içkilər

Qazlı içkilər mina təbəqəsini yumşaldır və tərkibindəki çox miqdarda şəkər ağız içində çürük formalaşması üçün əlverişli şərait yaradır. Bu səbəbdən qazlı içkilər əvəzinə limonlu su, meyvə suları və ya ayran kimi təbii içkilərə üstünlük verməyi tövsiyə edirəm.

Çay və qəhvə

Çox çay və ya qəhvə istehlak etmək diş səthinə ləkə saldığı üçün tövsiyə olunmur. Qaralmış diş səthini təmizləmək üçün sərt təmizləyici və diş ağardıcı məhsullardan istifadə etmək lazım gəlir. Belə kimyəvi maddələr dişlərə ikiqat artıq zərər verir.

Siqaret

Siqaret tüstüsü ağıziçi toxumalara təsir edərək onların qalınlaşmasına və bunun nəticəsində də diş əti xəstəliklərinin gizli qalmasına yol açır. Normalda xəstənin ağıziçində görülən şiş, qızartı və qanaxmalar siqaret istifadə edənlərdə bilinmir. Diş əti toxumalarının qan dövranı da pozulduğu üçün yaralar çox gec sağalır.

Dişləri qıcamaq

Cəmiyyətdə olduqca tez-tez rast gəlinən "parafunksion", yəni "funksiyadan kənar hərəkət" adlandırılan bu vəziyyət dişlərin əyilməsinə, çənə oynağında və çeynəmə əzələlərində problemlərə səbəb olur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2437   Tarix: 01 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627