Azərbaycanda ''Eurovision Junior'' üçün qrup yaradıldı [Foto]

Gənc Azərbaycan bəstəkarı Ülviyyə Vəliyeva 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə himayəçisi olduğu "Butterflies" ("Kəpənəklər") qrupunu geniş ictimaiyyətə tanıdır. ATV Press-ə danışan Ülviyyə qrupunun yaranma zərurəti barədə bunları söylədi:

" Dörd gözəl, şirin "kəpənəklər"... Efirlərə çox baxdım, müxtəlif səpkili əsərlər, mahnılar bəstələdim. Bir az da uşaqlara vaxt ayırmaq qərarına gəldim. Çünki hazırda bu ölkədə uşaq mahnıları yatıb, inkişaf yoxdur, hamı uşaqları unudub. Yalnız sevgidən yazırlar. Özü də elə yazırlar ki, insanın sevməyi də gəlmir . Xarici kanallara baxıram və uşaqların necə üzə çıxdığını, inkişaf etdiyini görürəm. Aktiv dirlər , kamera ilə işləyirlər, utancaq deyillər. Niyə bizdə bu yoxdur? Uşaqlarla işləmək lazımdır. Bu öhdəliyi, məsuliyyəti üzərimə götürmək qərarına gəldim. Niyə də yox? "Butterflies" ad lı 4 qızdan ibarət ilk qrupumu yaratdım. Ləman, Nigar, Aylin və Nəzrin adlı çox aktiv, enerji dolu qızlardır ".

Qrup üzvlərini hansı kriteriyalara uyğun seçdiniyə gəldikdə isə Vəliyeva fikirlərini belə izah etdi: "İşlədiyim Xəzər Universitetinin "Dünya" məktəbində uşaqlar arasında seçim edərək, bu dördlüyün üzərində dayandım. Sözün düzü, axtarışım hələ də davam edir. Uşaqlarla işləməyim bununla bitməyəcək. İnşallah, bunlardan əlavə uşaq qrupları, solo ifalar və s. üzə çıxartmaq fikrim var. Yəni, marağı olanlar müraciət edə bilər. İstedadlı, aktiv, maraqlı uşaqlarla işləməkdən zövq alıram. Onların repertuarları nı özüm hazırla yıram. İfa edəcəkləri mahnıları da özüm yazıram. Sözləri isə müxtəlif şairlərə məxsusdur. Məsələn, ingilis dilində olan "Happy Butterflies" adlı mahnımın sözlərini Ruqiyyə Rüstəmova yazıb. "Günəş" adlı mahnımın sözlərini isə İsmayıl Vəliyev yazıb. Bizim bu və digər şairlərlə iş birli yimiz bundan sonra da davam edəcək " .

Vəliyeva qeyd edib ki, qrup üzvlərinin özlərinin stilisti var. Geyimlərinə gənc rəssam, stilist Nərminə Vəliyeva nəzarət edir. Ötən günlərdə fotosessiya olun. Şəkilləri rejissor-fotoqraf Xürrəm Sultan çəkib.

"O günümüzdən həzz aldıq. Müğənni kimi fotosessiya etmək qızlar üçün də maraqlı idi. Məqsədim yalnız qızlardan ibarət qrup yaratmaq deyildi. Sadəcə seçimlər belə alındı. Oğlanlar da bu işə cəlb olunacaq. Amma "Butterflies" qrupu kimi deyil. Ya başqa qrup, ya da solist kimi... Onların da duetlərini və s. edəcəyik. Planlar çoxdur. Qabaqcadan demək düşmür deyə, ətraflı danışmaq istəmirəm", - Vəliyeva əlavə etdi.

Qrupun ən böyük hədəfi isə "Eurovision Junior" müsabiqəsində Azərbaycan adından çıxış etməkdir.

"Qrupun əcnəbi uşaq qrupları ilə rəqabətə hazır olmasını istəyirik.
Azərbaycan hələ ki "Eurovision Junior" yarışmasında iştirak etməyib. İTV bunu yaradıcı uşaq qıtlığı ilə əlaqələndirir. Yaxın dostlarım deyir ki, bu mötəbər yarışmada ilk dəfə "Butterflies" qrupu çıxış etsin. Mənim elə esas məqsədlərimdən biri də qrupu "Eurovision Junior" səhnəsinə hazırlamaqdır", -Ülviyyə Vəliyeva dedi.

"Butterflies" qrupunun üzvləri bayramla əlaqədar olaraq 1 iyun tarixində saat 17:00-da İctimai radionun (90 FM), saat 18:00-da Space radiosunun (104 FM) canlı efirində qonaq olacaqlar.

Azərbaycanda ''Eurovision Junior'' üçün qrup yaradıldı [Foto]Azərbaycanda ''Eurovision Junior'' üçün qrup yaradıldı [Foto]Azərbaycanda ''Eurovision Junior'' üçün qrup yaradıldı [Foto]Azərbaycanda ''Eurovision Junior'' üçün qrup yaradıldı [Foto]Azərbaycanda ''Eurovision Junior'' üçün qrup yaradıldı [Foto]Azərbaycanda ''Eurovision Junior'' üçün qrup yaradıldı [Foto]Azərbaycanda ''Eurovision Junior'' üçün qrup yaradıldı [Foto]Azərbaycanda ''Eurovision Junior'' üçün qrup yaradıldı [Foto]Azərbaycanda ''Eurovision Junior'' üçün qrup yaradıldı [Foto]Azərbaycanda ''Eurovision Junior'' üçün qrup yaradıldı [Foto]


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6106   Tarix: 03 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xəyalə Manaflı həyat yoldaşı üçün mahnı oxudu - Video

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Xəyalə Manaflının toyu olub. Axşam.az xəbər verir ki, Nurlan adlı bəylə ailə quran sənətçinin özəl günündən görüntülər sosial şəbəkədə paylaşılıb. Gecədə diqqətçəkən məqamlardan biri də X.Manaflının həyat yoldaşı üçün mahnı oxuması olub. Qeyd edək ki, müğənni həya

18.04.2024 972
.

Nəzrinin xınasından görüntülər - Video

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin ötən gün xınayaxdı mərasimi olub. Axşam.az xəbər verir ki, bolger mərasimdən olan görüntüləri sosial media hesabında yayımlayıb. Məclisdə iştirak edənlər arasında müğənni Elariz Məmmədoğlu oğlu Məmmədin xanımı Mehriban da yer alıb. Qeyd edək ki

16.04.2024 1321
.

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:. "Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir

17.04.2024 828
.

"Avroviziya"dan sonra rus dilində danışır, verilişlərə gəlmirlər"

"Avroviziya"ya gedib gəlirlər efirə çıxmırlar. Onlara bunu xüsusi tapşırırlar ki, efirə çıxmayın? Ya da rus dilində danışırlar. Biri lap qabağa getdi. Hər yerdə rus dilində danışır, yazırdı. Bir gün konnservatoriyanın qabağında dayananda onu gördüm. İstiqanlı gəncdir, yaxınlaşdı orada uşaqlar

17.04.2024 707
.

"Xəstə qardaşımın ailəsinə baxıram" - Mətanət İsgəndərli

"Qardaşım uzun illərdir ki, dializ xəstəsidir. Onun ailəsini də mən dolandırıram. Əgər bu gün mən evimdə yemək yeyirəmsə, ürəyim partlayar, bilsəm ki, qardaşım və ya bacım ac oturub". -ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu teleproqramlardan birində səsləndirib

16.04.2024 809
.

Coni Dip qala alacaq

60 yaşlı aktyor Coni Dip tarixi tikili alacaq. xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. O, İtaliyanın Torino şəhərində 15-ci əsrdə tikilən qalanı almağı düşünür

17.04.2024 373
.

Həbsxanada evlənən müğənni: "Heç kimin bacarmadığını etmişəm"

"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək". Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin deyib. İfaçı həbsxanadakı evliliyindən söz salıb:. "Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsm

18.04.2024 1489
.

Serenay Sarıkaya Nyu-Yorkda - FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya Nyu-Yorka səyahət edib. xəbər verir ki, aktrisa səyahətdən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülərə minlərlə bəyənmə və şərh gəlib

19.04.2024 246
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18.04.2024 1168