Bakıda yeni Zooloji Park nə vaxt istifadəyə veriləcək?

Bakıda yeni Zooloji Park nə vaxt istifadəyə veriləcək?2016-cı ildə Azərbaycanda dünya standartlarına və müasir tələblərə cavab verən, özündə bütün qitələrin flora və faunasını cəmləşdirən yeni Zooloji Park istifadəyə veriləcək. Parkın harada yerləşəcəyi, flora və faunanın həmin əraziyə necə uyğunlaşdırılacağı, parkın layihəsi, hazırda və gələcəkdə görüləcək işlər barədə məlumat almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət etdik.

Nazirliyin Bioloji Müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə ilk olaraq yeni Zooloji Parkın Abşeron rayonunun Bakının mərkəzindən 20 km məsafədə yerləşən Qobu qəsəbəsində ayrılmış 55 hektar ərazidə salınacağını bildirdi:

"Son illər Azərbaycanda bioloji müxtəlifliyin qorunması ilə əlaqədar müxtəlif səpkili işlər həyata keçirilib. Bu qəbildən yeni zooloji parkın yaradılması məsələsini xüsusilə qeyd etmək olar. Aydındır ki, Azərbaycanda heyvanat parkı var, lakin bu, müstəqillik əldə olunandan sonra bütün sahələrdə qeydə alınan tərəqqi, yenilənmə, iqtisadiyyat və sənayenin dünya standartları səviyyəsində inkişafı ilə heç də ayaqlaşmır. Eyni zamanda heyvanat parkına gəlib-gedən müxtəlif ölkə mütəxəssisləri onun artıq çox geridə qalmış bir park olduğunu, yəni burada heyvanların normal yaşayışı və inkişafı üçün şəraitin olmadığını bildiriblər. Artıq Azərbaycanda dünya standartlarına uyğun heyvanat parkının yaradılmasına ehtiyacın olmasına dair məsələ beynəlxalq səviyyədə gündəmə gəlmişdi. Nəhayət Azərbaycan prezidentinin 2008-ci il 26 dekabr tarixində Zooloji parkın yaradılması haqqında 109 saylı sərəncamı qəbul olundu. Və həmin sərəncamla ETSN-in nəzdində qeyri-kommersiya hüquqi şəxsi statusuna malik Zooloji parkın yaradılması məsələsi təsdiq edildi".

"Təbii ki, bu zooloji park yüksək standartlara, müasir tələblərə uyğun bir zooloji park olmalıdır", - deyən Hikmət Əlizadənin sözlərinə görə, sərəncamın icra edilməsi, yəni yeni zooloji parkın dizayn, tikinti-inkişaf layihəsinin hazırlanması məqsədi ilə 2010-cu ilin iyun ayından etibarən keçirilmiş beynəlxalq tenderin nəticəsinə uyğun olaraq Türkiyənin "Ekodeinge Engineering and Consulting LTD" şirkəti ilə müqavilə bağlanıb və 2010-cu ilin iyun ayından etibarən bu şirkət artıq yeni zooloji parkın layihə dizayn sənədlərinin hazırlanması işlərinə başlayıb.

"Öz növbəsində yeni zooloji parkın harada yerləşməsi ilə bağlı müxtəlif təkliflər olub. Son olaraq, həm müvafiq infrastruktura malik olması, həm şəhərə yaxınlığı və digər tələblər nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2010-ci il tarixli 93 S saylı sərəncamı ilə Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində, təqribən Bakı şəhərinin mərkəzindən 20 km. kənarda 55 hektar torpaq sahəsi ayrılıb. Ötən müddət ərzində həmin torpaq sahəsində "Ekodeinge" şirkəti tərəfindən ilkin tədqiqat və qiymətləndirmə işləri aparılıb", - deyə ETSN rəsmisi bildirib.

H. Əlizadə qeyd edib ki, Türkiyə şirkətinə dəstək vermək üçün ETSN tərəfindən işçi qrup yaradılıb. Onun sözlərinə görə, bu işçi qrupda müxtəlif qurumlar və o cümlədən nazirliyin mütəxəssisləri iştirak edirlər.

"Qeyd edim ki, onlar bu günə qədər çoxsaylı birgə müşavirələr keçiriblər, ərazidə ilkin tədqiqat işləri aparıblar, ərazidən müxtəlif torpaq və su nümunələri götürülərək xaricdə onların laborator analizləri aparılıb və bu işlərin yekunu olaraq əldə olunan nəticələr zooloji parkın mütəmadi olaraq layihə sənədlərinin hazırlanmasında istifadə olunub. Yeni zooloji parkın layihə-dizayn işlərinin aparılmasına Türkiyə şirkəti tərəfindən son illər dünyanın bir sıra ölkələrində - Birləşmiş Ərəb Əmirlikləri, o cümlədən Dubay, Çexiya və Sinqapurda yaradılmış zooloji parkların layihələrini işləyən hollandiyalı, yeni zelandiyalı və sinqapurlu mütəxəssilər də cəlb olunub. Bu işlərin yekunu olaraq şirkət tərəfindən nəhayət ki, 2010-cu ilin sonunda əvvəlcə ilkin baş plan layihəsi və nəhayət 2011-ci ilin fevral ayında baş planın yekun layihəsi təqdim olunub, həmçinin müxtəlif qurumlar tərəfindən baxılaraq bəyənilib", - Hikmət Əlizadə söyləyib.

O hazırda həmin baş plan əsasında şirkət tərəfindən ərazidə yerləşdiriləcək obyektlərin konkret sxemlərinin çəkilməsi, dizayn işlərinin aparılması kimi işlərin getdiyini bildirib:

"Artıq ərazidə olacaq infrastruktur obyektlərinin elektrik enerjisi, qaz, su, kanalizasiya və istilik sistemi kimi kommunikasiya xəttləri ilə təmin edilməsi məqsədi ilə texnki hesabatlar hazırlanıb. Biz bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik və texniki şərtlər almışıq. İndi artıq növbəti mərhələ kimi həmin texniki şərtlər əsasında layihə sənədləri hazırlanacaq və ilk növbədə əraziyə bu xəttlərin çəkilməsi işləri aparılacaq".

Bioloji Müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktor müavini bildirib ki, parkın salınması üçün nəzərdə tutulan ərazi yarımsəhra quruluşuna malik olduğundan orada ciddi drenaj-abadlaşdırılma işləri aparılmalıdır. Ərazinin drenaj-abadlaşdırılması layihəsinin artıq hazır olduğunu bildirən H.Əlizadə bununla bağlı yaxın günlərdə tenderin keçiriləcəyini və qalib şirkətin ərazinin drenaj şəbəkəsinin çəkilməsi üzrə işləri həyata keçirəcəyini bildirib.

Yeni parkın necə adlanacağı ilə bağlı sualımızı cavablandıran ETSN rəsmisi mütəxəssislərlə müxtəlif variantların müzakirə olunduğunu və yekun olaraq Azərbaycanın Təbiət Aləmi Zooloji Parkı adında bir qurumun yaradılmasının qərara alındığını bildirib.

"İndi parkın işçi heyəti və ştat vahidləri ilə bağlı rəylər mövcuddur. Hazırda onlara qanuni statusun verilməsi, parkın bir idarə kimi yaradılması, layihə üzrə aparılan işlərin yaxın aylarda artıq başa çatdırılması, tikinti işləri, infrastrukturun çəkilməsi işlərinə başlanması prosesi gedir. Parkın salınması işlərində nə qədər vətəndaşın işlə təmin olunmasını hələ ki, söyləmək çətindir. Çünki layihə-dizayn işləri hələ tam yekunlaşmayıb. Bunun nəticəsindən asılı olaraq, yəni həcm məlum olandan sonra nə qədər insanın işlə təmin olunacağını demək olar. Ümumiyyətlə bu çox böyük bir layihə olacaq, nazirlik də bu işdə maraqlıdır. Biz hesab edirik ki, bu, Azərbaycan vətəndaşları, xüsüsən də gənc nəslin təlim-tərbiyəsi üçün, onların təbiətə məhəbbət ruhunda böyüməsi, o cümlədən onların dünya təbiətini qavraması və öyrənməsi istiqamətində çox böyük bir iş olacaq. Biz bu işlərin tez bir zamanda və keyfiyyətlə həyata keçirilməsində maraqlıyıq", - deyə Hikmət Əlizadə vurğulayıb.

Azərbaycanın Təbiət Aləmi Zooloji Parkında yerləşdiriləcək heyvanlar və bitki aləminə gəldikdə isə nazirlik nümayəndəsi bildirib ki, burada bir neçə amil nəzərə alınmalıdır.

"Biz bura maksimal dərəcədə müxtəlif heyvan və bitki növlərini cəlb etmək niyyətindəyik, xüsusilə də vəhşi təbiəti təmsil edən heyvanlar insanlar üçün çox maraqlı olardı. Lakin bura gətiriləcək heyvan və bitki növləri təbii ki, Azərbaycan iqliminə uyğun olmalıdır. Amma deyim ki, bununla belə parkda çoxsaylı heyvan və bitki növləri olacaq. Yeni yaradılacaq zooparkda müxtəlif bölmələr olacaq, heyvanlar qəfəsdə yaşamayacaq və onları bir-birindən təbii maneələr ayıracaq. Burada demək olar ki, dünyanı bütün qitələrini – Afrika, Şimali və Cənubi Amerika, Asiya, Avropa, Avstraliya, hətta Antarktidanı təmsil edəcək heyvan və bitkilər olacaq. Parkda balıqların yaşadığı bir məkanın, həmçinin delfinarinin olması nəzərdə tutulub. Bu xeyli vaxt və əmək tələb edən işdir və hazırda işlər gedir", - deyə Hikmət Əlizadə qeyd edib.

Layihənin maliyyə tərəflərinə gəldikdə isə, Hikmət Əlizadə hazırda 2 mln. 850 min vəsaitin ayrıldığını bildirib. Onun sözlərinə görə, bu sırf ərazinin tikinti-inkişaf planları layihələrinin hazırlanması üçün nəzərdə tutulub.

"Təbii ki, layihə işləri başa çatdıqdan sonra əlavə vəsaitə ehtiyac olacaq. Artıq infrastrukturun çəkilməsi və tikinti işlərinə əlavə vəsait hesablanacaq və buna uyğun olaraq tərəfimizdən Maliyyə Nazirliyi qarşısında məsələ qaldırılacaq", - deyə o bildirib.

Heyvanların saxlanılması və onlara qulluq edilməsi kimi işlərə xaricdən mütəxəssislərin dəvət olunub-olunmayacağı ilə bağlı suala cavab verən Hikmə Əlizadə bunun istisna olunmadığını bildirib:

"Bu istisna deyil. Layihə üzrə konsepsiyaya görə, ilkin mərhələdə biz ora öz mütəxəssislərimizi dəvət edəcəyik. Bizim təqribi hesablamalarımıza görə, park fəaliyyətə başlayandan sonra onun işçi ştatında 300 nəfərlik yer nəzərdə tutulub. Onun bir hissəsi artıq bu günlərdə işə cəlb olunub. Heyvanlara qulluq, onların yemlənməsi və xəstələnərkən onlara baxılması, bələdçilik kimi məsələlər üzrə cəlb olunan işçilərlə uzun müddətli treninqlər keçirilməlidir. Parkda çox nadir və ekzotik heyvanlar olacaq. Bu heyvanlara təbii ki, xüsusi qulluq tələb olunacaq və biz düşünürük ki, hazırda götürdüyümüz insanlara uzun müddət treninq keçilməlidir. Onlar məsələn xaricdə də təhsil alıb təcrübə mübadiləsi apara bilərlər, bunu ölkə daxilində də biz onlar üçün təşkil edə bilərik. Yəni bitkilər əkilənə və heyvanlar gətirilənə qədər insanlar hazır olmalıdırlar. Amma hansısa məsələlərdə xaricdən mütəxəssislərin dəvət olunması istisna edilmir".

Nazirlik nümayəndəsi parkın şəhərdən bir qədər kənarda olması və Bakıda artıq çoxdandır fəaliyyət göstərən heyvanxana parkının aqibəti ilə bağlı məsələlərə də aydınlıq gətirib:

"Biz parkın şəhərin mərkəzindən elə də uzaqda olmadığını düşünürük. Dünya təcrübəsinə görə zooloji parklar əksər hallarda şəhərin kənarında yerləşir. 20 km. Məsafə isə elə də uzaq deyil və hazırda Qobuya aparan yol yaxşı vəziyyətdədir. Amma təbii ki, xüsusi avtobuslar olacaq. Hətta layihəni hazırlayan şəxslərin fikrincə maliyyə dəstəyi olarsa, ora xüsusi dəmir yol xətti də çəkilə bilər. Yəni bu variant da var. Düşünürəm ki, yol infrastrukturu ilə bağlı elə bir çətinlik olmayacaq. Bakıdakı zooparkın ləğv olunması məsələsinə gəldikdə isə, bu dəqiqə o, gündəlikdə deyil. Yəni hazırda fəaliyyət göstərir. Və onunla bağlı aidiyyati qurumlar hansısa bir qərar qəbul də bilərlər. Yəni hazırda Bakı heyvanat parkı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində deyil".

Sonda Hikmət Əlizadə bütün bu işlərin nə zaman yekunlaşdırılacağı və sözügedən nəhəng parkın nə zaman istifadəyə veriləcəyi ilə bağlı məsələyə də toxunub. O bildirib ki, işlərə başlanması layihə üzrə işlərin qurtarmasından asılıdır, yəni böyük layihə olduğundan qanunla tender keçirilməlidir.

"Bu özü bir neçə ay çəkən işdir. Yəni layihə işlərinin yekunlaşmasından asılı olaraq tender keçiriləcək və qalib şirkət müəyyən olunduqdan sonra işlərə başlanacaq. Layihə müəlliflərinin fikrincə, yaxın 3 il ərzində, təqribən 2016-cı ilə qədər bu işləri bitirmək olar", - deyə ETSN-in Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6073   Tarix: 02 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865