Bakını yaxından tanıyaq [II Hissə]

Bakını yaxından tanıyaq [II Hissə]Əmircan- Bakının qədim kəndlərindən sayılır. A.Bakıxanov "Gülüstani-İrəm" əsərində öz doğma kəndinin adını "Əmir Hacan" yazmışdır. Tədqiqatçılar bu fikrə istinad edərək Məkkə ziyarətinə gedən zəvvarlara başçı təyin edilənə "Əmir Hac" deyilişini kəndin adına şamil ediblər. Doğrudur, yerli əhali kəndi Xilə adlandırır.Vaxtilə Əmircan xalçaları dünyada məşhur olub. Üləmaların, ruhanilərin, məşhur söz-sənət ustalarının ana yurdu sayılan Əmircan öz abidələri, məscid və minarələri ilə də tanınır. Əmircan öz qutabları ilə də çox məşhurdur (Xilə qutabı). 18-ci əsrdə Əmircandan keçən karvan yolu Bakının mərkəzi yollarından biri olub. Bakıya gələnlərin hamısı Əmircandan keçiblər.
Bakını yaxından tanıyaq [II Hissə]Keşlə-mənası "düzən", "geniş vadi" kimi izah edilir. Tarixi hərtərəfli öyrənilməmişdir. Burada XVII əsrə aid məscid var.
Bakını yaxından tanıyaq [II Hissə]Ramana-Abşeron zonasının ənənəvi kəndlərindən olub. Qala kəndi regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Tədqiqatçı Sara Aşurbəylinin fikrincə onun əsası eramızın təqribən 84-96-cı illəri arasında Roma İmperiyasının XII legionunun əsgərləri tərəfindən qoyulub.
Bakını yaxından tanıyaq [II Hissə]Bilgəh vaxtilə Bakının qədim kəndlərindən biridir. Bilgəh haradsa, "Piləgah" sözü ilə bağlanır, mənası "ipək hazırlanan yer" deməkdir. Görünür, vaxtilə burada barama becərirmişlər. Bilgəhdəki qayaüstü təsvirlər hələ orta əsrlərdə burada şəhər mədəniyyətinin inkişafından xəbər verir. Bilgəhdən keçən Avropa səyyahları da xatirələrində bu kəndin adını çəkirlər. Orta əsrlərə aid abidələrin bugünə qədər qalan qalıqları da bu qədim yaşayış məskəninin şərəfli keçmişindən xəbər verir. Xəzərin sahilində yerləşdiyindən həm də liman şəhəri kimi məşhurlaşmışdı.
Bakını yaxından tanıyaq [II Hissə]Novxanı-qaynaqlara görə hələ 500 il əvvəl indiki Novxanıdan bir qədər aralı, Binəqədi duz gölünün xəzrisində "Siyan" adlı kənd olub. "Siyan" sözü "yanmaq" sözü ilə bağlı olub. "Sis", "his", "tüstü" sözünün deformasiyaya uğramış variantı kimi yozulur "hisyandıran" kimi mənalandırılır. Bu kənd XVII əsrin ortalarından dəniz suyunun artması (bəzi mənbələrdə güclü zəlzələ) nəticəsində batmış, əhali indi Aşağıbaş adlanan yerdə məskunlaşmışdır. Bu kənddə tikilmiş yeni evlərə "təzə evlər"- farsca "nov xanı" adı verilmişdir ki, sonralar kənd bütövlükdə "Novxanı" adlandırılmışdır. Bu yerlərdə yaşayışın tarixi 2 min il bundan da əvvələ gedib çıxır. Bunu kənddə aşkarlanan məişət səciyyəli müxtəlif gil-saxsı qab nümunələri, soyuq silah nümunələri, habelə düzəldilmə, tarixi 900 il əvvələ gedib çıxan qəbirüstü sinədaşları deməyə əsas verir. XV əsrə aid qədim məscid, XVII əsrdən bu günümüzə qədər gəlib çatan qədim hamamlar da deyilənlərin təsdiqidir.
Bakını yaxından tanıyaq [II Hissə]Kürdəxanı-ilkin mülahizələrə görə, kəndin adı "kord", "kordə", yəni "bıçaq düzəldilən" yer anlamını verir. Digər tarixi mənbələrdə isə iddia edilir ki, vaxtilə bu ərazi su altında imiş, yarımada şəklində imiş. Kənd sonralar Kürdəxanı adlandırılıb. Kənd ağsaqqalları isə "Kürdəxanı" sözünün mənşəyini burada kürdlərin yaşaması ilə də əlaqələndirir.
Bakını yaxından tanıyaq [II Hissə]Pirşağı-Bakının ən qədim kəndlərindən sayılır. Kənd Xəzər dənizinin sahilində yerləşir və öz çimərliyi ilə məşhurdur. Pirşağı kəndi XVII əsrdən formalaşmışdır.Yaşlı sakinlərin verdiyi məlumata görə Pirşağıda iki pir olmuşdur. Birinci qədim pir dənizə yaxın ərazidə yerləşmış, lakin sonralar adamlar bu ərazidən köçdükdən sonra torpaq altında qalmışdır. Məlumdur ki, Pirşağı özünün güclü şimal küləklərilə məşhurdur. Yaşlı sakinlər qədim pir haqqında belə deyirlər: "Karvan yolunun iki yol ayrıcında böyük bir sahəni əhatə edən Şahi-pir deyilən pir vardı. Həmin pirin həyətində iri gövdəli qara tut ağacı olub. Yol ayrıcında olduğundan uşaqdan böyüyə hamı orada ayaq saxlayıb Piri ziyarət edərmişlər. Niyyət edənlər öz paltarlarından, baş yaylıqlarından ağac budaqlarına asarmışlar. Həmin pirin tarixindən dəqiq xəbər verən olmayıb. Güclü tufanlar nəticəsində dənizkənarı yaşayış yerləri, o cümlədən Şahi-pir də torpaq altında qalıb".
Bakını yaxından tanıyaq [II Hissə]Saray- kəndinin adı hərfi mənada şah, xan sarayı, öz əzəməti ilə nəzəri cəlb edən bina və yaxud ev deməkdir. "Sar" farsca "yüksəklik" kimi tərcümə olunur. Bu kənd ilə bağlı digər fərziyyə XIII əsrdə Cənubi Qafqaz ərazisində monqollarla birgə yaşamış saray tayfası ilə bağlıdır. Ola bilər ki, o zamanlar həmin tayfanın nümayəndələri indiki Saray kəndinin ərazisində məskunlaşmışdılar.
Bakını yaxından tanıyaq [II Hissə]Digah-yaşı orta əsrlərə gedib çıxır. "İki təpə arasında yerləşən yer" kimi mənalanır. Quba və Lənkəran rayonlarında da Digah adlı kəndlər mövcuddur. Tarixi o qədər də dəqiq öyrənilməmişdir.
Bakını yaxından tanıyaq [II Hissə]Binəqədi-Bakının ən qədim və böyük kəndlərindən biridir. Adının mənası haqqında konkret fikir olmasa da, arxeoloji qazıntılar zamanı əldə edilən nadir tapıntılar əsasında bu kəndin binədən qədim olduğu sübuta yetmişdir. Hələ ötən əsrin 40-cı illərində Binəqədi yaxınlığında qədim kərgədanın elm aləminə məlum olmayan skeleti tapılmışdır. Tarixçi-alim R.İmaməliyev yazırdı ki, əldə edilən nadir tapıntılar əsasında Azərbaycan tarixşünaslığı və arxeologiyası dünyada ilk dəfə olaraq IV dövr faunasını müəyyənləşdirə bilmişlər. Elm aləmində nəsli kəsilmiş heyvan qalıqlarının çoxluğuna və növ müxtəlifliyinə görə Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə Azərbaycan dayanır. "Binəqədi faunası" dünya təbiətşünasları arasında çox məşhur bir terminə çevrilib.
Bakını yaxından tanıyaq [II Hissə]Qobu-indi genislənməkdə olan Qobu qəsəbəsinin çox qədim tarixi olmusdur. Vaxtilə türklər Azərbaycana gələndə Qobuda da məskən salmislar. Qobuda yaşı 1 neçə əsrə çatan hamam vardir. Qobuda 2 orta məktəb, yeni itifadəyə verilmis, müasir standartlara cavab verən 1 usaq bağçası vardir.
Bakını yaxından tanıyaq [II Hissə]Biləcəri-Bakının qədim kəndlərindəndir.Abşeron yarmadasındadır. 1936-cı ildə qəsəbə statusu almışdır. Tarixi mənbələrin məlumatına əsaslanan tədqiqatçılara görə, yaşayış məntəqəsinin etnotoponim olub, türkdilli xəzərlərin bələncər tayfasının adını əks etdirir. Bələncərlərin Azərbaycana miqrasiyası Sasani şahı I Xosrov Ənuşirəvanın (531-579) Azərbaycana köçürdüyü xəzərlərlə və VIII əsrin əvvəllərində ərəb əmiri Cərrah ibn Abdullahın Xəzər ölkəsinə hücum edərək onun üç paytaxt şəhərindən Arana xeyli əhali köçürməsi ilə əlaqələndirilir. Yaşayış məntəqəsinin coğrafi mövqeyinə əsaslanan digər tədqiqatçılar isə bu toponimi qədim türk dillərindəki belen (aşırım, alçaq dağ) və cər/cəri (sıldırım, yarğan) komponentlərinin birləşməsi kimi "Aşırımlı yarğan"mənasında izah edirlər.Onuda qeyd edək ki, Zəngilan rayonu ərazisində Biləcər (Bələncər) adlı yaylaq vardır. Başqa bir etimologiyaya görə "Biləcəri" sözü "hərbi şəhər" deməkdir.
Bakını yaxından tanıyaq [II Hissə]Xocahəsən(Xocasən)-tarixi mənbələrdə qeyd olunur ki, bu kənd XVII əsrdə yaşamış zəmanəsinin tanınmış taciri Xoca Həsənin şərəfinə belə adlandırılıb. Tarixçi Sara Aşurbəyli bu kəndin adını "Xocasən" kimi qeyd edib və bunun mənasını ərəblərin dövründə vergi yığan məntəqə kimi göstərib. Qədim İpək yolunun üstündə yerləşən kəndin arxa hissəsi Qobu dağları, ön hissəsi Kiçik və Böyük Daş adlanan dağlarla əhatə olunub. Kənddə üç qəbilə olub: Yarəhmədlilər (Dağıstandan gələnlər); çobanlar (qara Siyəzəndən gələnlər); hamamçılar (Qubadan gələnlər). Bu kənddə 3 ovdan (su yığıb saxlamaq üçün qurulan yeraltı hovuz) yerləşir. Onlardan biri - Ortalıq adlanan ovdan dağıdılsa da digər ikisi kəndin ərazisindədir. Kənddən təxminən min metr şimalda (indiki "Pepsi" zavodu yaxınlığında) qədim Şah Abbas karvansarası olub. Bu karvansara 1947-ci ilədək hərbi hissə kimi istifadə olunub. Hərbi hissə oradan köçürüləndən sonra sovet ordusu tərəfindən dinamit qoyularaq partladılıb. Kəndin qədim məscidi də var. Ancaq məscid təmirsiz vəziyyətdədir.

Bakını yaxından tanıyaq [II Hissə]Şağan-Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biri də Şağandır. Arxeoloji qazıntıların nəticələrindən məlum olmuşdur ki, hələ e.ə.3000 il əvvəl bu ərazidə əhali məskunlaşmışdır. Yaşayış məskəninin Banağan adlanan sahəsində tunc dövrünə aid müxtəlif qayaüstü təsvirlər, o cümlədən astral dünyabaxışını özündə ehtiva edən Günəş, Ay, yerin cəhətləri, kainat simvolları, təsərrüfat və məişət əşyalarının təsvirlərinin qeydə alınması bu həqiqəti təsdiqləməkdədir. XI-XII əsrlərdə kəndin həm əhalisi, həm də ərazisi xeyli genişlənmişdir. Coğrafi məfhum kimi Şağan toponiminin bir neçə izah variantından ən çox həqiqətə uyğun gələni adın məhz etnotoponim olaraq Çağan oğuz eli ilə bağlılığıdır.
Bakını yaxından tanıyaq [II Hissə]ZABRAT-Zabratın tarixi və ənənələri çox qədimdir. Bura paytaxtın ən qədim kəndlərindən biri kimi tanınır. Qədimlərdə Zabratı iki hissəyə ayırıblar. Bura birinci və ikinci Zabrat deyə adlar qoyublar. Amma rəsmi sənədlərdə belə adlar yoxdur. Buna baxmayaraq kənd camaatı öz aralarında bu şərti bölgüdən istifadə edirlər.
Bakını yaxından tanıyaq [II Hissə]Zığ-Zığ kəndi Abşeron yarımadasının cənubi-qərbində, Bakı şəhərinin
yaxınlığında yerləşir. Zığ kəndinin əhalisi qədim Zığ qəbiləsindəndir və miladın 2-ci əsrindən məlumdur. Zığ qəbiləsi Kiçik Qafqaz dağlarının ətəklərində 7-8-ci əsrə məlum olmuşdur.
Bakını yaxından tanıyaq [II Hissə]Əhmədli-(Kənd Əhmədli, Əhmədli kəndi də adlandırılır) - qədim Bakıətrafı kəndlərdən biridir. Qədim Əhmədli kəndinin tarixi 3 mərhələyə ayrılır. Birinci mərhələ, 11-ci yüzilliyin ortalarında Şirvanşahlar dövlətinin Səlcuq İmperiyasının təsirinə düşdüyü dövrdən başlayır. Kəndin tarixinin ikinci mərhələsi, 16-cı əsrin əvvəllərində Azərbaycanda Səfəvi hakimiyyətinin yayılması dövründən başlayır. Məhşur səfəvi tayfalarından olan şahsevənlərdən Mahmud və Əhməd adlı iki varlı maldar qardaş öz tayfalarıyla birgə qış otlaqları tapmaq məqsədilə bu yerlərə gəlmiş və həmişəlik burada məskunlaşmışlar. Əhmədli tarixindəki üçüncü mərhələ isə, Azərbaycanda Sovet hakimiyyəti illərinə təsadüf edir. Əhmədli kəndi 1936 - cı ildən şəhər tipli qəsəbə statusunu alır.

Bakı kəndlərindən bu qədər. Hər bir şəxsə təşəkkür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 11482   Tarix: 03 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233