Hıçqırığınız heçnə ilə keçmirsə diqqətli olun!

Hıçqırığınız heçnə ilə keçmirsə diqqətli olun!Hıçqırıq xüsusilə mədə turşuluğunun artıq olub qida borusuna keçməsi, beyindaxili təzyiqin artması, sidiyin çoxalması və steroid kimi hallarda dərmandan istifadə edən insanlarda daha tez-tez müşahidə olunur.

Nevrologiya üzrə mütəxəssis dr. Şükrü Daloğlu hıçqırığın faydalı fizioloji xüsusiyyətinin indiyədək tapılmadığını qeyd edir.

Hıçqırıq hər hansı xəstəliyin də səciyyəvi xüsusiyyəti sayılmır. Ancaq bəzi xəstəliklər zamanı daha tez-tez müşahidə olunur. Əsasən tənəffüs əzələsi və sinə əzələlərinin ani sıxılması, boğazdakı bir qapaqcığın sürətlə qapanması və ya sıxılması nəticəsində meydana çıxa bilər. Bu hal qarın orqanlarında da yaranır.

Lakin hıçqırıq bu kimi xəstəliklər və heç bir səbəb olmadan da yarana bilər.

Hıçqırığın sonlandırılması üçün karbondioksidin artırılmasının lazım olduğunu qeyd edən Daloğlunun sözlərinə görə, kağız paketə nəfəs verərək karbondioksidi almaq və bu yolla da hıçqırığı azaltmaq olar.

Sərbəst şəkildə edilə biləcək əsas üsullardan biri budur. Çox davam edən və keçməyən hıçqırıq varsa, o zaman mütləq həkimə müraciət olunmalıdır.

Davamlı və keçməyən hıçqırıq zamanı bir neçə dərman preparatı təyin olunur, əvvəllər təcrübədən keçirilmiş üsullardan istifadə edilir. Məsələn, nəfəsi saxlamaq, soyuq su içmək, qorxmaq, xarici qulaq yolunu tıxamaq və limon içmək əslində yanlış üsullardır və daha fərqli xəstəliklərə səbəb ola bilər.

Davamlı hıçqırıq tutursa, diqqət!

İrlandiyalı elm adamı heç cür keçməyən hıçqırığın çəki itkisi və udqunmaqda çətinlik kimi əlamətlərlə birlikdə qida borusu xərçənginin göstəricisi ola biləcəyini bildirib.

Dublində James Connolly Xəstəxanasının mütəxəssisi prof. dr. Tom Walsh bir iclas zamanı verdiyi açıqlamada bəzi qida borusu xərçəngi xəstələrinin keçməyən hıçqırıqdan şikayətçi olduqlarını vurğulayıb.

99 xərçəng xəstəsi üzərində aparılan araşdırma zamanı xəstələrin 27 faizinin "inadkar hıçqırıqdan" əziyyət çəkdikləri, 6 faizinin isə hıçqırıq səbəbilə həkimə müraciət etdikləri bildirilib.

Hıçqırmanın bu günə qədər xərçəng əlaməti olaraq qəbul edilmədiyini qeyd edən Dr. Walsh xərçəng xəstələrində keçməyən hıçqırığa diafraqmadakı bir sinirin səbəb olduğunun düşünüldüyünü söyləyib.

Dünyada 6-cı ən geniş yayılmış xərçəng növü olan qida borusu xərçəngi hər il təxminən 400 min insanda aşkar olunur. Siqaret çəkmək və alkoqollu içkilərdən istifadə ən önəmli risk faktorları arasında yer alır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1950   Tarix: 04 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001