İlan sancmaları zamanı nəyi etmək olmaz?

İlan sancmaları zamanı nəyi etmək olmaz?Azərbaycanda qızmar yay havası müşahidə olunur. Adətən belə havalarda ölkəmizdə ilan və digər zəhərli həşəratların insanları sancması hallarının sayı artır.

BiG.AZ Azərbaycan Tibb Universitetinin II daxili xəstəliklər kafedrasının dosenti, baş toksikoloq İsmayıl Əfəndiyevin belə hallarda xəstəyə ilkin tibbi yardımın göstərilməsi və s. barədə universitetin mətbuat xidmətinə verdiyi müsahibəsini təqdim edir.

- Azərbaycanda əsasən hansı növ zəhərli heyvanlara rast gəlinir?

- Ölkəmizdə daha çox gürzə ailəsinə aid olan ilanlara rast gəlinir. Onlar arasında da ən zəhərlisi Şahmar ilan adlanan gürzədir. Gürzənin zəhəri o qədər güclüdür ki, digər ilanların zəhərinə qarşı zərdab bu halda kömək etmir. Azərbaycanda dağ və dağətəyi rayonlardan başqa demək olar, hər rayonda gürzələr var. Onların aktivlik dövrü mart ayının sonundan noyabrın ortalarına qədər davam edir. İlan yumurtadan çıxan andan artıq zəhərlidir. İlan zəhəri bir neçə komponentlərə bölünür. İlk növbədə qanın laxtalanması faktoruna təsir edən maddələr – yerli ödem, nekrotik təsirə malikdir. Ona görə də ilan sancmasından artıq bir neçə dəqiqə sonra insan bədənində zəhərlənmə başlayır.

- İlan sancmaları zamanı ilk yardım olaraq nə etmək tələb olunur?

- Xəstəyə düzgün olmayan tədbirlər etmək olmaz. Yəni, ilk növbədə ilan sancan ətrafa heç bir sıxıcı jqut qoymaq olmaz. Çox təəssüf ki, insanlar arasında bununla bağlı çox yanlış fikir formalaşıb, hər kəs elə düşünür ki, ilan sancanda mütləq jqut qoyulmalıdır. Bizim apardığımız elmi tədqiqatların nəticəsi göstərir ki, ilan sancmaları zamanı jqut qoyulan hallarda ağırlaşmalar, hətta ölüm hallarının sayı daha çox olur. Bəzən belə də fikirlər səslənir ki, ilan sancan yeri kəsib oradan zəhərli qanı sormaq olar. Lakin araşdırmalar göstərir ki, nəinki ağızla, hətta xüsusi ekstraktla o zəhəri sormağa çalışsaq, bu zaman zəhərin yalnız 13 faizini sorub bədəndən çıxarmaq mümkün olub. Adətən ilanlar steril olmayan yerlərdə - çöllərdə, zibilliklərdə olurlar. Ona görə də sancma zamanı siz həmin ətrafı kəsməklə əksinə, yaraya infeksiya da sala bilərsiniz. Belə hallarda həmçinin yaranı sıxmaq, yandırmaq kimi tədbirlər də qəti qadağandır.

- Onda hansı növ yardım göstərilməlidir?

- İlk növbədə, ilan sancan dəri ətrafını tərpətməməyə, hərəkət etdirməməyə çalışmaq lazımdır. Həmin ətrafa yaxın oynaqları işlətmək olmaz. Əks təqdirdə, zəhərin bədənə daha tez yayılmasına kömək etmiş olarsınız. Həmin ətrafa yüngül, sıxmayan steril sarıq qoymaq olar. İstənilən halda, xəstəni təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır. Çünki ilan zəhərinə qarşı zərdab yalnız xəstəxanalarda vurula bilər. Bu zərdab xüsusi zülal – at qanından düzəldilir. Bəzi insanlarda zərdablara qarşı anafiliktik şok yaranır və xəstə dünyasını dəyişə bilər. Bundan əlavə, heç zərdab da tam qorunma üsulu deyil. Belə hallarda digər müalicə üsulları mümkündür. Bunları da yalnız xəstəxana şəraitində aparmaq olar.

- Xəstə hansı müddətdə həkimə çatdırılsa, ona yardım etmək olar?

- Əgər ilan sancmasından sonrakı 12 saat ərzində xəstə toksikologiya mərkəzinə çatdırılsa, orada ona yardım edilə bilər. Hazırda bütün mərkəzlərdə kifayət qədər zərdab ehtiyatı var və pulsuz təqdim olunur. Buna görə də ilan sancması hallarında həmin şəxsi yaxınlıqdakı rayon xəstəxanasına aparmaq lazımdır. Artıq bir çox bölgələrdə – Gəncə, Naxçıvan və digər yerlərdə Səhiyyə Nazirliyinin "sanaviasiya" xidməti var ki, onların vasitəsilə də zərdab vurula bilər.

- Lakin ilan sancmaları ilə yanaşı, bəzən əqrəb sancmalarına da rast gəlinir. Belə hallarda, hansı tədbirləri görməyi məsləhət bilərdiniz?

- Əqrəb sancmaları da Azərbaycanda kifayət qədər yayılmış haldır. Xoşbəxtlikdən, ölkəmizdə olan bu heyvan – qara əqrəb deyil, sarıdır. Afrikada olan qara əqrəblər həyat üçün təhlükəlidir. Azərbaycandakı sarı əqrəblərin zəhəri isə qat-qat zəifdir, azdır. İndiyə kimi Azərbaycanda əqrəb sancmasından ölüm hadisəsi baş verməyib. Belə hallarda heç zərdaba da ehtiyac olmur, eləcə lokal anesteziya ilə zəhərlənməyə qarşı müalicə aparılır. Lakin son 10 ildə ölkəmizə Orta Asiyadan çox təhlükəli və zəhərli, el arasında "qara qurd" adlanan zəhərli hörümçəklər gəlib. Onların zəhəri gürzəninkindən də bir neçə dəfə güclüdür. Hörümçək o qədər balacadır ki, heç bəzən onun sancdığını da hiss etmək olmur. Bu həşəratın zəhəri neyrotoksiki olduğundan, həmin nahiyədə şiddətli ağrılar başlayır. Hətta narkotik maddələr belə o ağrıları keyləşdirə bilmir. Bu hörümçək 1,5 mm ölçüdə olur və belində 4 qırmızı nöqtə var. Əgər belə bir hörümçəyi görə bilsəniz, ondan qorunmağa çalışın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4190   Tarix: 31 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477