Bolqar dilində Şəki şəhəri haqqında broşürlər nəşr olunub - FOTO

Bolqar dilində Şəki şəhəri haqqında broşürlər nəşr olunub - FOTOAzərbaycanın səfirliyinin təşəbbüsü ilə Şəki şəhər İcra Hakimiyyəti tərəfindən göndərilən materiallar və şəkillər əsasında Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşmış Şəki şəhəri haqqında bu ölkədə bolqar dilində broşürlər nəşr olunub.

Səfirlikdən BiG.AZ-a verilən xəbərə görə, broşürdə Şəki və Qabrovo şəhərləri arasında əlaqələrin xronikası barədə məlumat verilir, 2004-cü ildə sözügedən şəhərlərin İcra hakimiyyətləri tərəfindən qardaşlaşma haqqında birgə bəyannamənin imzalanmasından, yüksək səviyyəli şəxslərin qarşılıqlı səfərlərindən bəhs edilir. Bundan əlavə, Şəkinin əsrarəngiz təbiəti, iqlimi və qədim tarixindən söz açılır, "Şəki" sözünün etimologiyası barədə qeyd olunur. Həmçinin Şəkinin qədim dövrdən başlayan tarixi, eləcə də Şəki xanlığı barədə məlumat verilir, Şəkinin Azərbaycan tarixində mühüm rolundan bəhs edilir.

Broşürdə, eyni zamanda, Şəkinin mədəni-tarixi abidələri, xüsusilə də Şəki xanlarının iqamətgahı olan Xan sarayı haqqında ətraflı məlumat verilir. Qədim tarixi abidələr olan Aşağı və Yuxarı karvansaralar, Cümə məscidi, Kiş kəndində yerləşən Alban məbədi ilə yanaşı, 2012-ci ildə inşa edilmiş Yay teatrından bəhs edilir. Müasir dövrdə Şəkinin ölkəmizin mədəni həyatında oynadığı vacib rolu, burada təşkil edilən beynəlxalq musiqi festivalları barədə də məlumat verilir. Qədim xalq sənətləri olan misgərlik, dəmirçilik, təkəlduzçuluq, xalçaçılıq, dulusçuluq, papaqçılıq haqqında ətraflı qeyd olunur.

Həmçinin Şəki mətbəxi və Şəki şirniyyatlarının zənginliyindən və müxtəlifliyindən bəhs edilir.

Qeyd edək ki, sözügedən broşürlər Bolqarıstanın dövlət və özəl qurumlarına, Bolqarıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara, eləcə də 30-dan çox kitabxanaya göndərilib.

Bolqar dilində Şəki şəhəri haqqında broşürlər nəşr olunub - FOTOBolqar dilində Şəki şəhəri haqqında broşürlər nəşr olunub - FOTOBolqar dilində Şəki şəhəri haqqında broşürlər nəşr olunub - FOTOBolqar dilində Şəki şəhəri haqqında broşürlər nəşr olunub - FOTOBolqar dilində Şəki şəhəri haqqında broşürlər nəşr olunub - FOTOBolqar dilində Şəki şəhəri haqqında broşürlər nəşr olunub - FOTOBolqar dilində Şəki şəhəri haqqında broşürlər nəşr olunub - FOTOBolqar dilində Şəki şəhəri haqqında broşürlər nəşr olunub - FOTOBolqar dilində Şəki şəhəri haqqında broşürlər nəşr olunub - FOTOBolqar dilində Şəki şəhəri haqqında broşürlər nəşr olunub - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2864   Tarix: 06 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 126
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

25.04.2024 486
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 283
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 148
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 380
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 158
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 135
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 266
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 217