Qadınların kişilər haqqında bilmək istədikləri

Qadınların kişilər haqqında bilmək istədikləriKişilər qadınların əsl macərasıdır. Qadınlar həmişə əks-cinsin anlaşılmaz halını çözməyə çalışıblar. Bəs görəsən, kişilər qadınları nə qədər sevir? Xanımla münasibətə nə qədər dəyər verirlər? Bunu onun hərəkətlərindən və söhbətindən anlamaq çox asandır… Səbəblər sadə və primitiv ola bilər, amma nəticəsi ürəkaçan deyil.

BiG.AZ xarici mətbuata istinadən xanımların kişilər haqqında bilmək istədikləri sirrləri təqdim edir:

Kişilər SMS-ə niyə gec cavab verirlər?

Birincisi, kişilər SMS-ə nifrət edirlər. İkinci, onlar qadınların SMS yazmaqda daha fəal olduqlarını və söhbəti uzatmaq istədiklərini bilirlər. Qadınlar mesaj yazanda daha ağıllı fikirləşirlər. Kişilərsə yazılanları düşünüb, düzgün cavab verə bilmirlər. Sevgilinə sms yazanda cavab ən tez 1 saata gəlir. Bu isə səni özündən çıxarır. Onun bir başqasıyla olduğunu düşünməyə başlayırsan. Səni özündən çıxaran qısqanclıq hissləri, münasibətlərin get-gedə soyumasına gətirib çıxarır.

Məsləhət: Kişilərin SMS yazmağa meyilli olmamasının bir az gülməli səbəbi var. O, gözəl bilir ki, SMS-ə həmin an cavab verməsə heç nə dəyişməyəcək. Həm də oğlanların qızların yazdığı mesajdakı sözləri oxuması, başa düşüb, doğru cavab yazması üçün nəinki bir dəqiqə, həttta 1 saat belə azdır. O, mesajı təkrar-təkrar oxuyur. Onun cavab yazması üçün uyğun vaxt və sakitlik olmalıdır. Çünki qadınlar mesajda həmişə ağıllı fikirlər yazırlar. Səbrli olmaq lazımdır! Özünlə qürur duy, demək, sən təsirli mesaj yazmısan, o da buna hələ cavab tapmır. Əgər sənə vacib nəyisə öyrənmək lazımdırsa, bu zaman mesaj əvəzinə ona zəng et. Bu ünsiyyət üçün ən yaxşı yoldur.

Kişilərin qadınlarla bağlı əsl düşüncəsi: arıq yoxsa dolubədənli?

Qadının artıq çəkisi kişilər üçün problem deyil. Bunu, onların hamısı deyir. Amma nədənsə, həmişə də zərif qızlara baxırlar. Onu da ətrafdakı cazibədar, baxımlı qızlar cəlb edir. Bəzən o, deyir: «Qadın təbiətin yaratdığı kimi gözəldir». Amma nədənsə, bir gün səni makiyajsız, bir az kökələn görəndə irad tutmağa başlayır. Artıq səninlə əvvəlki kimi şəhərdə gəzməyə də çıxmır.

Məsləhət: Jurnallarda kişilərin modellər kimi nərmənazik qızları bəyəndikləri yazılır. Amma əsl kişi psixologiyasına görə, onlar bir az dolubədənli qızları bəyənirlər. Buna görə də sevgilin üçün həddindən artıq dərəcədə arıqlamağı ağlına belə gətirmə. Sadəcə, baxımlı olmağa çalış. Psixoloqlar sübut edirlər ki, orta dərəcədə baxımlı olan qadınlar kişi üçün əsl xanımdır.
Makiyaj və O…

Həmişəki kimi ən sadə və çox üstünlük verilən hal təbii gözəllikdir. Amma sevgilin boyalı dodaqlara, əlvan gözlərə biganə qalmır. Problem makiyaj məsələsi deyil, onun davranışlarıdır. Hər dəfə güzgü qarşısına keçəndə o, səni ələ salmağa başlayır. Kişilər özünəgüvənməyən qadının tez-tez güzgüyə baxdığını düşünürlər. Qadınların bəzək-düzəyə sərf etdikləri vaxt kişiləri özündən çıxarır. Hər görüş günündə saatlarla səni gözləyir. Görüş boyu onun kefsiz olub, susmağı səni özündən çıxarır. Yəni o, səninlə gəzintiyə çıxmağına peşmandır?

Məsləhət: Bu yerdə kişilərin psixologiyasını anlamaq o qədər də asan deyil. Əslində, onlar baxımlı qızlara göz qoyurlar. Amma sevdikləri qadın makiyaja çox vaxt sərf edəndə əsəbiləşirlər. Buna görə də çalış, heç vaxt sevgilinin yanında makiyaj etmə. Əgər o, sənə gəzintiyə çıxmağı təklif edirsə, bunu uzatma. Demək, o bunu indi istəyir, iki saatdan sonra yox. Kişilər baxımlı qadınları xoşlayırlar, 24 saat özünə qulluq edən xanımları yox.

Kişilər işləyən qadınlardan çəkinirlər?

Hədsiz dərəcədə ağıllı qadınlar həmişə kişiləri özlərindən uzaqlaşdırırlar. Niyə? Səbəb kişinin öz möhtəşəmliyini itirmək qorxusudur. Əgər kişi «ailəni dolandıran» statusunun təhlükədə olduğunu görürsə, bu, həmin an onun qüruruna toxunur. Çalışqan qadın heç vaxt işini gündəmə gətirmir, hətta kişinin bu məsələyə toxunmasına əsəbiləşir. Buna görə də biznes-ledilərin sevgi romanı uzun çəkmir. Beləcə, onlar ətrafdakılarda bir fikir formalaşdırırlar: «Başı işə qarışıb, şəxsi həyatına vaxt ayırmır». Görəsən bu cür qadınlar sevgi romanını necə yaşamalıdırlar?

Məsləhət: Əgər münasibətinin ideal olmasını arzulayırsansa, onda tanış olduğun gündən işlə bağlı söhbətləri ikinci plana keçirt. Bu o demək deyil ki, sən onun yanında özünü axmaq kimi aparırsan. İş həyatını ona iki cümlə ilə izah edib söhbəti bağla. O, hər dəfə görüşmək istəyəndə sən işini səbəb göstərərək, vaxtının olmadığını deyirsən. Bu da qarşı tərəfi özündən çıxarır. Beləcə, bəyəndiyin oğlan zamanla səndən uzaqlaşmağa başlayır.

Rəfiqələrimdən hansı mənim güclü rəqibim ola bilər?

Kişilər həmişə qadınların onların hansı tip qızları bəyəndiklərini başa düşməməkdən şikayətlənirlər. Qadın özünə güvənəndə, başqalarını qısqanmır. Qadınlar hətta özlərini belə ən böyük rəqib bilirlər. Sən sevgilinin rəfiqələrinlə danışmağını xoşlamırsan. Çünki onun səmimiyyətinə və təmizqəlbli olmasına inanmırsan. Burada inamsızlıq rəfiqəyədi, yoxsa sevgilinə?

Məsləhət: Hər bir kişiyə sevgilisinin rəfiqələrinə baxmaq maraqlıdır. Bu halda ən təhlükəli rəqib «boz mışovul» ola bilər. Flirti xoşlayan rəfiqən əlbəttə ki, əsl təhlükədir. Bu tip rəfiqələri yaxşı olar ki, heç sevgilinlə tanış etməyəsən. Yoxsa onun sənə qarşı ciddi fikri dəyişər. Ağıllı düşüncələri olan rəfiqə də sənə rəqibdir. Yaxşısı budur sevgilinlə sənə ən yaxın olan, nişanlı və ya evli rəfiqəni tanış edəsən..

Kişilər ömrü boyu sevgi axtarırlar?

Qadınlar xəyallarının sevgisini tapmaq üçün daim axtarışdadırlar. Kişilərsə onları tərk edən sevgililəri haqqında düşünərək, ömürləri boyu onun kimi yaxşısını tapa bilməyəcəklərini deyirlər. Kişilərin fikrincə, flirtdən ciddi münasibətə yol biraddımlıqdır. Onlar uzunmüddətli planlar qurmağı xoşlamır, zamanın ən yaxşı vasitə olduğuna inanmırlar. Əgər o, səninlə evlənmək istəyirsə, bunu tanışlığın ilk günündə deyəcək.

Məsləhət: Kişilər elə düşünürlər ki, böyük sevgi gəldi-gedərdir. O, daim səninlə olmur. Onları maraqlı söhbətlər edib, qayğılarına qalan qadınlar maraqlandırır. Onlar üçün «parlaq gələcək» söhbətlərindən çox indiki zaman barəsində danışmaq vacibdir. Əgər həmişə onun sevimli xanımı olaraq qalmaq istəyirsənsə, onunla gələcək yox, bu gün haqqında danış.
Kişilər həqiqətən evlənmək istəyirlər, yoxsa bunu qadınları sevindirmək üçün deyirlər?

İllüziya qurmağa çalışma. Nikah kişilərə qadınlar qədər vacib deyil. Kişilərin bəziləri 16-29 yaşlarında həqiqi sevgiyə inanırlar. O çox nadir hallarda evlənmək qərarı verəcək: ya sənin onu tərk edib, gedəcəyini düşünəndə, ya da uşaq sahibi olmaq istəyəndə. Əslində, kişi qəlbən həmişə azad qalmağı arzulayır. Ən dərin sevgisi olan kişi belə evlənməyi ürəkdən istəməyəcək.

Məsləhət: Psixoloqlar iddia edirlər ki, kişilər yaşlandıqca daha romantik olurlar. Gələcək onlar üçün daha əyləncəli görünməyə başlayır. Bu halda onlar nikah masasına oturanda qarşı tərəfi daha xoşbəxt edəcəklərinə əmin olurlar. Amma kənarda daha romantik münasibət axtarışlarına da son qoymurlar. Əgər sevgilin sənə evlənmək təklifi edirsə, bununla razılaş. Amma ondan sənin qədər sevinməyini gözləmə.

Kişilərin 10 arzusu:

1. Mənə xəyanət etmə. Ən yaxşısı səni qane edən başqa kişi axtar. Bu, həm sənin, həm də mənim vaxtıma qənaət edəcək.
2. Dostlarımla tanış olub, mənə daha da yaxınlaşmağa çalışma.
3. Sevimli hamburgerimi öz pəhriz yeməyinə dəyişmə. Başa düş, mən hətta Skarlet Yohonsan üçün belə pəhriz saxlamayacam.
4. Məndən kloun «düzəltməyi» ağlına belə gətirmə: pencəyə nifrət edirəm. Həm də mən metroseksual kişi olmaq istəmirəm.
5. Xəbərim olmadan sevimli köynəyimi zibilqabına atmağa çalışma.
6. Evimdə və ya həyatımda nəyisə səliqəyə salmağı ağlına belə gətirmə. Köhnə əşyalarıma əl vurma.
7. Məşhur, yaraşıqlı Hollivud ulduzlarını misal çəkib, qarnıma lağ etməmə. Əgər kökəldiyimi düşünürsənsə, bunu açıq-aşkar de.
8. İdmana səninlə birgə getmək üçün məni yola gətirməyə çalışma. Yoqa məni heç vaxt maraqlandırmayıb.
9. Unutma: əgər özünü mənim qayğıkeş anam kimi aparsan, bizim intim həyatımız çox adi və maraqsız olacaq.
10. Məni dadlı yeməklərlə yedizdirməyə çalışma. Əgər sənin ananın evinə gedəndə qeyri-səmimi mehribançılıq görürəmsə, ora getməyə məcbur deyiləm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2314   Tarix: 06 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875