Space-in yayımı dayandırıla bilər - MTRŞ

Space-in yayımı dayandırıla bilər - MTRŞ"Space" televizisının yayımı dayandırıla bilər.

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov bu gün "Space" telekanalında yayımlanan "Əsl şou" verilişində yenidən qeyri-etik ifadələrin işlədilməsinə münasibət bildirərkən deyib.

Efirdə qeyri-etik ifadə işlədilməsindən xəbərdar olduğunu deyən MTRŞ rəsmisi bu dəfə kanala qarşı daha ciddi tədbir görüləcəyini qeyd edib:

"Biz "Space" telekanalından aparıcının efirdən uzaqlaşdırılması və veriliş barədə görülən tədbirlərlə bağlı əmrin surətini tələb edəcəyik. Əgər heç bir tədbir görülməyibsə, telekanal ciddi şəkildə cəzalandırılacaq".

Gələn həftə kanalla bağlı ciddi tədbirlər görüləcəyini deyən T. Məmmədovun sözlərinə görə, cəza MTRŞ-nın iclasında verilən qərardan asılıdır:

"Gələn həftə MTRŞ-da üzvlərin iştirakı ilə iclas keçiriləcək. Ciddi tədbir iclasda veriləcək qərardan asılıdır. Qərardan asılı olaraq bu cərimə, xəbərdarlıq, proqramın yayımının dayandırılması və ya ümumi yayımın dayandırılması da ola bilər".

Qeyd edək ki, bir neçə gün öncə kanalda yayımlanan "Günaydın" verilişində baş verən qalmaqaldan sonra MTRŞ sədri Nuşirəvan Məhərrəmli telekanal rəhbərliyi ilə görüşərək rəhbərliyin üzr istəyib məsələ ilə bağlı ciddi tədbirlər görüləcəyinə söz verdiyini desə də, sözügedən verilişin aparıcısı Vüsalə Kərimova ona proqramda baş verənlərlə bağlı heç kimin irad tutmadığını, əksinə, növbəti mövsümdə yeni verilişlə efirə çıxacağını bildirmişdi.

Bu gün "Space" kanalında yayımlanan "Əsl şou" verilişində isə verilişin aparıcısı, müğənni Səidə Sultan efirə yaraşmayan ifadə işlədib.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3398   Tarix: 03 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17.04.2024 422
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 242
.

Hüseynbala Mirələmov: "Kürəkəni mənə ağlaya-ağlaya dedi ki, Hadı müəllim yıxılıb qalıb"

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edib. onun yaxın dostlarından olan sabiq deputat Hüseynbala Mirələmovla əlaqə saxlayıb. O, dostunun ölüm xəbərindən sarsıldığını söyləyib:. "Dünən gec

17.04.2024 845
.

Türkiyədə qeyri-qanuni miqrantlar xilas edildi

Türkiyənin Muğla şəhərində miqrantları daşıyan qayıq batma təhlükəsi yaşanıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı qayıqda olan 25 nəfər xilas edilib. Bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat yayıb. Qeyri-qanuni immiqrantlar aidiyyatı şəxslərə təhvil verib

17.04.2024 194
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17.04.2024 405
.

Qəzzada ölənlərin sayı 33899 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 33899 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamada İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində dah

17.04.2024 206
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 797
.

İsrail əsgərləri 2 fələstinlinin evlərini dağıtdı

İsrail əsgərləri Xebron şəhəri yaxınlığındakı Bani Naim yaşayış məntəqəsinə basqın edib. BİG.AZ xəbər verir ki, İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebronda partlayıcı maddələrlə saxlanılan 2 fələstinlinin evlərini dağıdıb. Evləri dağıdılan şəxslərin fələstinli türkmənlər Ahmed və Mahmu

17.04.2024 145
.

Tovuzda erməni təxribatının qarşısı alındı - FOTO

Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığ

17.04.2024 368