Mətanəti söyən yazıçı ilə bağlı şok fakt: "Məktəbdə əxlaqsız hərəkət edib"

Mətanəti söyən yazıçı ilə bağlı şok fakt: "Məktəbdə əxlaqsız hərəkət edib"Bir neçə gündür ki, "Space"in "Gündəlik" verilişində baş verənlər mediada və sosial şəbəkədə müzakirələrə olub.

BiG.AZ xəbər verir ki, aznews.az-a müğənni Mətanət Əsədovanı söyən, özünü alim kimi təqdim edən yazarla bağlı çox maraqlı faktlar daxil olub. Məlum olub ki, özünü ziyalı, yazar, şair kimi təqdim edən bu yarıyaşlı kişi bir neçə il öncə Biləsuvar rayonunda, çalışdığı Cəbrayıl orta məktəbində əxlaqsız hərəkətlərinə görə işdən qovulub. İddia edilir ki, o, öz şagirdini zorlayıbmış. Bəziləri isə şagirdini deyil, məktəbin xadiməsini zorladığını bildirir.
Cəbrayil Rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova Ə.Musaoğlunun 3 il bundan öncə Biləsuvar rayonunda yerləşən Cəbrayıl qaçqın məktəbində müəllim işlədiyini, sonra müəllimə yaraşmayan hərəkətlər etdiyinə görə işdən qovulduğunu təsdiqləyib:

"Bəli, yayılan informasiya doğrudur. Həmin vaxt məktəbdə qeyri-pedaqoji bir hadisə baş vermişdi. Əziz müəllim məktəbin texniki işçisinə qarşı nalayiq, əxlaqsız hərəkət etmişdi. Təhsil Nazirliyi də bu hadisədən xəbər tutduqdan sonra onu məktəbdən uzaqlaşdırdı".
Lakin bir müddət sonra o yenidən müəllim kimi işləməyə başlayıb. Təhsil Şöbəsinin müdiri bildirib ki, nazirlik Ə.Musaoğlunun pedaqoji fəaliyyətini və qaçqınlığını nəzərə alaraq, Xırdalan şəhərində yerləşən Cəbrayil məktəbində işləməsinə razılıq verib:

"Müəllimi dolandırıb, yaşatmaq borcumuz idi. İstəmədik ki, o, gedib nökərçilik etsin və müəllim adına xələl gətirsin".
Validə Həsənova Əziz Musaoğlunun "Space"in efirində qeyri-etik davranışından da söz açıb:

"Biz Cəbrayil qadınları Əziz Musaoğlunun bu hərəkətindən çox sarsıldıq. O, özünə alim deyir. Bildiyimə görə pedaqoji elmlər namizədidir. Belə alimin Allah boynunu qırsın, ona lənət olsun. Mən bilmirəm, daha nə deyim? Azərbaycan qadınını, xüsusi ilə də sənətkarını təhqir etməzlər. Bu olayı eşidəndə şəxsən mən çox əsəbiləşdim. Qadını heç vaxt təhqir etməzlər".

V.Həsənovanın fikrincə, Ə.Musaoğlu heç bir ölçüyə sığmayan hərəkət edib:

"Cəbrayil qadınları adından deyirəm: O, cəbrayıllıların adına layiq olmayan bir addım atıb. Əziz 9 milyon xalqın qarşısında o xanımı təhqir edib. Biz onun hərəkətini pisləyirik. Mən müəllim kimi deyil, bir qadın kimi qadınların təhqir olunmasının əleyhinəyəm. Əziz Musaoğluna ayıb olsun".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9390   Tarix: 02 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164