Şahmat üzrə Avropa Çempionatı keçirilir

Şahmat üzrə Avropa Çempionatı keçirilirTürkiyənin Konya şəhərində keçirilən 7-17 yaşlı məktəblilər arasında şahmat üzrə Avropa Çempionatında 5-ci turun oyunları yekunlaşıb.

BiG.AZ-ın məlumatına görə, çempionatda ümumilikdə 670 şahmatçı mübarizə aparır. Ölkəmizi müxtəlif yaş qruplarında 35 şahmatçı təmsil edir. Təmsilçilərimizin yarışda uğurla çıxışı davam edir.

5 turdan sonra 7 yaşlı oğlanlar arasında həmyerlimiz Emin Əhmədov 5 oyundan 5 xal toplayaraq liderdir. Nicat Mansurov isə 4 xalla 3-8-ci yerləri yerləri bölüşdürərək, əlavə göstəricilərə görə 5-ci yerdədir. Eyni yaş qızların çempionatında isə Qönçə Səfərova 4 xal toplayaraq ilk beşlikdə qərarlaşıb.

9 yaşlı oğlanların çempionatında təmsilçimiz, Süleyman Süleymanlı 4.5 xal toplayaraq 4-cü yerdədir. Alperen Kanlı və Sənan Xudiyev isə 4 xal toplayaraq 5-6-cı yerləri bölüşdürür. Fərhad Məmmədəliyev də 4 xal toplayaraq ilk onluqdadır.

Xəzər Babazadə 11 yaşlı oğlanların çempionatında 5 oyundan 5 xal toplayaraq vahid liderdir. Vüqar Manafov, Fərid Mustafayev, Altay Eynullayev və Atilla Eynullayev isə 4 xal toplayaraq 5-9-cu yerləri bölüşdürürlər.

13 yaşlı məktəblilər arasında mübarizə aparan Kənan Qarayev liderdən yarım xal az toplayaraq 4.5 xalla 2-ci pillədədir. Eyni yaş qızların çempionatında Aytac Heydərova isə 4.5 xalla zirvənin yeganə sahibidir.

Səid Rəfili 15 yaşlı məktəblilər arasında aktivinə 3.5 xal yazaraq 5-ci yerin sahibidir. İradə Əhmədova isə 3.5 xalla eyni yaş qızlar arasında 3-5-ci yerləri bölüşdürür.

17 yaşlı oğlanların çempionatında Qulam Məmmədli 3 xal toplayaraq 10-cu pillədə qərarlaşıb.

Yarış isveçrə sistemi ilə 9 tudan ibarət keçirilir. Çempionat iyulun 3-də başa çatacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1062   Tarix: 01 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027