I Avropa Oyunların xərci və gəliri açıqlandı - rəsmi

I Avropa Oyunların xərci və gəliri açıqlandı - rəsmi"Avropa Oyunların açılış vә bağlanış mәrasimi üçün büdcәdә 100 milyon manat nәzәrdә tutulmuşdu".

Bunu gәnclәr vә idman naziri Azad Rәhimov deyib. Onun sözlәrinә görә, bu rәqәm bir neçә mәrhәlәdә formalaşır:

"Sonuncu mәrhәlә Bakıya gәlәn xüsusi texnikalar, liftlәr, kostyumlarla bağlıdır. Hazırda hesablamalar gedir, mənim təxminimə görə, rəqəm 100 milyondan da az olacaq".

Nazir qeyd edib ki, Oyunların ümumi büdcəsi 960 milyon manat olub:

"Bu büdcə müxtəlif istiqamətlərdə işlənib. Bura açılış-bağlanış mәrasimi, informasiya texnologiyaları, maaşlar vә sair istiqamәtlәr daxildir. Biz büdcәdәn 1 manat da kәnara çıxmamışıq. Manatın devalvasiyasına görә xaricdәn gәlәn mallar üçün әlavә 134 milyon manat lazım idi. Biz o vəsaiti də dövlәtdәn әlavә mәblәğ olaraq istәmәdik, bәzi xәrclәri qәnaәt edərək əvvəldən nəzərdə tutulan büdcədən istifadə etdik".

A. Rəhimov qeyd edib ki, Bakı Avropa Oyunlarının Әmәliyyat Komitәsinin Nizamnamәsindә gәlirlәrlə bağlı üç istiqamət var.

Onun sözlәrinә görә, bunlardan biri bilet satışı ilә bağlıdır:

"Digәrləri sponsordan gәlәn gәlir vә yayım hüquqlarını satmaqla bağlıdır. Bu 3 istiqamәt üzrә hesablamalardan sonra 15-17 milyon vәsait toplanıb".

Nazir oyunlarda 17 min könüllünün iştirak etdiyini deyib:

"Onlardan 5 mini açılış vә bağlanış mәrasimlәrindә, digәrlәri isə yarışlarda iştirak ediblәr".

A. Rəhimov deyib ki, könüllülər üçün prezident tәrәfindәn xüsusi mükafatlar tәqdim olunacaq:

"İstәrdik ki, onlar gәlәcәkdә də bizimlә işlәsinlәr".

apa.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 9576   Tarix: 29 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16.09.2021 2354