Meyvədən sənət əsəri yaradanlar - FOTO

Bəzi peşələr var ki, onunla məşğul olmağa nə qədər cəhd etsən də, əgər o istedad səndə yoxdursa, bunu bacarmaq mümkün deyil. Xüsusi istedad tələb edən peşələr sanki öz sahiblərinə məxsus olurlar. Belə bir deyim var: "Hər insanın xüsusi istedadı olur". Əsas odur ki, səndə olan istedadı özündə kəşf edib üzə çıxarasan. Eynilə müsahiblərimiz Xanım Əkbərli və Məksudə Xankişiyeva kimi. Onlar bir-birini çox sevən və hər zaman bir-birinə dəstək olan rəfiqədirlər. Bir gün özlərində olan istedadın fərqinə vardılar və birlikdə meyvə dizaynı işinə qoşuldular. Həvəskar şəkildə məşğul olduqları bu iş onların əsl peşəsinə çevrildi.

Karvinq sənəti

Müsahiblərimizin məşğul olduğu peşə dünyada karvinq sənəti kimi tanınır. Azərbaycanda isə meyvə dekoru adı ilə məşhurlaşıb. Belə ki, bu sənətlə məşğul olan insanlar meyvə və tərəvəzlərə xüsusi dizaynlar verərək, zövqləri oxşayırlar. Meyvələrdən sözün əsl mənasında sənət əsəri yaradır, süfrələrimizi bəzəyirlər. Həmsöhbətlərimiz evdə meyvə salatı hazırlayarkən özlərində olan istedadın fərqinə varırlar və işlərini böyütmək qərarına gəlirlər. Qarşılarına qoyduqları hədəfə çatır və hazırda kifayət qədər tanınaraq sifarişlər qəbul edirlər. Əvvəlcə müsahiblərimizi tanıyaq.

"Hədəflərimizdən əl çəkmədik"

Xanım Əkbərlinin 24 yaşı var və Ukraynada menecment ixtisası üzrə təhsil alır. Məksudə Xankişiyeva isə Azərbaycan Texniki Universitetində metallurgiya sahəsində təhsil alıb. Onlar 10 il bundan öncə bacıları vasitəsilə tanış olub, sıx münasibət qurublar: "Əslində hər ikimiz təhsil aldığımız ixtisas üzrə işləmək istəyirdik. İxtisasımız üzrə iş axtarışlarımız və istədiyimiz işi tapa bilməməyimiz bizi bezdirdi. Hər ikimiz meyvələrə dizayn verməyi çox sevirdik. Evdə stress atmaq üçün meyvələrdən şəkillər düzəldib özümüz yeyirdik. İş axtarmaqdan bezdiyimiz günlərdən birində düşündük ki, hobbi kimi maraqlandığımız bu sənəti əsl işə çevirək və kiçik biznesimizi quraq. İlk günlər tanınacağımız inandırıcı gəlməsə də, hədəflərimizdən əl çəkmədik və peşəkar şəkildə bu işlə məşğul olmağa başladıq".

İdeya və zövq...

Meyvə dekorunu hazırlamağın sirlərindən danışan müsahiblərimiz deyir ki, əsas sirr ideyada və zövqlərdə gizlənir: "Bu sənətdə zövq məsələsi çox önəmlidir. Ev dizaynında, paltar tikərkən seçdiyin rənglərdə diqqətli olduğun kimi, meyvələri dizayn edərkən də rənglərin bir-birinə uyğunluğu çox önəmlidir. Bundan əlavə, dadları da bir-birinə qarışmamalıdır. Hər meyvəni qarışdırmaq düzgün deyil. Bu zaman görünüş gözəl olsa da, təamlar yaxşı olmur. Biz həm meyvənin dadını, həm də görüntüsünü qorumaq üçün əlimizdən gələni edirik. İşimizin ikinci əsas sirlərindən biri də sağlam və gözəl meyvələrdir. Karvinq üçün istifadə edilən meyvələr zədəsiz və çox yetişməmiş, yəni bərk olmalıdır. Bəzi meyvələr qaralmağa meyllidir, o meyvələrə limon suyu sıxaraq onları qaralmadan qoruyuruq".

"Meyvə səhvi bağışlamır"

Artıq 3 ildir peşəkar şəkildə karvinqlə məşğul olan həmsöhbətlərimiz deyir ki, zövqlü iş olsa da, insanların gözünü oxşayan bu sənət əsərləri o qədər də asan meydana gəlmir: "Meyvələrlə çox incə davranmaq lazımdır. Bəzən biz ehtiyat etsək də, istifadə etdiyimiz bıçaqlar, çöplər əllərimizi zədələyə bilir. Bəzi meyvələrdə çox ehtiyatlı işləyirik, çünki ən kiçik bir səhvlə yeni meyvəylə yenidən başlamalı oluruq. Meyvələr səhvi bağışlamır (Gülür-A.Ə)".

Qazanclarına gəldikdə, müsahiblərimiz deyir ki, əsas odur ki, zəhmətlərinin qarşılığını alırlar: "Gəlirlər həqiqətən çox yaxşıdır. Əziyyətimizin bəhrəsini görürük. Sifarişlər dekorun ölçüsündən və istifadə olunan meyvədən asılı olaraq dəyişir. Təbii olaraq, meyvələr bahalı olduqda qiymətlər də artır".

"Əziyyətimiz yerlə bir oldu"

Gələcəkdə öz təhsil aldıqları ixtisas üzrə işləyib- işləməyəcəklərindən də danışan müsahiblərimiz deyir ki, bu sənəti atmaq fikirləri yoxdur: "4-5 il oxuyub diplom almaq önəmli deyil. Önəmli olan sevdiyin və zövq aldığın işi görməkdir. Bu zaman pul qazanmaq daha asan olur. Biz sözün əsl mənasında sənət əsəri yaradırıq. Buradan gəlir əldə etməsək belə, gördüyümüz işə baxıb zövq alır və özümüzlə fəxr edə bilirik. Bizcə, əsas xoşbəxtlik elə budur".

Müsahiblərimiz sonda başlarına gələn maraqlı hadisəni də bizimlə bölüşdülər: "Məksudəylə birlikdə artıq işimizi böyütmüşdük. İlk sifarişimizi aldıqda çox sevindik. Lazım olan ərzaqları aldıq və həvəslə işləməyə başladıq. Sifariş hazır olduqdan sonra bacımın maşını ilə ünvana çatdırmaq üçün yola düşdük. Bacım maşın sürməyə yeni başlamışdı və təcrübəli sürücü deyildi. Ünvana çatdqıda bacım əyləci elə möhkəm basdı ki, əlimdəki meyvə səbəti ön şüşəyə dəydi və əziyyətimiz yerlə bir oldu. Üstəlik, bu, sifarişçinin evinin önündə baş verdi. O zaman çox ağlamışdım. Amma indi bu hadisə yadımıza düşəndə çox gülürük".

kaspi.az

Meyvədən sənət əsəri yaradanlar - FOTOMeyvədən sənət əsəri yaradanlar - FOTOMeyvədən sənət əsəri yaradanlar - FOTOMeyvədən sənət əsəri yaradanlar - FOTOMeyvədən sənət əsəri yaradanlar - FOTOMeyvədən sənət əsəri yaradanlar - FOTOMeyvədən sənət əsəri yaradanlar - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6023   Tarix: 29 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801