Tərk edilmiş şəhərlər

Tərk edilmiş şəhərlərElə şəhərlər olur ki, onlarda bir vaxtlar həyat varkən, insanlar normal şəkildə yaşayarkən birdən-birə hər şey alt-üst olur. Hər şey məhv olur, insanlar bərbad vəziyyətə düşmüş yeri - şəhəri tərk etməli olurlar. Nəticədə isə bir vaxt həyat qaynayan bir şəhər artıq sahibsiz, kimsəsiz sadəcə daşlardan ibarət olan bir yerə çevrilir. İngilis dilində belə şəhərlərə "ghost city" deyilir. Yəni ruhların yaşadığı şəhər məmasını verir. Dünyanın o tərəfindən bu tərəfinə kimi hər tərəfdə belə şəhərlərə rast gəlmək mümkündür. Keçmiş svilizasiyaları özlərində əks etdirir o şəhərlər. Bəziləri təbiət hadisələri nəticəsində, bəziləri müharibələr nəticəsində, bəziləri insanların sadəcə məsuliyyətsiliyi ucbatından tərk edilmişdir...

Tərk edilmiş şəhərlərPripyat Şəhəri (1986-cı ildən tərk edilmişdir)
Ukraynanın paytaxtı Kiyevdən təxminən 100 km aralıda yerləşir. 1986-cı ildə 26 aprel tarixində Çernobil atom fəlakətindən sonra bu şəhər tamamilə tərk edildi. Çünki ətrafa yayılmış olan radioaktiv maddələr şəhərdə yaşamağı mümkünsüz etdi. İnsanların sağlamlığı ciddi surətdə zədələndi. İndinin özündə belə şəhərdə həmin fəlakətin izləri qalmaqdadır və bəzi hissələrinə isə giriş istənilən şəxslər üçün də qadağandır. Çünki həmin hissələrdə olan şüalanma insanı öldürəcək qədər çoxdur. Ancaq maraqlı bir cəhət ondan ibarətdir ki, şəhər 25 ildən çoxdur ki, tərk edilmişdir və burada heç bir insan fəaliyyəti olmamışdır həmin zamandan bu günə kimi. Bəlkə də bunun nəticəsidir ki, artıq təbiət yavaş-yavaş özünü tənzimləyir və əvvəlki dövrlərdəki kimi canlı heyvanat və bitki aləmi geri qayıdır. Hətta yollarda belə ağacların bitdiyini və canavarların və digər vəhşi heyvanların, habelə otyeyən heyvanların sayında ciddi şəkildə artım var. Bir müddətdən sonra, Ukraynada yuxarı dairələrdə bu şəhərin müəyyən hissəsinin muzeyə çevrilməsi kimi bir fikir vardır.

Tərk edilmiş şəhərlərSanzi Şəhəri (1980-ci ildən tərk edilmişdir)
Şəhər Tayvanın şimalında yerləşir. Əslində sırf kurort şəhəri idi və burdakı obyektlər amerikalı bir biznesmen tərəfindən idarə edilirdi. Şəhərin tərk edilmə səbəbinə gəldikdə isə, buradakı obyektlərin əksəriyyəti UFO stilli, yəni onların uçan boşqabları formasında tikilirdi. Nə baş verdisə, elə bundan sonra baş verdi. Tikinti gedən dövrdə xeyli sayda işçi müəmmalı şəkildə tikinti yerlərindəki qəzalarda, yaxud da avtomobil qəzalarında öldülər. Qısa zamanda ölü sayı 20-ə qədər yüksəldi. Bu isə, yerli əhalini çox narahat etdi. Onların bir çoxu bunu aparılan tikinti ilə əlaqələndirdi. Deyirdilər ki, bu aparılan tikililər yerin altındakı əjdahanı narahat edir və o narahat olduğundan da həmin şəhərdə yaşayan hər kəsi də tədricən məhv edəcək. Aparılan tikililər başa çatdırıla bilmədi, çünki əhali şəhəri tərk etmişdi...

Tərk edilmiş şəhərlərKrako Şəhəri (1963-cü ildən tərk edilmişdir)
Şəhər İtaliyadadır. Çox hündürdə, yüksəklikdə yerləşir. Bir neçə dəfə dalbadal zəlzələdən sonra şəhərdə artıq kimsə yaşamaq istəməmişdir və tərk edilmişdir. İnsi isə turistlər üçün böyük maraq doğuran yerlərdən biridir.

Tərk edilmiş şəhərlərKolmanskop Şəhəri (1954-cü ildən tərk edilmişdir)
Namibiyada yerləşir. Bir vaxtlar almaz axtarışında olanlar üçün əvəzedilməz bir şəhər idi. İndi isə şəhər sadəcə qumların altında qalmış bir yerə çevrilmişdir. Şəhər almanlar tərəfindən burda böyük mineral sərvətlərin olduğu aşkar edildikdən sonra yaradılmışdır. Ancaq elə ki, şəhərin bütün sərvətləri daşınıb aparılmış və onunla da şəhərdəki insan həyatına son qoyulmuşdur. Şəhər indi qumların altında batmaq üzrədir. Namibiya səhrasındakı qumlar öz sözlərini deyirlər bu şəhərin üstündə...

Tərk edilmiş şəhərlərRuh Adası (1974-cü ildən tərk edilmişdir)
Yaponiyada yerləşir. Mitsubishi və digər bir neçə böyük və məhşur yapon şirkətlərinin yaranma və inkişaf mərkəzi olmuşdur. Buna görə də burda böyük canlanma var idi. Ancaq sonra tədricən bu adadan daha çox sənayeləşmiş şəhərlərə doğru köç olundu, şəhər isə boşaldı. 2009-cu ildən isə şəhər turistlər üçün açıq elan edildi...

Tərk edilmiş şəhərlərOradour-Sur-Glane (1944-cü ildən tərk edilmişdir)
Fransada yerləşir. İkinci Dünya Müharibəsi illərində Nasistlər hücum edərək şəhəri tamamilə dağıtdılar və 642 yerli sakini də öldürdülər. Yandırılmış evlər və maşınlar həmin ildən bu ilə kimi də olduğu kimi qalmışdır. Tarixi bir muzey kimi 1944-cü ildən bu günə kimi saxlanılır.

Tərk edilmiş şəhərlərCentralia Şəhəri (2001-ci ildən tərk edilmişdir)
Pensilvaniya ştatında, ABŞ-da yerləşir. Şəhərin giriş hissəsi tamamilə dağılmış və ZİP kodu isə ləğv edilmişdir. Bu şəhərə gedən əsas magistral yol da dağılmışdır. Şəhərin tərk edilmə səbəbi isə yanğınlar olmuşdur. Baş verən yanğınlar şəhərdəki həyatı iflic etmiş və buradakı insan həyatını tamamlamışdır. Buna baxmayaraq, yavaş-yavaş insanlar şəhərə geri dönürlər. Burdakı həyat tədricən dirçəlir. Həmçinin insanlar da onlara dəymiş ziyan üçün təzminat istəyirlər.

Tərk edilmiş şəhərlərHumberstone Şəhəri (1960-cı ildən tərk edilmişdir)
Şimali Atakama səhrasında, Çili dövləti ərazisində yerləşir. 2005-ci ildən UNESCO irsi hesab edilir. Şəhərin qurulması və inkişafı bu ərazidə olan təbii sərbətlərlə bağlı idi. Lakin bir müddət sonra bu şəhər də ekstermal hava şəraiti ilə əlaqədar olaraq tərk edildi.

Tərk edilmiş şəhərlərBodie Şəhəri (1942-ci ildən tərk edilmişdir)
Kaliforniya ştatında, ABŞ ərazisində yerləşir. Şəhərin yüksəlişi 1880-ci illərə aiddir. Burdakı qızıl mədənləri insanların böyük marağını çəkirdi. Dövrünün ştatdakı ən böyük şəhərlərindən idi. Bir neçə xəstəxanası, məktəbi, kilsələri və digər obyektləri var idi. İndi isə şəhər tamamilə boşalıb. Turistlər burda o vaxt ümüdlə və qızıl həvəsi ilə tikilmiş bir şəhərin xarabalıqlarında gəzirlər.

Tərk edilmiş şəhərlərKayaköy Şəhəri (1923-cü ildən tərk edilmişdir)
Türkiyə ərazisində yerləşir. Əvvəllər bu şəhərdə yüzillərdir ki, burada məskunlaşmış minlərlə yunanca danışan xristian əsilli insanlar var idi. Ancaq şəhərin tərk edilmə səbəbinə gəldikdə isə Türkiyə və işğalçı qüvvələr arasında baş verən döyüşlər şəhərdəki vəziyyəti çox ağırlaşdırdı. İnfrastruktur ciddi surətdə zədələndi. 500-dən çox ev, kilsələr məhv oldu. İndi isə şəhər turistlər üçün açıq elan olunmuş yerlərdən biridir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8484   Tarix: 22 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741