Mübarək ayın gəlişinə hazırlaş!

Mübarək ayın gəlişinə hazırlaş!Mənbə: http://zikr.az

Mübarək Ramazan ayı yaxınlaşmaqdadır. Bu ay başqa aylar kimi deyildir. Bu ay xeyir-bərəkətlə dolu, Allahın mərhəmət qapılarının açıldığı bir aydır. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Ramazan ayının gəlişi münasibəti ilə öz səhabələrini müjdələyər, bu ayda mərhəmət və cənnət qapılarının açılmasını, cəhənnəm qapılarının və şeytanların bağlanmasını xatırladar və belə deyərdi: "Ramazanın ilk gecəsində cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Cəhənnəmin qapıları isə bağlanar və heç biri açıq qalmaz. Həmçinin, şeytanlar da qapanarlar. Bir çağırışçı belə deyər: "Ey xeyir istəyən kimsə! Buyur! Ey şər istəyən kimsə! Geri çəkil!" Hər gecə Allah təalə cəhənnəmdən kimlərisə xilas edər".
Həmçinin, Peyğəmbər demişdir: "Ramazan ayı gəldi. Bu ay bərəkət ayıdır. Bu ayda Allah təalə sizi əhatə edər, rəhmətini nazil edər, günahları bağışlayar və duaları qəbul edər. Allah təalə sizin bu ayda (xeyir işlər görmək üçün bir-birinizlə) yarışmağınıza baxar və sizinlə mələkləri qarşısında öyünər. Siz də özünüzdən Allaha xeyir nümayiş etdirin. Bədbəxt kimsə bu ayda Allahın rəhmətindən məhrum olan adamdır".
Ramazan ayına yetişməyin özü bir nemətdir. Ona görə bu ayda ibadətlərə qapanmaq və pis işlərdən çəkinmək lazımdır. Həmçinin, bu ay ibadətə və namaza başlamaq üçün ən böyük fürsətdir.   
Ramazan ayının orucu İslamın beş əsasından biri hesab olunur. Peyğəmbər demişdir: "Islam beş əsas üzərində qurulmuşdur: "Allahdan başqa həqiqi tanrının olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc etmək".
Müsəlman bəndə bu ayda orucla öz nəfsini Rəbbinin itaətinə alışdırmalı və səbirə yiyələnməlidir. Bu ibadəti yerinə yetirməkdə məqsəd sadəcə yemək-içməyi tərk etmək deyil, eləcə də bütün asiliklərdən tövbə edərək Allahın itaətinə qayıtmaqdır. Ona görə də Peyğəmbər demişdir:"Kim yalan danışmağı, ona əməl etməyi və cahilliyi tərk etmirsə, Allah təalə onun tərk etdiyi yemək-içməyə baxmaz".
Oruc tutan adam Allahın haram buyurduqlarını tərk etməli, ona vacib edilənlərə isə sıx bağlanmalıdır. Yalnız bu halda Ramazan ayında cəhənnəm atəşindən qurtularaq Allahın mərhəmətini və Cənnətini qazanmaq olar. Peyğəmbər buyurmuşdur: "Kim Ramazan ayını imanla və mükafatını (yalnız Allahdan) umaraq oruc tutarsa, keçmiş günahları bağışlanar" (əl-Buxari, 38). 
Hər bir müsəlman bu ayda mənasını dərk edərək Quran oxumağı, zikr və dualar etməyi, yaxşı işlər görməyi çoxaltmalıdır. Valideynlərinə bacardıqca çox yaxşılıq etməli, qohumluq əlaqələrini sıx tutmalı, qonşularla xoş davranmalıdır. Həmçinin, xəstələri ziyarət etməli və digər xeyirxah əməllər etməyə çalışmalıdır. 
Uca Allahdan bizi bu Mübarək ayda xeyirxah işlər görməyə müvəffəq etməsini, oruc və digər ibadətlərimizi qəbul etməsini diləyirik!


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 13417   Tarix: 18 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822