Ökləmizə 6 medal qazandıran qəhrəmanlar

Ökləmizə 6 medal qazandıran qəhrəmanlar"Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim üçün möhtəşəm hadisədir. Biz də bu möhtəşəm hadisənin bir hissəsi olmaqla qürur hissi keçiririk".

Bu barədə Karate üzrə Azərbaycan Millisinin baş məşqçisi Rəhman Hətəmov verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu yarış Azərbaycan idman tarixində ən önəmi hadisələrdən biri olmaqla yanaşı, ölkədə karate idman növünün inkişafına böyük təkan oldu.

"İlk növbədə ölkə başçısı İlham Əliyevə çox minnətdarıq ki, şəxsən onun təşəbbüsü ilə karete idman növü Avropa idman oyunlarına daxil oldu. Biz də bu möhtəşəm bayramın bir hissəsi olduq. Azərbaycan idman tarixində bizim də öz imzamız oldu. Təbii ki, bu böyük məsuliyyət idi. Biz çox ciddi hazırlaşırdıq. Bu yarış digərlərindən fərqli olaraq bizim üçün ikiqat həyəcanlı və məsuliyyətli idi. Həm ölkə başçısının bizə verdiyi etimadı doğrultmaıydıq. Həm də, dogma vətəndə mütləq qəəbə çalmalıydıq. Həm də ilk biz çıxış edirdik. Elə nəticələr qazanmalıydıq ki, digər idmançılarımızda stimul qazansınlar. Şükürlər olsun ki, idmançılarımız bu imtahandan layiqincə çıxdılar".

Baş məşqçi onu da qeyd edib ki, milli komanda bu yarışlarda gözlədiklərindən daha yaxşı nəticə qazanıb. Rəhman Hətəmov bu uğura görə həm də azərkeşlərin payı olduğunu qeyd edib: "Biz gözləyirdik ki, bir qızıl, bir gümüş, bir bürünc medal qazanaq. Lakin ürəyimizdə istəyirdik ki, heç olmasa 2 qızıl medalımız olsun. Şükürlər olsun ki, idmançılarımız bizə gözlənilməz sevinc bəxş etdilər. Gənc kareteçimiz Firdovsi Zərbəliyev hamımızı təcübləndirdi. Çünki o, digər idmançılarımıza nisbətən nəticələri elə də güclü deyildi. Buna baxmayaraq, Firdovsi özündə güc tapdı və bizi sevindirdi. Qızıl medal qazandı. Bizim karete ulduzumuz Rəfael Ağayevdən hamımız qızıl medal gözləyirdik. Bu onu həm daha da həyəcanlandırırdı, həm də gərgin vəziyyətə salmışdı. Heç nəyə baxmayaraq, yalnız qələbə qazanmalı idi. Sağ olsun bu məsuliyyətin öhdəsindən layiqincə gəldi. Azərkeşlərimizə də minnətdarlıq bildiririk. Onların aktivliyi idmançılara böyük güc verdi".

Qeyd edək ki, Bakıda keçirilən I Avropa Oyunlarında Azərbaycanın kareçiləri 4 qzıl, 2 bürünc medal qazanıb. Qızıl medal qazanan idmançılar Rəfael Ağayev, Ayxan Mamayev, Firdovsi Fərzəliyev və İrina Zaretskadır. Bürünc medal qazanan karateçilərimiz isə Niyazi Əliyev və İlahə Qasımovadır. Anspress\


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2033   Tarix: 15 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665