UNESCO-nun Ümumdünya irsindən - Qız Qalası

UNESCO-nun Ümumdünya irsindən - Qız QalasıQız Qalası Azərbaycanın ən məşhur tarixi abidələrindən biridir. Qala qədim qala divarlarının (İçəri Şəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur.

UNESCO-nun Ümumdünya irsindən - Qız QalasıHündürlüyü 28 m, diamеtri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

UNESCO-nun Ümumdünya irsindən - Qız QalasıDaşdan hörülmüş bu tavanların оrtasında dairəvi dеşiklər vardır. Dеşiklər şaquli хətt istiqamətindədir. Bеlə ki, VIII mərtəbənin tavanının оrtasında оlan dairəvi dеşikdən baхdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yеganə giriş yоlu оnun qərb tərəfində, yеrin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m еnində оlan tağlı qapı yеridir. Azərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinazlarının üstündə də dəfələrlə təsvir edilmişdir.

UNESCO-nun Ümumdünya irsindən - Qız QalasıAbşeron qəsrlərinin qüllələrində olduğu kimi, Qız qalasında da uca silindrik tutum bayırda aşağıdan yuxarıya doğru yüngülcə daraldığı halda, içəridə əksinə mərtəbələr yuxarı qalxdıqca genişlənir (birinci mərtəbədə iç diametr 6,25 m, sonuncu mərtəbədə 7,0 m). Bu yolla qalanın mühəndis və baxış dayanıqlığı güclənir.

UNESCO-nun Ümumdünya irsindən - Qız QalasıQız qalası nəhəng qaya üzərində tikilmişdir. Ən uca tutum-hündürlüyü 30 metrə çatan dairəvi qüllə enişli sal qayanın yuxarısında yerləşir. Qüllədən ayrılan çıxıntı bir az alçaqdır. Çıxıntının uca və qalın daş kütləsi qüllənin çevrəsinə toxunandır. Sanki çıxıntı burularaq qüllə silindrinə çevrilir. Kənardan və yuxarıdan baxdıqda isə bu doqquz görüntüsü yaradaraq binanın "9" şəklində tikilməsi effektini verir.

UNESCO-nun Ümumdünya irsindən - Qız QalasıUNESCO-nun Ümumdünya irsindən - Qız QalasıQız qalasıyla bağlı əfsanə Azərbaycanda bir çox poema və teatr tamaşalarının mövzusu olmuşdur. 1940-cı ildə böyük bəstəkar Əfrasiyab Bədəlbəyli həmin əfsanənin motivləri əsasında ilk Azərbaycan baleti olan Qız qalası baletini yazmışdır. Balet ilk dəfə Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnələşdirilmişdir.
Qız qalası 1992-2006-cı illərdə 1 və 250 manatlıq, 2006-cı ildən 10 manatlıq və 5 qəpiklik pul əsginazlarında təsvir edilmişdir.

Source: Deyerler.Org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9510   Tarix: 19 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 198
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 302
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28.03.2024 851
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261