Röya vor zakonluğu İlhamə Quliyevadan öyrəndi

Röya vor zakonluğu İlhamə Quliyevadan öyrəndiXalq artisti Flora Kərimova müğənni Röyanın qalmaqallı video məsələsinə münasibət bildirib.

BiG.AZ xəbər verir ki, aznews.az saytına açıqlama verən sənətkar deyib ki, Röyanın etdiyi biabırçılığı Azərbaycan sənət dünyasında və səhnəsində İlhamə başlayıb:

"Bizim dövrümüzdə heç bir müğənni bu hərəkəti etməzdi. Röya özünü açıq-saçıq göstərəndə biləydi ki, nəticəsi bu olacaq, kimsə onu söyəcək də, təhqir də edəcək. Gərək, bu məsələlərə dözümlü yanaşardı, daha durub, "vor zakon"luq etməzdi. Röya çox pis hərəkət etdi. O, oğlanın üstünə "bazburt"lu kişilərlə getdi. "Bazburt"lu kişi bilmir ki, polis var və o, Röyanın xuliqanlığına reaksiya verə bilər. Polis isə gəlib oturub Röyanın yanında. Əgər o, polisdirsə, özü ondan soruşmalıdır ki, bu nədir? Sən polis, yaxud da o adamlar hansı başla gəlib onun yanında oturub? Bilmirdilər ki, Röya bunu axırda çəkəcək və onları pis vəziyyətdə qoyacaq?

Gərək, Röyanı çağırıb soruşsunlar ki, yanındakılar kimdir? Əgər onları pulla tutub gətiriblərsə, yaxud polissənsə sənin nə ixtiyarın var, "zopa" rolunda olursan? Aidiyyəti qurumlar mütləq maraqlanmalıdır ki, Röya hardan alıb bu cəsarəti?"

F.Kərimova əlavə edib ki, Röyanın etdiyi bu hərəkət təkcə onu söyən cavan oğlana qarşı deyil, bütün kişilərə qarşı edilmiş təhqiramiz hərəkətdir:

Xalq artisti deyir ki, Röya çox böyük səhvlər etsə də, onun həbsini arzulamır: "Röya qadındı, anadır, balası var. Ancaq bir az başını işlətsin. Ümid mətbuata qalıb. Məndən başqa danışan yoxdur. Ona görə, bu sözümü yadınızda saxlayın: İlhamə Quliyevanı susdurmayana kimi Röya kimilər göbələk kimi çırtlayacaq".

Xatırladaq ki, müğənni Röya onu təhqir edən şəxsi mədəniyyət, şou-biznes adamı kimi deyil, cinayətkar aləmin nümayəndələrinə xas üsullarla cəzalandırıb.

Müğənninin "İnstagram" səhifəsindəki paylaşımından aydın olur ki, o, polisin köməyi ilə həmin şəxsi taparaq hüzuruna gətizdirib və onunla haqq-hesab çəkib.

Üstəlik, qurduğu bu "məhkəməni" gizli şəkildə videoya çəkərək, başqalarına dərs olsun deyə yayımlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1782   Tarix: 27 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104