Arvadım bilir ki, məşuqəm var

Arvadım bilir ki, məşuqəm varTanınmış müğənni Əli Mirəliyev belə getsə, deyəsən, müğənniliyi atıb, aktyorluqla məşğul olacaq. Özü demişkən, həm pul qazanacaq, həm də maraqlı insan kimi filmə yaraşıq verəcək.
Müğənni artıq filmə də çəkilib. "Bir milyon manat" adlı filmdə rol alan sənətçini elə filmin premyerası günü söhbətə çəkdik.

Təqdimat mərasiminə həyat yoldaşı və qızı ilə qatılan Əli Mirəliyev filmlə bağlı publika.az-a müsahibə verib.

- Əli müəllim, necə oldu birdən-birə filmə çəkildiniz? Kim dəvət etdi?

- Sözün düzü, özüm üçün də gözlənilməz oldu. Elmir adlı oğlan filmin rejissorudur. Mən bunu sonradan bildim. Məni çağırdı ki, gəl, sizinlə işimiz var. Mən getdim onların ofisinə, soruşdular ki, bəs filmə çəkilmək istəyirsiniz? Sözün düzü, əvvəlcə, tərəddüd etdim, çünki indiyə qədər aktyorluq bacarığımı heç yerdə göstərməmişdim. Dedim ki, mahnı oxumağımı istəyirsinizsə, problem yoxdur, amma bilmirəm rola girmək məndə alınar, ya alınmaz? Dedilər ki, gəl risk edək, bəlkə, elə alınacaq. Belə, bir-iki dubldan sonra bəyənildim.

Amma deyim ki, filmə çəkilmək asan iş deyilmiş, bu aktyorlar nələr çəkirmiş?

- Obrazınız sizi qane etdimi?

- Film maraqlı süjet xəttinə malikdir. Filmin əsas qəhrəmanı bir qoca nənədir. Mən də onun məşuquyam. Biz cavanlıqda bir-birimizi sevmişik, yaxşı günlərimiz olub. Sonra bu nənənin nəvəsi Londonda peyda olur. Nənə öz daxılına 10 manat pul qoyur. Bu nəvə də Londondan durub gəlir ki, bəs nənəsindən ona sərvət qalacaq. Çünki elə bilir ki, daxılda on milyon pul var. Daxılı açanda görür ki, 19 manat pul var, nə isə çox maraqlı bir filmdir.

- Premyeraya xanımınızla gəlmisiniz. Bəs qorxmursunuz filmə baxandan sonra aranızda narazılıq yaşanar? Hər qadının işi deyil e, filmdən həyat yoldaşının eşq yaşamasını sakitliklə qarşılasın...

- Arvadı özüm gətirmişəm ki, baxıb ərinin aktyorluq qabiliyyətini də görsün. Qabaqcadan da hər şeyi danışmışam, arvadım bilir ki, filmdə sevgilim var. Belə də ki, Əli Mirəliyev arvada hesabat verən kişilərdən olmayıb. Kişi kişidir, qadın da qadın. O da heç vaxt cəsarət edib mənə artıq-əskik suallar verməyib. Bax elə yanında deyirəm, dalda danışmıram ki. O bəzi sənət adamlarıdır e. Efirə çıxıb arvadından danışır. Bizim evdə dədə-baba qaydaları hökm sürür. Mən də evimi köhnə kişilər kimi idarə edirəm.

- Əli müəllim, filmdə hansı çətinlikləri yaşadınız ki?

- Sözün düzü, mən istədim ki, filmdə öz Bakı ləhcəmlə danışım, ssenaristlə, rejissor etiraz etdi. Mən də birdən-birə ləhcəmi dəyişə bilməzdim axı, buna görə çəkiliş zamanı çətinliklər yaşadım. Məni başa saldılar ki, bu kinodur, gərək tələblərinə uyğun danışasan. Amma elə öz bildiyimi elədim, filmdə bəzi sözləri ləhcəylə söylədim. Həm də tam olaraq bədii dildə danışmaq mümkün olmadı. Sonradan rejissor özü də bunu anladı və mənə etiraz etmədi. Dedi ki, eybi, yoxdur, qoy belə olsun.

- Əli müəllim qonorar aldınız?

- Hə, sağ olsunlar, verdilər.

- Nə qədər?

- Min bərəkət. Hələ mənə hörmət edib, artıqlaması ilə verdilər. Axı özünüz də bilirsiniz ki, bu gün cavan uşaqlar filmi min bir əziyyətlə çəkir, sponsor tapılmır, az pula böyük bir film çəkirlər. Bir var oturasan evdə pulsuz-parasız, bir də var həm filmə çəkiləsən, həm də azdan-çoxdan qonorar alasan.

- Yəqin ki, indən belə sizi filmlərimizdə aktyor kimi də tez-tez görəcəyik?

- Şübhəsiz, dəvət etsələr, çəkiləcəyəm. Oxumağa nə var e, nə qədər lazımdır oxuyum. Oğul istəyirəm aktyorluq eləsin. Çox çətindir, amma maraqlıdır.

- Sizin üçün janrın əhəmiyyəti varmı - komik, dramatik?

- Yox əşi, komediyada da oynayaram, faciədə də. Lazım olsa "vorzakon" da olaram, "alkaş" da, qəhrəman da. Mən özümə inanan adamam, istənilən rolu elə yaradaram ki, aktyorlar baxıb məəttəl qalar.

- Əli müəllim, sizcə, filmi maraqlı edən ssenaridir, yoxsa aktyor oyunu?

- Aktyor oyunundan da çox şey asılıdır. O insan maraqlıdırsa, elə tarixçi də olsa maraqlı olacaq, müğənni də olsa, aktyor da...Bizim köhnə aktyorlara baxın. Elə xalq artisti Ələsgər Ələkbərovun əzəməti nəyə desən dəyərdi. "Vaqif" tamaşasında görün necə ecazkar bir səslə danışır:

Aparın Vaqifi salın zindana,

Göz dağı çəkdirin Azərbaycana!

Bu rolu indi kim oynaya bilər? Fuad Poladov, Nurəddin Mehdixanlı, Rasim Balayev kimi sənətkarlar bu rolu oynaya bilər. Həm də o film seviləcək, ona görə ki, adlarını çəkdiyim bu sənətkarlar həm də insanlar üçün həmişə maraq kəsb edib.

- Əli müəllim, qorxuruq səhnəni birdəfəlik çəkiliş meydançası ilə əvəzləyəsiniz?

- Heç elə şey ola bilər. Amma dəqiq sizə söz verirəm ki, məni indən belə filmlərin baş qəhrəmanı kimi görsəniz, çaşıb qalmayın. Çünki sənət aləmində olduğu kimi elə kino aləmində də Əli Mirəliyev maraqlı tip olaraq seviləcək. (Üzünü həyat yoldaşına tutub sual verir) Nədir, bəlkə, düz demirəm?

(Onu da deyim ki, Əli Mirəliyev nə illah elədisə, xanımı şəkil çəkdirməyə razılıq vermədi. Hətta durub başqa masada oturmaq istədi. Müğənni onun bu hərəkətindən əməlli-başlı əsəbiləşdi).

- Ay qız otur yerində. Hara gedirsən, bunlar televiziya deyil, saytdır, görüntün olmayacaq, şəklini çəkəcəklər...

(Əli Mirəliyevin təkidinə baxmayaraq, biz xanımın istəyinə hörmətlə yanaşdıq).


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4097   Tarix: 26 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Elnarə, səsin üçün ölərəm" - VİDEO

Türkiyəli pop ulduz Sərdar Ortaç yenidən Elnarə Abdullayeva ilə bağlı paylaşım edib. O, xanəndənin ifasını paylaşaraq ona təriflər yağdırıb. Gecə saatlarında muğamımıza qulaq asan sənətçinin dərin kədər içində olduğu nəzərdən qaçmayıb.( )

14.04.2024 1128
.

Ülviyyə Namazova: "Ərim ölməzdən qabaq zəng etdi, acıladım"

Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb. -ın xəbərinə görə, o, iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını yol-nəqliyyat hadisəsi zamanı itirdiyini söyləyib. "Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim

18.04.2024 1152
.

İlkin Həsəni xanımının gizli çəkdiyi videosunu paylaşdı

Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Aysel Həsəni ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, həyat yoldaşının gizli videosunu çəkib. Görüntüləri instaqram hesabında paylaşan İlkin "Sevinir, instaqram profili bərpa olunub" sözlərini yazıb. Qeyd edək ki, Ayselin 342 minlik instaqra

18.04.2024 928
.

"Kızıl goncalar"la bağlı yeni qərar

"Kızıl goncalar" serialının mövsüm finalı ilə bağlı dəyişiklik edilib. Axşam.az xəbər verir ki, layihə 20-ci yox, 19-cu bölümündə izləyiciləri ilə vidalaşacaq. Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır

16.04.2024 595
.

"Sihirli annem"in Dudusu Serenay haqqında: "Onda gəncliyimi görürəm"

"Sihirli annem" serialının Dudusu Nevra Serezli aktrisa Serenay Sarıkaya haqqında fikir bildirib. xəbər verir ki, Nevra Serezli Serenayı öz gəncliyinə bənzədib. "Serenayda gəncliyimi görürəm. O, hər şeyi dozunda edir. Ulduz işığı var, səhnəyə çox yaraşır" ,- deyə o bildirib

18.04.2024 355
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18.04.2024 1130
.

Rusiya Dövlət Duması Alla Puqaçovaya üzr istəməyi tövsiyə edib

Dövlət Dumasının deputatı Sergey Solovyov bildirib ki, müğənni Alla Puqaçovanın bundan sonrakı əməlləri sənətçinin yenidən Rusiyada çıxış edə biləcəyini müəyyən edəcək. "Məncə, o öz səhvlərini etiraf etməli və anti-Rusiya mövqeyinə, Hərbi Dairəni və Rusiya Federasiyasının Silahlı Qüvvələrini tənqi

14.04.2024 331
.

Coni Dip qala alacaq

60 yaşlı aktyor Coni Dip tarixi tikili alacaq. xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. O, İtaliyanın Torino şəhərində 15-ci əsrdə tikilən qalanı almağı düşünür

17.04.2024 361
.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 818