Mirşahir yanan bina haqda: "Onu biz yandırdıq"-VİDEO

Mirşahir yanan bina haqda: "Onu biz yandırdıq"-VİDEOMirşahin Ağayev bu dəfə ANS TV-nin "Hesabat" verilişində Binəqədi rayonunda baş vermiş yanğından danışıb.

BiG.AZ Oxu az-a istinadən həmin süjeti təqdim edir:

Hamımız yanırq. Amma Odlar Yurdunun övladları olduğumuz üçün yox. Oddan kül törəyir ona görə.

Bu evin üzü qaradır. Onu biz yandırdıq. Bəzən laqeydlik, bəzən yola ver getsinlik, bəzən, diqqətsizlik, bəzən rüşvət hesabına nələrəsə göz yummaq, bəzən səhlənkarlıq, bəzən məsuliyyətsizlik və bütün bu səbəblərin hamısının cəmi ilə. Bu ev dövlətimizin 100 minlərlə binasından biridir. Və dövlət adlandırdığımız böyük ev belə evlərdən tikilib.

Nə baş verib? Əlbəttə, böyük bir faciə, müdhiş bir dərd, 10 böyük, 5 körpə qəbri qoyub gedən fəlakət. Və ən qəribəsi budur ki, bu evin yanmasını təşkil edərkən ilk baxışda yaxşılıq etmək istəyirdik. Bu evə xüsusi materialdan üzlük qatı da elə ona görə çəkmişdik ki, bina yaraşıqlı görünsün. Amma Cəhənnəmə aparan yol xeyirxah niyyətlərlə fərqlənib - deyirlər.

Birimiz bir şeyə göz yumub dedik cəhənnəmə ki, o birimiz bir başqa şeyə göz yumub dedik cəhənnəmə ki, və buyurub aldıq: bu da cəhənnəm … Bu cəhənnəm odu əslində burda yananlar üçün deyildi… Başqalarının oduna bu yaşlar yandı. Amma var axı.

Bu binanın üzlük qatını hazırlayan, onun keyfiyyətinə nəzarət etməli olan, bu üzlüyü gətirib divarlara sırıyan da, onlara görə halallı-haramlı pulunu alıb cibinə qoyan da biz idik. Axı bu binanı göyə qaldırıb orda üzləyib, sonra da paraşutlə gətirib bura qoymamışdılar.

Prezident İlham Əliyev keçirdiyi xüsusi müşavirədə bir sıra boşluqları üzə çıxardı. Hamımız burda idi. Tikən də, bərpa edən də, qəbul edən də. Evimiz niyə yandı? Niyə 15 nəfərimiz öldü... niyə 5 körpənin qanlısı olduq? Axı bütün bunlar olmaya bilərdi… Kimsə on beş manat qazanacaqdı deyə on beş nəfər niyə ölməliydi?

Versiyalar çoxdu… təbii ki, amma onların hamısının kökü bir versiyadan mütləq şəkildə keçir. Rüşvət… Hansı səviyyədə hansı mərtəbədə alınmasından asılı olmayaraq rüşvət… Prezidentin yanında məsuliyyətimizi yaxşı anladığımızı hiss etdirirdik. Davranışımızdan anlaşılırdı ki, nəsə xoşəgəlməz, ağır bir prosesin içindəyik və bura mükafat üçün çağrılmamışıq.

İlham Əliyevin irad tutduğu məsələlər əslində bizim üçün yeni olmamalıydı. Çünki bu toplantıya məhz rəhbərlik etdiyimiz qurumların fəaliyyətinin nəticəsinə cavab vermək üçün dəvət olunmuşduq. Təbii ki, bu ev yanandan sonra nələrsə, kimlərsə dəyişəcək, cəzalandırılanlar olacaq, necə ki artıq var… Daha məsuliyyətli olacağıq. Dövlət öz vətəndaşını qorumağın daha etibarlı yollarını və mexaizmlərini tapacaq.

"Tələb edirəm ki, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün mənə konkret təkliflər paketi mənə təqdim edilsin. Çünki mən görürəm ki, bu sahədə ciddi tənzimləmə sistemi yoxdur", - deyə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bildirib.

Məlum oldu ki, hətta dövlət parklarının bir hissəsini özələşdirib ev tikirik. Ona görə də dövlət başçısı Qanunun Qüvvəyə minməsini əngəlləyərək özləri Qanunları minən qüvvələrin üzərinə getdiyini açıq şəkildə bəyan etdi:

"Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı".

Yəni baxın ha… Evlərinizi başınıza uçuraram. Amma mən Prezidentin çıxışından bir parçanı xüsusi olaraq şərhimin sonuna saxladım. Son zamanlar dəbdə olan, az qala bizim eradan əvvəl bizim eradan sonra mənasına yaxınlaşan Avropa Oyunlarını hər yerdə, hər hərəkətdə bir cızıq, bir sərhəd kimi hallandırmağımız İlham Əliyevi belə bir haşiyəyə vadar etdi:

"Söküb, bərpa etməmək də olar. Avropa Oyunları və başqa böyük tədbirlər bu faciə qarşısında heçə bərabərdir".

Doğrudan da bu insan ömrüdür, oyun deyil. Və Prezident onu demək istəyirdi ki, biz Avropa Oyunlarını ona görə keçiririk ki, ölkə və onun vətəndaşları daha yaxşı yaşasın.

Turistlər gəlsin, pul gətirsinlər, camaatımız onların xidmətindən bəhrələnsin, dövlətimiz tanınsın, onun haqqında yanlış təsəvürü olanlar doğru Azərbaycana baxsınar, Azərbaycana doğru baxsınlar.

Başımız elə qarışıb ki, fikir verməmişik: deyəsən səbəb və nəticə əlaqəsi pozulub axı. Biz oyunları keçirməkdən ötrü ölmürük, yəni oyunları ona görə keçirimirik ki, ölək, yanaq…. Əksinə keçiririk ki, yaşayaq!

Mən sonda yenidən Bu Üzüqara Evə qayıdıram. Və bu rəngə həm də üzümüzün rəngi kimi baxıram. Əlbəttə rənglənəcək, əlbəttə harasısa ağardılacaq… amma altı ki, qara qalacaq… və hələ uzun müddət bu binanın mənzillərinin bir neçəsində körpə ruhlar dolaraşaq analarını, öz oyuncaqlarını axtaracaq, tapmayacaq və köməksiz şəkildə ağlayacaq.

Allah cənnəti ilə ovundursun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3564   Tarix: 25 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181