Peyğəmbərin ən çox sevdiyi paltar

Peyğəmbərin ən çox sevdiyi paltarMənbə: http://zikr.az

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Ağ rəngdə libas geyinin! Sağlığınızda ağ libas geyinin. Həmçinin, ölülərinizi də ağ kəfənə bürüyün. Çünki ağ geyim libaslarınızın ən xeyirlisidir."
Peyğəmbər bunu deməklə ümmətini ağ rəngdə libas geyinməyə rəğbətləndirər, özü də ağ rəngdə libas geyinərdi. Əbu Zərr demişdir: "Bir dəfə mən Peyğəmbərin yanına gəldim. Onun əynində ağ libas var idi" (Səhih əl-Buxari, 5827).
Digər rənglərə nisbətən ağ geyimdə çirk daha tez gözə çarpır və bu çirki təmizlədikdə libas daha təmiz və daha gözəl görünür.
Həmçinin, rəvayət edilir ki, Aişə demişdir: "Bir səhər Rəsulullah evindən çıxarkən onun əynində qara yundan, üzərində də bəzək olan bir bürüncək var idi."
Bu hədis dəlalət edir ki, həm qara rəngdə olan, həm yundan hazırlanmış, həm də üzərinə bəzək salınmış libası geyinmək olar. Ümumiyyətlə, İslam şəriətinin qadağan etmədiyi istənilən libası geyinməyə icazə verilir. Peyğəmbər demişdir: "İsrafa yol vermədən (həddi aşmadan) və təkəbbürlük göstərmədən yeyin, için, sədəqə verin və istədiyiniz geyimi geyinin" (Sunən İbn Macə, 23).

Peyğəmbərin ən çox sevdiyi paltar
Ummu Sələmə demişdir: "Rəsulullahın geydiyi paltarlar arasında ən çox sevdiyi paltar köynək idi." (Tirmizi, 1762).
Burada "köynək" dedikdə, baş və ayaqlar istisna olmaqla bədənin hər yerini örtən, iki qoldan və yaxalıqdan ibarət, pambıqdan və ya buna bənzər bədəni narahat etməyən parçadan hazırlanmış geyim nəzərdə tutulur.
Ənəs ibn Malik demişdir: "Rəsulullahın geydiyi paltarlar arasında ən çox sevdiyi paltar hibərə idi." (əl-Buxari, 5813).
Hibərə pambıqdan və ya bəzəkli kətandan hazırlanan Yəmən bürüncəyidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 8141   Tarix: 24 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235