İspan futbolçu: Qarabağla Barselona eyni stildə oynayır

İspan futbolçu: Qarabağla Barselona eyni stildə oynayır"Qarabağ"ın ispaniyalı hücumçusu Dani Kintana Azərbaycan Premyer Liqasının 35-ci turunda Bakı "İnter"i ilə oyundan sonra qol.az saytına müsahibə verib.

- Komandan Azərbaycan Premyer Liqsının 2014/2015 mövsümünün çempionu oldu. Çətin mübarizədə "Qarabağ"a meydanda köməklik göstərə bilməsən də, çempionluq hisslərini komanda yoldaşlarınla birlikdə yaşayırsan. İlk öncə təəssüratlarını öyrənək...

- Bütün "Qarabağ" kollektivini çempionluq münasibəti ilə təbrik edirəm. Bu mövsüm "Qarabağ"ın matçlarında iştirak edə bilməsəm də, hər bir futbolçumuzla eyni hisslərə sahibəm.

- "Qarabağ" gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. Çoxdandır ki, oynamadığını nəzərə alsaq, bu mübarizə sənin üçün nə dərəcədə asan olacaq?

- Asan olub-olmayacağı haqqında nəsə deyə bilmərəm. Bacardığım qədər məşqlərdə yaxşı hazırlaşmağa çalışıram ki, çətin olmasın.

- "Qarabağ"ın yoldaşlıq görüşlərindən birində gördük ki, daha çox "tiki-taka" stilində oynadığın hiss olunurdu.

- "Qarabağ"ın oynadığı futbol mənim stilimə uyğundur. Ona görə də düşünürəm ki, heç bir çətinliyim olmayacaq.

- Uzun müddətdir Azərbaycandasan və demək olar ki, çempionatımızın yarıdan çoxunu izləmək imkanın oldu. Azərbaycan Premyer Liqası haqqında nə deyə bilərsən?

- Düzü, Azərbaycana gəlməmişdən öncə bu haqda heç bir məlumatım yox idi. Məsələn, "Qarabağ"ın əsas rəqiblərindən olan "Qəbələ" kimi bir klubun olduğundan xəbərsiz idim. Premyer Liqanızda, demək olar ki, bütün klublar güclüdür və onlar hər an hər şey etməyə qadirdirdirlər.

- "Qarabağ"ın Avropa Liqasındakı uğurlu oyunlarından sonra çoxları komandanı "Qafqazın Barselonası" kimi təqdim etdi. Bir ispan kimi bu fikirə mübnasibətin necədir?

- Təbii ki, stil olaraq oxşar futbol oynayırlar. Amma bu stili icra etmək baxımından arada olduqca böyük fərq var. Çünki "Barselona" böyük komandadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2913   Tarix: 24 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Qarabağ" futbolçularına görə heç bir klubdan təklif almayıb

"Qarabağ" heç bir futbolçusuna görə təklif almayıb. Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. O, adları Türkiyə klubları ilə birgə hallanan oyunçularla bağlı kluba müraciət daxil olmadığını bildirib:. "Biz də bu xəbərləri mediadan oxuyuruq

29.03.2024 442
.

"Real"ın oyunçusu La Liqada mart ayının ən yaxşısı seçilib

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib. "Report" xəbər verir ki, 23 yaşlı braziliyalı martda keçirdiyi 3 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Vinisiusun mükafat uğrunda rəqibləri "Barselona"nın hücumçus

30.03.2024 313
.

Azərbaycan idmançısı Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Azərbaycan idmançısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində atıcılıq üzrə beynəlxalq ISAS-2024 turnirində ikinci qızıl medalını qazanıb. "Trend"in məlumatına görə, qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında o, bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünü

24.03.2024 344
.

"Spartak" Qurban Qurbanovla maraqlanır?

Futbol agenti Ramil Adıgözəlov "Leqalbet" ilə söhbətində Moskva "Spartak"ının "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandığını bildirib. "Qurban Qurbanov əla mövsüm keçirdi. Düşünürəm ki, bir çox klublar ona diqqət yetirir. "Latsio"dan, Türkiyə çempionatında

25.03.2024 539
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12.04.2024 839
.

Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO

Fransanın paytaxtı Paris şəhərində 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Ənənəvi tədbir Yunanıstanın qədim şəhəri Olimpiada gerçəkləşib. İlk məşəl daşıyan fransalı, 2004-cü ildə üzgüçülük üzrə Olimpiya çempionu Laure Manadu olub. Qeyd edək ki, Fransada təşkil ediləcə

16.04.2024 227
.

"Real Madrid"ın qapıçısı "Mançester Yunayted"ə keçə bilər

"Real Madrid"in qapıçısı Andrey Lunin "Mançester Yunayted"dən transfer təklifi alıb. Premyer Liqa klubu bu mövsüm özünü kral klubunun əsas qapıçısı kimi təsdiqləyən 25 yaşlı ukraynalı ilə müqavilə imzalamaq istəyir. İspaniya komandası ilə müqaviləsi 2025-ci ilin iyununda başa çataca

24.03.2024 504
.

KİV: "Əl-Hilal" "Barselona"nın hücumçusu üçün 100 milyon avro ödəməyə hazırdır

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu növbəti transfer pəncərəsində "Barselona"nın hücumçusu Rafinyanı almağa hazırlaşır. "Report" xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb. Məlumata görə, Səudiyyə klubu braziliyalı futbolçunun transferi üçün 100 milyo

24.03.2024 470
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 269