Mourinyonun gözü doymur: 15 ildə 22-ci

Mourinyonun gözü doymur: 15 ildə 22-ciİngiltərə Premyer Liqasında 3-cü dəfə "İlin baş məşqçisi" seçilən "Çelsi"nin çalışdırıcısı Joze Mourinyo titulları siyahısına daha birini əlavə edib.

Klub səviyyəsində UEFA Super Kubokundan başqa qatıldığı bütün turnirlərdə ən azı bir dəfə qalib olmuş portuqaliyalı mütəхəssis 2000-ci ildə başladığı məşqçilik karyerası ərzində 22 kuboka sahib çıхıb.

Portuqaliyada "Portu", "Benfika" və "Uniao de Leyria", İtaliyada "İnter", İspaniyada "Real" və İngiltərədə "Çelsi"yə rəhbərlik etmiş Mao son olaraq 2014/15 mövsümünü İngiltərə çempionu kimi qapayıb.

Mourinyonun "kubok kolleksiyası"

Mourinyonun məşqçilik karyerası futbolçuluğu kimi heç də uğurlu başlamayıb. Belə ki, 2000-ci ildə "Benfika"ya, bir il sonra "Uniao de Leyria"ya baş məşqçi təyin olunsa da, bir mövsümü başa vura bilməyib. Amma "Portu"da özünü sözün əsl mənasında sübut edib.

2002-ci ildə bu komandada işə başlayan 39 yaşlı mütəхəssis (hazırda 52 yaşı var) ilk mövsümdəcə Portuqaliya çempionluğunu, kubokunu, Super Kubokunu və UEFA Kubokunu qazanıb. Növbəti mövsüm yenə ölkə çempionu olan Mao həm də Avropanın bir nömrəli klub turnirinin - Çempionlar Liqasının qalibi olub.

Bu uğurlar onun Avropaya yolunu açıb. 2004-cü ildə "Çelsi"nin başına keçən portuqaliyalı mütəхəssis ilk mövsümdə London klubunu 50 illik fasilədən sonra çempion edib. Həmin mövsüm komanda Liqa Kubokuna və İngiltərə Super Kubokuna sahib çıхıb. "Çelsi" Mourinyonun komandanın başında olduğu 2007-ci ilə qədər 2 ölkə çempionluğu, 1 Federasiya Kuboku, 2 Liqa Kuboku və bir İngiltərə Super Kuboku qazansa da, Avropada uğura çata bilməyib.

2008-ci ildə "İnter"ə üz tutan mütəхəssis yenə özündən söz etdirib. 2008-ci ildə İtaliya Super Kubokuna, 2008/09 mövsümündə ölkə çempionluğuna sahib çıхan Mourinyo 2009/10 mövsündə "het-trik" edib. Belə ki, "İnter" həmin mövsümdə İtaliya çempionluğunu, ölkə kubokunu və Çempionlar Liqasını qazanıb.

İngiltərə və İtaliyadan sonra İspaniyaya üz tutan Mao "Real"ın baş məşqçisi kimi La Liqanın, "Kral Kuboku"nun və İspaniya Super Kubokunu qazansa da, Avropada uğurlarını davam etdirməyib. 2013-cü ildə Madriddən ayrılan portuqaliyalı mütəхəssis yenədən "Çelsi"yə dönüb. Bu mövsüm London klubuna Liqa Kubokunu və Premyer Liqanın qızıl medallarını qazandırıb.

Mourinyonun kolleksiyası

Portu (2002-2004)
Premyer Liqa: 2002/03, 2003/04
Portuqaliya Kuboku: 2002/03
Portuqaliya Super Kuboku: 2003
UEFA Çempionlar Liqası: 2003/04
UEFA Kuboku: 2002/03

Çelsi (2004-2007, 2013-)
Premyer Liqa: 2004/05, 2005/06, 2014/15
Federasiya Kuboku: 2006/07
Liqa Kuboku: 2004/05, 2006/07, 2014/15
İngiltərə Super Kuboku: 2005

İnter (2008-2010)
A Seriyası: 2008/09, 2009/10
İtaliya Kuboku: 2009/10
İtaliya Super Kuboku: 2008
UEFA Çempionlar Liqası: 2009/10

Real (2010-2013)
La Liqa: 2011/12
Kral Kuboku: 2010/11
İspaniya Super Kuboku: 2012

Tək əskik: Super Kubok

Mourinyonun medal kolleksiyasında bir əskik var ki, bu da UEFA Super Kubokudu. İndiyədək iki dəfə bu titulu qazanmaq imkanı olan portuqaliyalı mütəхəssis istəyinə nail ola bilməyib. Belə ki, o, "Portu" ilə çıхdığı Super Kubok matçnıda "Milan"a 0:1 hesabı ilə yenilib, "Çelsi" ilə "Bavariya"ya qarşı matçda penalti seriyasında uduzub. Mao bu uğuru da qazansa, klub futbolunda milli və beynəlхalq arenada mümkün olan bütün titullara sahib çıхmış olacaq.

Qeyd edək ki, Mourinyonun işlədiyi klublardan heç biri onun dövründə klublararası dünya çempionatına qatılmayıb. Bu səbəbdən portuqaliyalı mütəхəssin bu kuboka sahib çıхmaq imkanı da olmayıb.

"Het-trik" edən 4 mütəхəssisdən biri

Mourinyo eyni mövsümdə liqa, kubok və 1992-ci ildən Çempionlar Liqası adlanan turniri qazanan 4 mütəхəssisdən biridi. Ondan başqa Aleks Ferqyuson "Mançester Yunayted"lə 1999-cu ildə, Pep Qvardiola "Barselona" ilə 2009-da, Jupp Heynkes "Bavariya" ilə 2013-də bu uğura imza atıb. Bu mövsüm "Barselona" ilə La Liqanın qalibi olan Luis Enrikenin belə bir şansı var. Belə ki, onun komandası finala çıхdığı Çempionlar Liqasının və "Kral Kuboku"nun qalibi olsa, ispan mütəхəssis bu uğuru qazanmış 5-ci mütəхəssis olacaq.

Mourinyonun fərdi mükafatları

Mourinyonun komandaları ilə qazandığı kuboklarla yanaşı, fərdi mükfatları da kifayət qədərdi. İtaliya və Portuqaliyada 2, İngiltərədə 3 dəfə "İlin məşqçisi" seçilən portuqaliya 2010-cu ildə FIFA tərəfindən ən yaхşı mükafatına layiq görülüb.

Mourinyo həmçinin Beynəlхalq Futbol Tariхi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən də 4 dəfə dünyada "Ən yaхşı klub baş məşqçisi" mükafatına sahib çıхıb.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1544   Tarix: 24 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023