Övladlığa uşaq götürmək istəyənlərin diqqətinə

Övladlığa uşaq götürmək istəyənlərin diqqətinəÖvladı olub-olmamasından asılı olmayaraq bir çox ailələr övladlığa uşaq götürmək arzusunda olurlar. Bəzən bu addım doğma övladlarına bacı-qardaş sevgisi aşılamaq üçün də atılır. Lakin bu heç də göründüyü kimi asan məsələ deyildir və bu insanlara bəzi şeyləri tövsiyə etmək istərdim. Bu sətirləri vaxtilə uşaq evində böyümüş biri kimi, orada yaşamış dostlarımla etdiyim söhbətlər əsasında onların hiss və düşüncələrinə əsaslanaraq yazmağı özümə borc bilirəm.

Bilmənizi istərdim ki, sizlər uşaq evlərini ziyarət edərkən həmin uşaqlar sevinir, daim kimlərinsə onları oradan götürəcəyi ümidi ilə yaşayırlar. Məlumdur ki, oranın bəzi sakinləri heç vaxt ailə həyatı görməyib, özlərini dərk edəndən uşaq evinin sakinidirlər. Lakin bununla belə başqa ailələrdən gələn uşaqların evlərində keçirdikləri vaxtdan danışmaları və ya qısamüddətli kiminsə evində qonaq olduqları zaman gördükləri diqqət və qayğı nəticəsində ailənin nə demək olduğunun fərqindədirlər. Mən özüm də səkkiz yaşımadək ailəmlə birlikdə yaşamışam və hələ də həmin günləri gözəl hisslərlə xatırlayıram. Anamın biz oyanmadan yuxudan durması, bağdakı kollardan bizim üçün moruq və böyürtkən yığması, atamın kiçik nəsihətamiz nağıllar danışmasını ömrümün sonuna kimi təbəssümlə xatırlayacam. Bütün bunları bilə-bilə uşaq evindəykən yenidən başqa ailəyə övladlığa verilməklə bağlı həmişə tərəddüd içində qalırdım. Çünki bir tərəfdən yenidən ailəmin olmasını istəyir, digər yandan isə öz doğma bacı və qardaşlarımdan uzaq düşəcəyimdən ehtiyat edirdim.
Bir gün kimisə övladlığa götürmək kimi nəcib bir fikrə gəlsəniz, mütləq əməl etməli olduğunuz bəzi şeylər var.

İlk növbədə çalışın ki, uşaq evlərindən kimisə övladlığa götürmək istədiyinizi uşaqlar və oranın işçiləri bilməsinlər – müdirin bilməsi kifayət edir. Təbii ki, siz orada olan hər kəsi övladlığa götürə bilməzsiniz və belə olan halda seçmədiyiniz uşaqlar bundan təsirlənə bilərlər, bu onların sonrakı həyatlarına mənfi təsir göstərər.

Uşaq evində olarkən bir çox ailələrin oraya kimisə övladlığa götürmək üçün gəlmələrini xatırlayıram. Bu halda insan özünü bazarda satılan əşya və ya meyvə kimi hiss edir. Sanki müştəri malın yaxşısını seçib alır, çürüklər, lazımsızlar isə oradaca qalır. Unutmamaq lazımdır ki, uşaq evləri və internatların sakinləri daha həssas olurlar.
Yuxarıda da qeyd etdiyim kimi, bu uşaqların övladlığa verilmə ilə bağlı ən böyük qorxuları öz doğma bacı və qardaşlarından ayrılmalarıdır. Buna görə də daha yaxşı olardı ki, övladlığa götürərkən bacı və qardaşları ayırmayaraq onların hamısını götürəsiniz. Bəzi hallarda bir tərəf könüllü şəkildə getmək istəsə belə, digəri bundan pis mənada təsirlənir, hətta günlərlə ağlayırlar. Əgər bu uşaqlardan biri böyükdürsə və digərinin övladlığa verilməsinə qarşı çıxmırsa belə, imkan dairəsində onların həftədə ən azı iki-üç dəfə görüşmələri üçün şərait yaratmağa çalışın. Əks halda, onlardan birinin sevgi və qayğı içində böyüməsinə baxmayaraq, digərlərinin psixoloji sarsıntılar yaşaması nəticədə hamısına mənfi təsir göstərəcək.

Mən uşaq evindəykən bir neçə dəfə uşaqların övladlığa götürülməsinin şahidi olmuşam. Həmin uşaqlar getdikdən sonra "niyə bizi seçmədilər" deyə müzakirələr aparırdıq, bəzən deyib-gülsək də, bu bizə olduqca mənfi təsir göstərirdi.

Diqqət etməli olduğunuz bir digər faktor isə övladlığa götürülən uşaqların bir müddət sonra geri gətirilməməsidir. Belə ki, bir çox hallarda uşaqlar yeni ailəyə öyrəşsin deyə aparılır, lakin həmin uşaq yaşadıqlarının təsiri ilə bir neçə gün ağladıqdan sonra geri qaytarılırdı və bu onun sonrakı həyat və fəaliyyətinə olduqca mənfi təsir göstərirdi.

Bununla bağlı xatırladığım bir hadisəni yazmaq istərdim: Uşaq evində yaşadığım vaxtlarda Gülnar adlı bir rəfiqəm vardı. Bir dəfə geyimlərindən və gətirdiklərindən çox varlı olduqları anlaşılan bir ailə aramızdan kimisə övladlığa götürmək üçün gəlmişdi. Biz sanki bir-birimizlə yarışa girmişdik. Sonda həmin ailə Gülnarı seçməyə qərar verdi. Gülnar bir neçə gün onlarda qaldıqdan sonra geri gətirildi, səbəbini bilmədim. Amma gəldikdən sonra həmin evdə onun üçün ayrılmış otaqdan, komputer stolundan, bəzəkli xalçadan, otaqda olan hər şeydən həvəslə danışmasının dəfələrlə şahidi olmuşdum.

Bu bir daha göstərir ki, əvvəlcədən övladlığa götürəcəyinizi kimsəyə deməsəniz daha yaxşı olar. Çünki əks təqdirdə həmin uşaqlar tez-tez işçilərin "Bax, özünü yaxşı aparmırsan, yoxsa səni də övladlığa götürərdilər. Adını siyahıya yazmışam, səni "spetsşkola"ya (çətin tərbiyə olunan uşaqlar üçün olan məktəb) göndərtdirəcəyəm" kimi hədələri ilə üzləşirlər. Bu kimi hallar uşaqların psixologiyasına olduqca mənfi təsir göstərir. Onları döyərək, alçaldaraq, şəxsiyyətlərini alçaldacaq şeylər söyləyərək "tərbiyə" etmək nəticədə uşaq hüquqlarının tapdanmasına gətirib çıxarır.

Ümid edirəm ki, övladlığa uşaq götürmək ailələrdən kimlərsə bu yazını oxuduqdan sonra ən azı bu şeylərə diqqət edəcəklər. Unutmayaq ki, orada olan uşaqların daim diqqət və qayğıya ehtiyacları var və siz bəzən onlara yaxşılıq etməyə çalışarkən belə oranın balaca sakinlərini bilmədən və istəməyərək incidə bilərsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5888   Tarix: 23 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281