Xöşqədəm: "Karyera düşkünüyəm"

Xöşqədəm: "Karyera düşkünüyəm"Azərbaycanın tanınmış televiziya aparıcısı, "Sən tək deyilsən" telelayihəsinin müəllifi və sunucusu Xoşqədəm Hidayətqızı və ömür-gün yoldaşı, Türkiyənin tanınmış pop ulduzu Doğuş (Orhan Baltaçı) "Yeni Müsavat"a müsahibə veriblər.

BiG.AZ həmin müsahibəni təqdim edir:

- Elgiz Əkbərlə birlikdə "Sən tək deyilsən" verilişini təqdim etdiz, elə bir gün sonra isə həmkarınız verilişdən ayrıldı. Şayiələr yayıldı ki, Elgiz Əkbər sizə görə verilişdən imtina edib, doğrudurmu?

- Bu fikir tamamilə yanlışdır. ANS-in rəhbərliyi belə qərara gəldi ki, ilk canlı efirim olduğundan Elgiz mənə dəstək olsun. Beləliklə, ilk verilişə birgə çıxdıq. Efirə baxan da görür ki, verilişin hər bir nüansı, o cümlədən "şapka"sı mənə aiddir. Elgiz ANS-in əsas simalarından biridir və bu yaxınlarda özünün möhtəşəm layihəsi ilə tamaşaçıların qarşısına çıxacaq. Aparıcılar arasında söz-söhbət, qalmaqal başqa televiziyalarda baş verə bilər, lakin belə şeylər ANS-ə aid deyil, çünki burda yalnız peşəkarlar fəaliyyət göstərir. Mən çox xoşbəxtəm ki, ANS-də işləyirəm.

Timoşenkodan daha parlaq və gözəl...

- Sanki saç düzümünüzlə Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonu təqlid edirsiz...

- (Gülür) Bir dəfə bir dostum mənə indi xatırlamadığım məşhur aktrisanın şəklini göstərib dedi ki, ona çox bənzəyirəm. Hörüklü saç düzümünü ilk dəfə oradan götürdüm və iki ilə yaxındır ki, saçıma bu üslubda düzən verirəm. Mənə belə çox rahat olur, efir zamanı saçım üzümə tökülmür. İndi baxıram, məndən sonra bir çox aparıcılarda da bu cür hörük dəb halını alıb.

"Dedilər, Hürrəm Sultan Doğuşu bizdən alıb apardı"

- Nədənsə sizi Timoşenkoya bənzədəndə təəccüblənmədiz...

- Çünki bu sözü çox adamdan eşitmişəm...Ukraynada olarkən mənə çoxlu sayda milli geyimlər hədiyyə etdilər. Əgər o geyimlərdən birini geyinib, bu cür saç düzümü etsəm, yəqin ki, daha çox bənzəmiş olaram.

Doğuş müdaxilə edir:

- (X.Hidayətqızına üzünü tutaraq) Sən ondan daha parlaq və gözəlsən.

X.Hidayətqızı:

- Bu yaxınlarda mənə Ukraynada seriala çəkilmək təklifi də gəldi.

- Razılaşdız?

- Doğuş icazə vermədi.

- Hansı verilişləri izləyirsiz?

Doğuş:

- Məndən fürsət tapıb televiziyaya baxa bilir ki? (gülür)

X.Hidayətqızı:

- Buna həqiqətən vaxtım olmur, efir, çəkilişlər, idmanla məşğul olmaq və s. kimi işlərim çoxdur. Fürsət tapanda yalnız "Hesabat"a baxıram.

- Yalnız Doğuş bəy bura gəlir, yoxsa siz də onun vətəninə gedirsiz?

- Bəzən olur ki, hər şeydən bezirəm. Bu zaman başımı götürüb Türkiyəyə qaçıram.

- Kimin yükü daha çoxdur?

Doğuş:

- Mənim.

X.Hidayətqızı:

- Mənim (gülür). Doğuş adətən bu vaxtları xaricdə konsertlər verir. Hətta bu günlərdə konsertlə əlaqədar Almaniyada olmalıydı, lakin onu getməyə mən qoymadım.

- Niyə?

- Burada təkcə necə qalım? (gülür)

- Hansısa aparıcının pərəstişkarı olmusunuzmu?

- Yadımdadır, uşaqlıq çağlarımda efirdə Roza Tağıyeva, Ofeliya Sənani, Şərqiyyə xanım kimi diktorlar var idi. Mən daha çox Roza Tağıyevaya pərəstiş edirdim. Hamıya deyirdim ki, mən də gələcəkdə onun kimi aparıcı olacam. Təəssüf ki, hələ də onunla görüşmək fürsətim olmayıb. Yalnız bir dəfə telefon danışığımız oldu, onda da Roza xanımın səsini eşidəndə bərk həyəcanlandım və yalnız ağlaya bildim. Təsəvvür edin ki, həmin o gözəl, məlahətli səs yenə də öz yerində qalıb. Əgər kimsə məni onunla görüşdürərsə, ömrüm boyu o insana minnətdar olaram.

"Melekler bile bize sayğı duyuyuor..."

- Doğuşun hansı mahnısını sevirsiz?

- Daha çox mənə yazdığı mahnını.

- Həmin mahnıdan bir parça oxuya bilərsinizmi?

(Birlikdə oxuyurlar)

- Dualar gönderdim yaradanıma,

Melekler yardım etdi sol yanıma.

Əgər beklemem gerekirse
Kalbim durana kadar seninle,

Sonsuzluqlar varsa seninle yürürüm,
Cehennem deyil, cennete bürünürüm.
Yazdığım şarkılar bizi yaşatıyor
Melekler bile bize sayğı duyyuor...

X.Hidayətqızı:

- Bu mahnını birlikdə toyumuzda ifa etmişdik. Doğuşun "Sensiz ben ne yaparım", "Bunun adına yürək derler" mahnılarını da çox bəyənirəm.

Ümumiyyətlə, Doğuşu tanıdıqca ona daha çox valeh oluram. Çox yaradıcı insandır, bir də görürsən gözləmədiyin anda ona ilham gəlir və yeni mahnısını kəşf edir.

- Doğuşun musiqi təhsili varmı?

- Bu onda böyük bir vergidir. Təhsil almadan gözəl musiqi yaratmaq hər kəsə nəsib olmur. Üstəlik, mahnılarının təkcə musiqisi deyil, sözlərinin də müəllifi özü olur.

"Oğlum efirdəymiş, sən isə məndən gizlətmisən"

- Xoşqədəm xanım, Türkiyədə də sizin verilişi izləyirlərmi?

- Bəli, orada da Azərbaycan kanalları tutur. Qaynanam mənim hər bir verilişimi izləyir. Hətta bir dəfə verilişdə Doğuş da iştirak edirdi, anonsların getdiyi zamanı qaynanam görür ki, oğlu da verilişdə iştirak edir. Mənə yazdı ki, qızım, Doğuş da efirdəymiş, sən isə məndən gizlətmisən (gülür).

"Doğuşun yerinə kim olsaydı, o ananı bağışlamazdı"

Doğuş:

- Anam mənim iştirak etdiyim bütün verilişləri izləyir. Öncədən ona xəbər verməyəndə küsür.

X.Hidayətqızı:

- Onun yerinə kim olsa, o cür ananı bağışlamazdı. Lakin mən şahidəm ki, Doğuş hər səhər yerindən qalxanda birinci gedib anası ilə görüşüb, ondan hal-əhval soruşur.

- Türkiyəyə gedib kifayət qədər pul qazanmaq imkanınız var ikən niyə bu qədər əziyyət çəkirsiz?

- Bu sualı dəfələrlə Doğuş da mənə verib.

- Bu cür bağlantının səbəbi nədir, fikirləşirsiz ki, orada bu qədər reytinq qazana bilməyəcəksiz?

Doğuş:

- Əksinə, orada daha çox məşhurluq qazana biləcək. Lakin Xoşqədəm xanım buradakı insanları ümidsiz vəziyyətdə qoyub gedə bilmir. Görün nə qədər insan ondan yardım gözləyir.

X.Hidayətqızı:

- Türkiyəyə gedirəm, dincəlirəm, üç gündən sonra isə Azərbaycan üçün darıxmağa başlayıram. Yaxınlarım da bilirlər ki, ölkəmə çox bağlıyam, başqa yerdə yaşamaq mənim üçün çox çətindir... Bəlkə, ömrümüzün sonlarına yaxın birlikdə hansısa ölkəyə köçüb gedə bilərik, lakin indi, xeyr.

"İddialı, karyera düşkünü olan xanımam"

- Bəs Doğuş bəy Azərbaycanda neçə gün qala bilir?

X.Hidayətqızı:

- 15 gündür ki, buradadır.

Doğuş:

- Daha çox, bir aya yaxın olar.

X.Hidayətqızı:

- Məlum olaylar zamanı Doğuş məni tək qoymadı, hətta bəzi önəmli işlərini belə mənə görə yarımçıq qoydu. Mən çox xoşbəxt insanam ki, Doğuş vətəninə, millətinə çox bağlı insandır və Azərbaycanımızı çox sevir. Əgər Doğuşda bu qədər Azərbaycan sevgisi olmasaydı, yəqin ki, bu evlilik alınmazdı. Çünki mən iddialı, karyera düşkünü olan xanımam. Mənim bu cəhətlərimi Doğuş güzəştə gedir.

"Dedilər, Hürrəm Sultan Doğuşu bizdən alıb apardı"

- Evliliyiniz Türkiyə mətbuatında qısqanclıqla qarşılandı...

X.Hidayətqızı:

- Üç il bundan əvvəl Doğuş Azərbaycandan gedərkən belə bir söz demişdi: "Bir gün geri dönüb bir azərbaycanlı qızla evlənəcəm. Çünki mən Azərbaycanı çox sevirəm". Beləliklə, üç ildən sonra bu evlilik baş tutdu. Halbuki Doğuş o zaman məni tanımırdı. Bir dəfə Türkiyə mətbuatına belə bir açıqlama verdim: "Türkiyə də mənim vətənimdir, lakin mən Azərbaycandan ayrıla bilmərəm, buna görə Doğuş Bakıya gəlməlidir". Bu açıqlamam böyük müzakirəyə səbəb oldu və Türkiyə mətbuatında "Doğuş kimi dəliqanlını Hürrəm Sultan bizdən alıb apardı" kimi sözlər deyildi.

"Azərbaycanlılar məndən daha çox Doğuşu sevirlər"

- Azərbaycan cəmiyyətində Doğuş bəyə, yoxsa sizə qarşı daha çox rəğbət var?

- Doğuşa. Üstəlik, buna görə onu çox qısqanıram. Birlikdə tez-tez Mir Möhsün Ağanının ziyarətinə gedirik. İnsanlar onu görən kimi yaxınlaşır, hətta məndən icazə alırlar ki, onunla şəkil çəkdirsinlər (gülür). Bir dəfə İçərişəhərdə bir xanım əlində antik bir hədiyyə bizə yaxınlaşdı. Əvvəl elə bildim ki, hədiyyə mənim üçündür. Hətta buna görə xanıma təşəkkür də etdim. Lakin xanım bildirdi ki, hədiyyə yalnız Doğuş üçündür. Yerimdəcə donub qaldım, dedim, bəs mən? Dedi ki, "Doğuşu səndən daha çox istəyirik". Azərbaycanda onun bu qədər fanatı olduğunu təxmin etməzdim.

- Yaşınızı gizlədirsiz?

- Xeyr, burda gizlədiləsi heç nə yoxdur. Hazırda 40 yaşım var, lakin hələ də uşaq kimiyəm, heç vaxt müdrikləşmirəm (gülür). Mənə elə gəlir ki, yenə 20 yaşındayam və yenicə "Üç nöqtə"ni yaratmışam...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3698   Tarix: 21 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120