Bakıda avtomobillər piyadaları belə vurur (Video)

Bakıda avtomobillər piyadaları belə vurur (Video)Bakı şəhər yol polisi sürücüləri və piyadaları yollarda hərəkət edərkən diqqətli olmağa çağırır. Respublikada qeydə alınan yol qəzalarının təxminən yarısını piyadaların vurulması təşkil edir.

Rəsmi statistikaya görə, bu ilin birinci rübündə qeydə alınan 697 yol qəzasından 306-sı (43,9 faiz) piyadaların vurulması olub. Nəticədə 95 piyada həlak olub, 226-sı yaralanıb. Yol qəzalarından 8-i piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib.

Bakı şəhərində isə yol qəzalarının 58,2 faizini piyadaların vurulması təşkil edib.

Piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədilə daxili işlər nazirinin müvafiq əmrinə uyğun olaraq, mayın 1-dən 7-dək respublika ərazisində piyadalarla bağlı təhlükəsizlik həftəliyi elan edilib.

Azərbaycanda "Piyadalar, diqqətli olun!" şərti adı altında keçirilən hərəkətin təhlükəsizliyi həftəliyi başa çatıb.

Bakı şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, həftəlik ərzində Bakıda piyadaların vurulması ilə nəticələnən 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 1 piyada ölüb, 13 nəfəri isə yaralanıb. Tədbir ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 240 piyada inzibati məsuliyyətə cəlb edilib. Ölüm faktı mayın 7-də Binəqədi rayonu, Cəfər Xəndan küçəsində qeydə alınıb.

Təhlükəsizlik həftəliyi ərzində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlər görülüb, piyadaların yol hərəkəti qaydalarını pozmasının qarşısını almaq məqsədilə reydlər keçirilib, təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlər təşkil edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 8777   Tarix: 13 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390