6 Yaşlı İvan maqnitdir [Video]

6 Yaşlı İvan maqnitdir [Video]Xorvatiyada yaşayan 6 yaşlı İvan Stoilkoviç "maqnit uşaq" kimi tanınır. Onu yaşıdlarından və ümumiyyətlə, başqa insanlardan fərqləndirən əsas məsələ bədənində elektromaqnit sahəsinin olmasıdır.
Üstəlik, balaca İvan babası İvo və qonşusu Ancela Okoviçin revmatizmini də müalicə edir.

"Nəvəm olduğuna görə demirəm, amma İvanın əllərində şəfa var. Dizimdəki ağrılar mənə əzab verirdi. Amma İvan əlini sağ ayağımın diz qapağına qoyur, ağrılar kəsilir. Onun əllərində şəfa var", - baba İvo deyir.

Bütün uşaq kimi topla oynamağı sevən, hərdən də akkardeon çalan İvanın bədənindəki maqnit sahəsi ona vücuduna 25 kiloqrama yaxın metal əşyaları "yapışdırıb" saxlamağa imkan verir.

Xalq təbabəti üzrə mütəxəssis Draqo Pleçkonun dediyinə görə, İvan Stoilkoviçin müstəsna, qeyri-adi qabiliyyətləri var.

Xorvatiyanın şimalındakı Koprivnisa kəndində yaşayan İvanın nənəsi Draqiçanın dediyinə görə, oğlan sinəsinə böyük tavanı da yapışdırıb saxlayır: "Nəvəmin dərisi elə bil maqnitdir. Onun sinəsinə və ya qollarına nə qoyursan, yapışmış təki durur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 4130   Tarix: 16 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390