DƏHŞƏT: ölü sayı 15 oldu, 61 yaralı Yenilənir

DƏHŞƏT: ölü sayı 15 oldu, 61 yaralı YenilənirYanğın nəticəsində ölü sayı durmadan artır. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda 15 nəfər ölüb, 61 nəfər isə yaralanıb.

Ölü sayının artacağı ehtimal edilir.

Bakıdakı dəhşətli yanğın söndürülüb.

azvision.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, yanğının bu dəqiqələrdə qarşısı alınıb.

DƏHŞƏT: ölü sayı 15 oldu, 61 yaralı YenilənirBinəqədi rayonunda yaşayış binasında baş verən yanğında ölənlərin sayı artıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hadisə zamanı ölənlərin sayı 12 nəfərə çatıb, xəsarət alanlar isə 54 nəfərdir.

O, qeyd edib ki, hazırda ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Ölənlərdən biri özünü binadan atıb, 2 nəfər isə tüstüdən boğulub. Boğulanların hər ikisi azyaşlıdır.

***

Bakının Binəqədi rayonunda baş verən yanğında 4 nəfər ölüb.

Bu barədə jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov məlumat verib. Bildirib ki, hadisə zamanı 14 nəfər xəsarət alıb.

***

Bakıda hündürmərtəbəli binanın yandığı əraziyə baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, baş prokurorun birinci müavini Rüstəm Usubov gəlib.

Hazırda ərazidə yanğının söndürülməsi üçün nazirlik bir neçə helikopteri əraziyə cəlb olunub.

DƏHŞƏT: ölü sayı 15 oldu, 61 yaralı YenilənirHazırda ərazidə yanğının söndürülməsi üçün nazirlik bir neçə helikopteri əraziyə cəlb olunub.

Bütün səylərə baxmayaraq, yanğının qarşısını almaq mümkün olmayıb.

Hazırda fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və daxili işlər nazirinin müavini Oruc Zalov yanğın baş verən ərazidədir.

***

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin iki helikopteri cəlb olunub.

azvision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Yanğın hələ söndürülməyib. Hazırda binada qalan sakinlər FHN əməkdaşları tərəfindən təlxiyyə edilir.

Binəqədi rayon İcra Hakimiyətinin başçısı Xaləddin İsgəndərov və müavinləri 16 mərtəbəli binada baş verən yanğınla əlaqədar hadisə yerinə yollanıb.

İcra hakimiyyətindən bildiriblər ki, hazırda İcra hakimiyyətində heç kim yoxdur: "Başçı və bütün heyət hadisə yerinə gedib. Hamı oradadır"

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Azadlıq prospektində baş verən güclü yanğınla bağlı məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi davam edir.

Əlavə məlumat veriləcək.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzVision.az-a verilən məlumata görə, yanğınla bağlı hadisə yerinə 15-ə yaxın təcili yardım briqadası göndərilib.

Yanğın zamanı itki və xəsarətin olması ilə bağlı hələlik məlumat yoxdur.

***

Bakıda dəhşətli yanğın hadisəsi baş verib.

Yanğın Azadlıq prospektində qeydə alınıb. Bildirilir ki, hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Binanın üzlüyü alışıb.

Hadisə ilə bağlı fotoları jurnalist Əzizə İsmayılova Facebook hesabında paylaşıb.

DƏHŞƏT: ölü sayı 15 oldu, 61 yaralı YenilənirDƏHŞƏT: ölü sayı 15 oldu, 61 yaralı YenilənirDƏHŞƏT: ölü sayı 15 oldu, 61 yaralı Yenilənir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13127   Tarix: 19 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523