Emin Ağalarov - Any Time You Fall [New Klip]

Emin Ağalarov - Any Time You Fall [New Klip]Azərbaycanlı müğənni Emin Ağalarov konsert proqramını yeniləyir.Müğənninin rəsmi internet saytına istinadən verdiyimiz məlumata görə, Eminin Moskvada və Sank-Peterburqda verəcəyi konsertlərin tarixi artıq bu həftənin sonunda elan olunacaq.

Tamaşaçıya Eminin son aylar yazdığı yeni mahnılarının daxil olduğu yenilənmiş konsert proqramı təqdim olunacaq. Bundan əlavə konsertin gedişatı zamanı aprelin sonundan mayın əvvələrinədək çəkilişləri Moskvada aparılmış videomaterialların premyerası olacaq.

Qeyd edək ki, Emin Ağalarovun son kliplərini dünya şöhrətli rejissor Fil Qriffin ekranlaşdırıb. Pol Makartni, Adele, Emi Vinhaus kimi məşhur simalarla çalışan məşhur rejissor azərbaycanlı müğənninin 4 mahnısına klip çəkib. Emin Ağalarov Fill Qruffinlə əslində 2 mahnıya - "Any Time You Fall" və "Falling" üçün bir klip çəkmək ideyası ilə işə başladıqlarını, nəticədə isə dörd klip çəkdirdiklərini bildirmişdi.

Beləliklə, son illər heç bir müğənniyə klip çəkməyən və yalnız sənədli filmlər üzərində işləyən Fill Qriffin Emin Ağalarovun "Falling", "Any Time You Fall", "Wonder" və "Just For One Night" mahnılarını ekranlaşdırıb.

Emin məşhur rejissora çəkdirdiyi kliplər arasında, əsas klipin "Any Time You Fall" olacağını demişdi: ""Any Time You Fall" mahnısına çəkdirdiyimiz klip çox gözəl olacaq. Çünki bu klipdə İngiltərədən rəqqaslar iştirak edəcək. Onlar bu klip üçün xüsusi xoreoqrafiya da hazırlayıblar. Qeyri-adi və çox gözəldir, elə mahnının özü kimi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3906   Tarix: 13 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390