Evi yoxdur, axşamlar maşında yatır

Evi yoxdur, axşamlar maşında yatır Evi yoxdur, axşamlar maşında yatır Evi yoxdur, axşamlar maşında yatır Evi yoxdur, axşamlar maşında yatır Esmira Cəfərzadə 1953-cü il avqustun 19-da Bakıda musiqiçi ailəsində dünyaya göz açıb. Atası həm nağara ifa edib, həm də gözəl səsi olub. Ancaq sonradan səsi batdığına görə ticarətlə məşğul olmağa başlayıb, qəssab işləyib. Böyük Vətən Müharibəsində iştirak edib kontuziya ilə geri qayıdan atası müharibədə göstərdiyi şücaətə görə Yasamalda mənzillə də təmin olunub. Bibisi, əməkdar artist İzzət Məmmədova isə Azərbaycanda və bütün Şərqdə ilk qadın nağara ifaçısı sayılır.

İki bacı, bir qardaş olsalar da, aralarında ancaq Esmira sənətə maraq göstərib. 6 yaşından pioner evində saz çalıb, oxuyub. Sonradan sazı nağarayla əvəz edib. Artıq 9 yaşında AzTV-nin "Lalə" qızlar ansamblının tərkibində çalışıb. Sonra isə uzun illər filarmoniyanın solisti olub.

1974-cü ildə cəmi 21 yaşında sənətdə ilk uğurlu işə imza atır. O zamankı mədəniyyət naziri Zakir Bağırov Naxçıvanın 50 illik yubileyilə əlaqədar Esmiranı ora göndərir. Esmiranın yaratdığı qızlar ansamblı yubiley tədbirində "Qızlar bulağı" adı ilə çıxış edir. Yubileydən sonra iki il də Naxçıvan Dram Teatrının solisti kimi işləyir və evi olmadığına görə, teatrın üçüncü mərtəbəsində qalır. Ancaq bu müddət ərzində vəd etdikləri evi və fəxri adı vermədiklərinə görə, yenidən Bakıya qayıdır, filarmoniyanın solisti kimi işinə davam edir. Beləcə, bu sevinci, uğuru yarımçıq qalır.

Ali təhsilində də eləcə. Əslində fars dilini yaxşı bildiyinə görə şərqşünaslıq və hüquq fakültəsində təhsil almaq istəyirdi. Amma filarmoniyanın solisti olduğu üçün o fakültələrə qəbul etmirdilər. Çünki hansı fakültəyə sənəd verirdinsə, o ixtisas üzrə də stajın olmalıydı. Nəhayət, İncəsənət İnstitutuna daxil olur. Amma buranı da yarımçıq tərk edir.

1978-ci ildə isə həyatının ən böyük faciəsini yaşayır. İdarə etdiyi maşında qəzaya uğrayır. Özü sağ qalsa da, atası dünyasını dəyişir. Bu hadisə ona çox pis təsir edir, böyük bir stress yaşayır. Elə bununla da Esmira Cəfərzadənin həyatından bir qara zolaq keçməyə başlayır. Bir müddət sonra bir-birinin ardınca anasını, bacısını, qardaşını, bibilərini torpağa tapşırır. Ailə mübahisəsi nəticəsində ata evi əlindən alınır. Beləcə, ailə qurmaq da arxa plana keçir... Bir də o zaman ayılır ki, nə yaş o yaşdır, nə də həyatı öz axarındadır. Sənəti də o cür, donmuş vəziyyətdədir.

... İndi onun heç nəyi yoxdu. Nə ailəsi, övladı, nə bir fəxri adı, nə də evi. Qohum-əqrəbaya möhtacdı ancaq. Ya qohumlardan birinin evində gecələyir, ya da artıq köhnəlib, yerindən belə tərpənməyən maşınında. Hardansa bir manat gəliri belə yoxdu. Yaşa görə təqaüd almaq üçün 6 aydan çoxdur lazımi instansiyalara müraciət etsə də, heç bir nəticə olmayıb

Onun heç nəyi yoxdu. Olan-qalan ikicə nağarası var...

Nağara isə yaşamaq üçün heç nəyə qadir deyil, ona insan diqqəti, Əli rəğbəti lazımdır. İnsanlıq və Allah yolunda ona kömək edək! Əlaqə nömrəsi- 0505311310


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 9472   Tarix: 12 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zaurla Günaydan SƏMİMİ GÖRÜNTÜLƏR - VİDEO

Məşhur aparıcı cütlük Zaur və Günay Baxşəliyevlərdən xəbər var. xəbər verir ki, Günay instaqram hesabında yeni görüntülərini paylaşıb. Görüntülərdə onun həyat yoldaşı aparıcı Zaur da yer alıb. Paylaşım izləyicilərin marağına səbəb olub. Sözügedən görüntüləri təqdim edirik:

20.06.2021 2265
.

11 ildən sonra ilk tənəzzül - Böyük Britaniya

Böyük Britaniya iqtisadiyyatı tarixinin ən böyük iqtisadi tənəzzülünü aprel-iyun aylarında yaşayıb. BBC xəbər verir ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər rəsmi olaraq tənəzzülə yol açıb. Britaniya iqtisadiyyatı ilin ilk üç ayı ilə müqayisədə, 20,4 faiz kiçilib

12.08.2020 700
.

Bu universitet avaralıq üçün 1 600 avro qrant verir

Almaniyanın Hamburq şəhərindəki İncəsənət Universiteti özünü heç nə etməməyə həsr edənlərə 1 600 avro miqdarında 3 təqaüd təklif edir. "Report" "The Guardian"a istinadən xəbər verir ki, namizədlər (Almaniya vətəndaşları) sentyabrın 15-dək müsabiqədə iştirak etmək üçün müraciət etməl

27.08.2020 1111
.

Röya hamilədir? - YENİ FOTOSU şübhələndirdi

Müğənni Röya Ayxanadan xəbər var. xəbər verir ki, Xalq artisti "İnstagram"səhifəsində etdiyi paylaşımı ilə diqqət çəkib. O, yenicə doğulmuş uşaq ayaqlarının fotosunu paylaşaraq "dəyməyin keyfimə" yazıb. Bununla da xalq artisti sevdiklərinin qəlbinə şühbə toxumu səpib

22.09.2020 34279
.

Afaq Gəncəlidən göz oxşayan YENİ FOTOLAR

Tanınmış aparıcı Afaq Gəncəli sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, aparıcı "Instagram" hesabında yeni fotolarını paylaşıb. Aparıcının fotolarına izləyicilər tərəfindən çoxsaylı bəyəni və təriflər gəlib. Həmin fotoları təqdim edirik:

27.02.2021 4603
.

Rayonlara gediş-gəlişlə bağlı XƏBƏRDARLIQ

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. -a istinadən xəbər verir ki, bu barədə -a danışa

04.08.2020 3157
.

"Qızlar açıq geyimdə İnstaqrama şəkil qoyurlar, onun atası hara baxır?"

"12-13 il ərzində, sənətdə olduğum ərəfədə belə video çəkməmişəm. Ürəyim doludur. Maşınla evə qayıdanda polis bizi saxladı, tanışım idi. 8 Martda video paylaşmışdım ki, qədrinizi bilin, kişilərə aldanmayın. Polis soruşur ki, niyə belə demisən? Soruşuram ki, ola bilməz ki, kiməsə yalan vəd verməmisən

15.08.2020 1681
.

Bakıda kişi iki azyaşlı uşaqla küçədə dilənir: "İmkanım yoxdur, saxlaya bilmirəm" - VİDEO

Bakıda kişi iki azyaşlı uşaq ilə yol kənarında dillənir. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlar Nəsimi rayonu, Xutor qəsəbəsi kimi tanınan ərazidə, yanacaq doldurma məntəqəsi ilə üzbəüz yolda lentə alınıb. Uşaqlardan biri kişinin qucağında, digəri beton üzərinə uzadılıb. Görüntülərd

27.08.2020 1036
.

Bu aktrisanı Ebru Gündeşə BƏNZƏTDİLƏR - FOTO

Türkiyənin sevilən aktrisası Hazar Ergüçlüdən yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, sosial mediada aktrisanın keçmiş fotosu yayılıb. İzləyicilər həmin fotoda Hazarın çox dəyişdiyini deyiblər. Hətta onlar arasında aktrisanı ifaçı Ebru Gündəşə bənzədən də olub. Fidan Bayramova

18.09.2020 3764