Dərimiz hansı xəstəliklərdən xəbər verir?

Dərimiz hansı xəstəliklərdən xəbər verir?İnsan dərisinin əsas funksiyası müdafiə funksiyasıdır.

Eyni zamanda dəri örtüklərinin vəziyyəti (rəngi, quru və ya yağlı olması, səpgilərin olub-olmaması və s.) bir çox xəstəliklərə işarə edə bilər. Təcrübəli mütəxəssis insanın dərisinə baxaraq (söhbət əsasən üz dərisindən gedir) onun sağlamlığı ilə bağlı müəyyən nəticələr çıxara bilər.

Dərinin rənginin dəyişilməsi bu kimi xəstəliklərə işarə edə bilər:

Dərinin qırmızımtıl olması qıcıqlanmış bağırsaq sindromu, şəkərli diabet, hipertireoz (qalxanvari vəzinin fəaliyyətin artması), hormonal dəyişikliklər (məsələn, qadınlarda klimaks dövründə) və ya pozulmalar, qurd infeksiyaları zamanı mümkündür.

Dərinin solğun olması anemiya (qanazlığı), ürək xəstəlikləri, ürək qüsurları, vərəm, vegetativ-damar distoniyası, daxili qanaxmalar, vitamin çatışmazlığı zamanı mümkündür.

Dərinin göyümtül olması (buna "sianoz" deyilir) ağ ciyər xəstəlikləri, vərəm, ürək qüsurları, ürək çatışmazlığı, beyin və ya ağ ciyər damarlarının tromboemboliyası (trombla tutulması) zamanı ola bilər.

Dərinin yaşılımtıl olması öd və qara ciyər xəstəliklərinə, xərçəng xəstəliklərinə işarə edə bilər.

Dərinin sarımtıl olması pankreatit, qara ciyər xəstəlikləri (hepatit, qara ciyər sirrozu və s.), ağır intoksikasiyalar (zəhərlənmələr) zamanı ola bilər.

Dərinin həddən artıq quru və ya əksinə yağlı olması da bəzi xəstəliklərin əlaməti ola bilər.

Dəriniz həddən artıq qurudursa, bu hipotireoz (qanxanvari vəzi fəaliyyətinin zəifləməsi), bəzi qara ciyər və sinir sistemi xəstəlikləri, hipovitaminoz (orqanizmdə əsas vitaminlərinin çatışmazlığı) zamanı ola bilər. Həmçinin qadınlarda klimaks dövründə dəridə piyin ifrazı azalır ki, nəticədə dəri daha sürətlə qocalmağa başlayır.

Dəri həddən artıq yağlıdırsa, bu qadınlarda hormonal pozulmalara işarə edə bilər. Belə pozulmalar zamanı qadın orqanizmində qadın hormonların ifrazı azalır, kişi hormonların ifrazı isə əksinə artır. Nəticədə qadının dərisi çox yağlı olur, sızanaqlar əmələ gəlir.

Bəzi qara ciyər xəstəlikləri, piylənmə zamanı da dərinin yağlılığı arta bilər.

Dəridə səpgilərin olması da bəzi xəstəliklərə işarə edə bilər. Belə ki, bu mədə-bağırsaq sistemi xəstəlikləri və pozulmaları (qəbizlik, disbakterioz), qadın xəstəlikləri, endokrin pozulmaları zamanı mümkündür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1594   Tarix: 16 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662