"Bakı-2015"in rəsmi mağazasının açılışı olub - FOTO

"Bakı-2015"in rəsmi mağazasının açılışı olub - FOTOMayın 11-də Dənizkənarı Milli Parkda "Bakı-2015"in dəstəkçisi və məhsulların tədarükçüsü "Bazarstore"un dəstəyi ilə ilk Avropa Oyunlarının rəsmi mağazasının açılış mərasimi olub.

Mərasimdə çıxış edən "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Oyunların rəsmi məhsullarının satışa çıxarılmasından məmnunluğunu bildirib. İki həftə əvvəl ilk Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırıldığını bildirən Saymon Kleq hazırda məşəlin Azərbaycanın bölgələrini dolaşdığını və vətəndaşların bu möhtəşəm idman tədbirində fəal iştirak etdiklərini vurğulayıb. Qeyd edib ki, "Bazarstore" mağazalar şəbəkəsinin satışa çıxardığı məhsullar Azərbaycanda, eləcə də bütün Avropada yaşanacaq bu idman həyəcanını hər bir kəsin hiss etməsinə imkan yaradacaq.

Satışa çıxarılan məhsulların üzərində ilk Avropa Oyunlarının brendinin həkk olunduğunu bildirən Saymon Kleq mağazaların "Bakı-2015"in azarkeşlərinə böyük hədiyyə olduğunu diqqətə çatdırıb.

"Azərsun Holdinq"in ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək şöbəsinin müdiri Afiq Səfərov deyib: "Bazarstore" komandası olaraq "Bakı-2015"in uğuru üçün həm bir təşkilat, həm də Azərbaycan vətəndaşı kimi, əlimizdən gələn dəstəyi göstərməyə hazırıq. Məhsulların dizaynı xüsusi olaraq, "Bakı-2015" üçün yaradılıb və onlar öz orijinallığını təsdiqləyəcək holoqram ilə təmin olunub. Satışa çıxarılan məhsulları "Bazarstore" mağazalar şəbəkəsindən, paytaxtdakı 3 ticarət mərkəzindən, Atletlər və Media kəndlərindən əldə etmək mümkündür".

Sonra Saymon Kleq və Afiq Səfərov mağazanın rəmzi açılışını bildirən lenti kəsiblər.

"Bakı-2015" ilk Avropa Oyunlarının ulduz elçilərinin, "Alovqoruyan"ların qatıldıqları açılış mərasimi paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

"Bakı-2015"in rəsmi mağazasının açılışı olub - FOTO"Bakı-2015"in rəsmi mağazasının açılışı olub - FOTO"Bakı-2015"in rəsmi mağazasının açılışı olub - FOTO"Bakı-2015"in rəsmi mağazasının açılışı olub - FOTO"Bakı-2015"in rəsmi mağazasının açılışı olub - FOTO"Bakı-2015"in rəsmi mağazasının açılışı olub - FOTO"Bakı-2015"in rəsmi mağazasının açılışı olub - FOTO"Bakı-2015"in rəsmi mağazasının açılışı olub - FOTOAzərTac\


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3309   Tarix: 12 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl

27.08.2021 1378
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671