Eurovision-2011: Böyük Beşlik [Video]

Eurovision-2011: Böyük Beşlik [Video]Son olaraq yarışın ənənəsinə əsasən, birbaşa finalda çıxış etmək hüququ olan «böyük beşlik» ölkələrinin təmsilçilərini təqdim edirik.
Qeyd edək ki, «böyük beşliy»ə Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və Fransa daxildir. Fransa finalda 11-ci, İtaliya 12, Böyük Britaniya 14, Almaniya 15, İspaniya isə 22-ci çıxış edəcək.

Fransanı «Eurovision-2011»də dünyanın ən gənc tenorlarından olan 21 yaşlı Amori Vassali təmsil edəcək. İndiyədək ifaçının 2 albomu çıxıb.
İtaliya yarışda Rafael Qulatsi ilə təmsil olunacaq. Klassik musiqi təhsili almış ifaçı özü musiqi bəstələyir. İndiyədək o, müxtəlif mahnı müsabiqələrində iştirak edib.

Britaniyanın «Blue» qrupu yarışda «I Can» mahnısını ifa edəcək. Qrup üzvləri 2002-ci ildə Elton Conun məşhur «Sorry Seems To Be The Hardest Word» mahnısını ifa etməklə populyarlaşıb.
Almaniyanın bu il yarışa ötən ilki qalib Lena Meyerlə qatıldığını hər kəs bilir. Bu ilki finalda ifaçı «Taken By A Stranger» mahnısını oxuyacaq. 19 yaşlı ifaçının səhnəyə kifayət qədər seksual görkəmdə çıxacağı məlumdur.

Nəhayət, İspaniyanı müsabiqədə Lyusiya Peres təmsil edir. O, 2002-ci ildən etibarən mütəmadi olaraq müxtəlif müsabiqələrdə iştirak edib. Bunun ispaniyalı ifaçıya nə qədər kömək edəcəyini bir neçə gün sonra görəcəyik…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3871   Tarix: 11 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390