Bakıda retro-maşınların yürüşü keçirildi

9 may Qələbə günü respublikamızın müxtəlif bölgələrində, eləcə də paytaxtımızın ayrı-ayrı hissələrində bayram tədbirləri yürüşü keçirilir. Bəzi tədbirlər hələ bu saatlarda davam edir. Maraqlı məqam ondan ibarətdir ki, paytaxtımızda olan retro-maşınlar da keçirilən tədbirlərdən geri qalmayıb. Onlar özlərinə uyğun əsl bayram paradı təşkil ediblər.
Biləcəri qəsəbəsində "Avtoretro" klubunun fəalları hər il olduğu kimi bu il də avtoyürüş ediblər. Əvvəlcə klubda hazırlıq prosesi gedirdi. Sürücülər maşınlarına baxış keçirir, səfərə tədarük görürdü.
Yürüş iştirakçıları "Çayka", "ZİM", "Volqa", "Moskviç" və təbii ki, "Pobeda" markalı maşınlarla təmsil olurdu. Əlbəttə ki, bu gün daha çox diqqət mərkəzində "Pobeda" markalı maşınlar idi. Çünki bu gün Qələbə günüdür. Elə faşizm üzərində qələbənin şərəfinə istehsala buraxılmış qələbə adını daşıyan -"Pobeda" markalı maşınlar yürüşə tam hazır vəziyyətə gətirilmişdi. Onlardan biri novxanılı Hacı Sabirə məxsusdur. Ona da "Pobeda" atasından yadigar qalıb. İndiyə kimi maşını göz bəbəyi kimi saxlayır. Klubdakı digər "Pobeda" Əzizağa kişidədir. "M 20" seriyalı bu maşın da 47-ci ilin istehsalıdır. Dediyinə görə, maşın ona adı kimi həyatda da qələbələr qazandırıb. Əzizağa həm də idman ustasıdır.
Yürüşdə "QAZ-21"in sürücüsü Mehman da iştirak edirdi. Necə deyərlər, o, klubun fəallarından biridir. O da yürüşə əməlli-başlı hazırlıq görüb.
Qeyd edək ki, yürüş iştirakçıları arasında təkcə Bakı və onun kəndlərindən deyil, həm də regionlardan gələnlər var idi. Onlar da böyük həvəslə yürüşə qatılmışdılar.
9 may Qələbə gününə həsr olunan avtoyürüş Biləcəri qəsəbəsindən hərəkət etməyə başlayıb. Maşın karvanını Dövlət Yol Polisinin maşını müşayiət edirdi. Yürüş iştirakçılarının ilk dayanacağı Biləcəri qəsəbəsində müharibə iştirakçılarının şərəfinə ucaldılmış 1941-45-ci illər abidəsinin önü oldu. Burada yürüş iştirakçılarını Binəqədi rayon rəhbərliyi və sakinləri qarşılayıb.
Abidənin qarşısında tədbir düzənlənmişdi. Qonaqlar arasında müharibə veteranları iştirak edirdi. Yürüş iştirakçıları abidə önünə gül çələngləri qoyublar. Daha sonra yürüşə davam etdilər. Bu dəfə marşrut şəhərə tərəf olub. Yolboyu retro-maşınlar böyük coşqu və maraqla qarşılanırdı. Bu maşınlar köhnə Bakını xatırlatdırdı.
Yürüş iştirakçılarının növbəti dayanacağı köhnə avtovağzal yaxınlığında Mehdi Hüseynzadənin abidəsinin önü oldu. Onlar burada abidəni ziyarət etdilər, qəhrəmanı andılar. Abidə önünə gül dəstələri qoydular. Yürüşün davamı olaraq şəhərin digər bir neçə nöqtələrinə də səfərlər oldu. Avtoyürüşün son dayanacağı isə yenə də dəyişilməz məkan olan Biləcəri "Avtoretro" klubu oldu.

Bakıda retro-maşınların yürüşü keçirildiBakıda retro-maşınların yürüşü keçirildiBakıda retro-maşınların yürüşü keçirildiBakıda retro-maşınların yürüşü keçirildiBakıda retro-maşınların yürüşü keçirildiBakıda retro-maşınların yürüşü keçirildiBakıda retro-maşınların yürüşü keçirildiBakıda retro-maşınların yürüşü keçirildiBakıda retro-maşınların yürüşü keçirildiBakıda retro-maşınların yürüşü keçirildiBakıda retro-maşınların yürüşü keçirildiBakıda retro-maşınların yürüşü keçirildiBakıda retro-maşınların yürüşü keçirildiBakıda retro-maşınların yürüşü keçirildiBakıda retro-maşınların yürüşü keçirildi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 14842   Tarix: 13 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24.04.2024 374
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24.04.2024 230
.

İsrail əsgərləri Qərbi Şəriyədə 15 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan Qərb sahilində daha 15 fələstinlini həbs ediblər. BİG.AZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. İsrail əsgərləri Şərqi Yerusəlimdə, eləcə də Nablus, Jenin, Xebron və Ramallah şəhərlərində fələstinlilərin evlərinə basqınlar ediblər. Qey

24.04.2024 248
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 635
.

"Pərvinin şanssızlığı azərbaycanlı rejissorların əlinə düşməsidir"

"Akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur". OLAY yazır ki, bu sözləri -un "Gəl danış" layihəsində Akademik Milli Dram teatrın aktyoru Cavidan Novruz söyləyib. "Çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşə

24.04.2024 524
.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

24.04.2024 1892
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24.04.2024 437
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 1345
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 409