Çinli tələbə: "Bakı, Avropanı təəccübləndir!" - FOTO

Diaspor Jurnalistləri Birliyi "Azərbaycanın xaricdəki əcnəbi dostları" layihəsi çərçivəsində İndoneziyada oxuyan əcnəbi tələbələrin İlk Avropa Oyunları ilə bağlı fikirlərini təqdim edir. DJB-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlar Azərbaycanda keçiriləcək Oyunlarda təkcə Avropanı deyil, bütün qitələri Bakıda görüşdürməyi təklif ediblər.

Serbiyadan olan Milica Vukovic Azərbaycanı sevdiyini deyir. O, ölkəsindən olan idmançıların Bakıda böyük uğurlara imza atacağını da düşünür: "Mən Serbiyadanam və bütün gənclər kimi mən də mühüm idman hadisələri yaxından izləyirəm. Avropanın idman həyatında bir yenilik olacaq bu yarışma haqqında çox eşitmişəm, maraqlanmışam. Təkcə bir məqamı deyim ki, Azərbaycan kimi ölkənin belə mötəbər və məsuliyyətli yarışa ev sahibliyi etməsinin özü maraqlı hadisədir. Çünki minlərlə idmançı və tursitləri qəbul edəcək bu Qafqaz ölkəsi əvvəllər belə miqyasda yarışa ev sahibliyi etməyib. Amma rəsmilərin bəyanatından sonra və bir çox videoçarxlara baxandan sonra əminliklə demək olar ki, ölkəniz yarışlara tam hazırdır. Ümid edirəm serbiyalı idmançılar Bakıda möhtəşəm atmosferin şahidi olacaqlar və bu yaxşı təşkilatçılıq onların uğur qazanmaları üçün əlavə stimul olacaq. Serbiya siyasi bağlara görə də Azərbaycanla yaxındır. İdman sahəsində də bu Oyunlardan sonra Azərbaycana ölkəmizin daha çox maraq göstərəcəyinə əminəm. Mən Azərbaycanın tolerant bir ölkə olması haqqında da oxumuşam. Sual olunur - belə müsbət məqamlara, iqtisadi gücə malik bir ölkə üçün Avropa Oyunlarını uğurla təşkil etməyə nə mane ola bilər? Əlbəttə, heç nə. Sizin ölkə belə möhtəşəm yarışlar üçün çoxdan hazır idi. Bakıya salam deyirəm. Bakı, Avropanın tarixinə Oyunları öz dəsti-xəttinlə yaz deyirəm! Əminəm ki, Şərq koloritləri ilə zəngin olan bir ölkədə bu Oyunlar fərqli şəkildə təşkil olunub tarixə yazılacaq. Azərbaycan gənclərinə sevgi və sayğılarımı çatdırın".

Olimpiya Oyunlarını yüksək səviyyədə keçirmiş Çindən olan tələbə Nilasari Chang Azərbaycan haqqında məlumatlı olduğunu deyərək Avropa Oyunlarının da Olimpiya Oyunları səviyyəsində keçiriləcəyinə əmin olduğunu söyləyib: "Düzdür, Asiya ölkələri burada iştirak etməyəcək. Amma təəssüf edirəm ki, Çin bu yarışmada öz idmançılarını görə bilməyəcək. Hazırlıq işlərini videoroliklərlə izləmişik. Hər şey möhtəşəm görünür. İndidən bizə maraqlıdır ki, açılışda hansı sürprizlər olacaq və ümumiyyətlə, bu Oyunlar zamanı nə kimi yeniliklərin, uğurların şahidi olacağıq? Ölkəm adına sizə uğurlar arzu edirəm və "Bakı, Avropanı təəccübləndir" deyirəm.

Zimbabvedən Lameck Maninji də "Bakı-2015" I Avropa Oyunlarının idman tarixində yeni səhifə açacağını deyir. Onun sözlərinə görə, hər bir qitədə baş verən belə mühüm idman hadisələrinin tapşırıldığı ölkələr təsadüfən seçilmir. Azərbaycanın inkişaf etmiş, sabit, güclü ölkə olması ona bu məsuliyyətli işi öz üzərinə götürməyə əsas verib: "Mən o qədər də yaxından tanımadığım bu ölkə haqqında bundan sonra yaxından maraqlanacağam. Azərbaycan artıq Avroviziya yarışması ilə hər kəsi təəccübləndirməyi bacardı və diqqətləri öz üzərinə çəkə bildi. I Avropa Oyunlarından sonra ölkənizə bir daha marağın artacağına və çoxlarının Azərbaycanla maraqlanacağına əminəm. Təsəvvür edin ki, Oyunlardan sonra ölkəniz haqqında minlərlə insan necə maraqlanıb bura səfər edəcək. Bakıya uğurlar deyirəm".

Qeyd edək ki, tələbələrin fikirlərini DJB-yə İndoneziyada təhsil alan azərbaycanlı tələbə Elmar İskəndərov göndərib.

trend.az

Çinli tələbə: "Bakı, Avropanı təəccübləndir!" - FOTOÇinli tələbə: "Bakı, Avropanı təəccübləndir!" - FOTOÇinli tələbə: "Bakı, Avropanı təəccübləndir!" - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1369   Tarix: 04 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599