Peyğəmbərin mirası

Peyğəmbərin mirasıMənbə: http://zikr.az

Rəvayət edilir ki, Amr ibn Haris demişdir: "Peyğəmbər - sallallahu aleyhi və səlləm - vəfat etdikdə nə bir dirhəm, nə bir dinar, nə bir kölə, nə bir kəniz, nə də başqa bir şey qoyub getmişdir. Qoyub getdiyi ancaq ağ qatır, silahı və sədəqə verdiyi torpaq olmuşdur." (əl-Buxari, 2739).
Aişə rəvayət edir ki, Rəsulullah demişdir: "Biz peyğəmbərlər miras qoymuruq, qoyub getdiyimiz nə varsa, hamısı sədəqədir." (əl-Buxari, 3810).
Peyğəmbər özünə məxsus olan torpağın hamısını Allah yolunda sədəqə etmişdir. Onun qoyub getdiyi miras yalnız elmdir. Rəvayət edilir ki, bir dəfə Əbu Hureyrə Mədinə bazarına gəlib oradakılara dedi: "Ey bazar əhli, nə oturmusunuz?"
Onlar: "Nə baş verib, ey Əbu Hureyrə?"– deyə soruşduqda, Əbu Hureyrə dedi: "Rəsulullahın mirası bölüşdürülür, siz isə burada oturmusunuz, gedib ondan öz payınıza düşəni götürmürsünüz?"
Onlar: "O miras haradadır?"– deyə soruşdular.
Əbu Hureyrə: "Məsciddədir"– dedi.
Bazardakılar tələsik məscidə gəldilər, Əbu Hureyrə isə bazarda durub onların qayıtmağını gözlədi. Nəhayət, onlar geri qayıdıb: "Ey Əbu Hureyrə, biz məsciddə heç bir miras görmədik"– dedilər.
Əbu Hureyrə soruşdu: "Məsciddə adam gördünüzmü?"
Onlar dedilər: "Bəli, gördük. Bəziləri namaz qılır, bəziləri Quran oxuyur, bəziləri də halal və haramdan danışırdılar." Onda Əbu Hureyrə dedi: "Vay halınıza! Muhəmmədin mirası da elə budur, bu!" (Mocəmul-Kəbir, 402).
Həmçinin, rəvayət edilir ki, bir gün Abdullah ibn Məsud öz tələbələri ilə bir yerdə oturub Peyğəmbərin öyrətdiklərindən onlara öyrədərkən, yanlarından keçən bir bədəvi ondan: "Bunlar bura niyə yığışıblar?"– deyə soruşdu.
İbn Məsud dedi: "Yığışıblar ki, Muhəmmədin mirasını öz aralarında bölüşdürsünlər" (Xətib əl-Bəğdadinin "Şərəfu Əshabul-Hədis" əsəri, 1/102).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 4893   Tarix: 01 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşaqlarımıza şükür etməyi necə öyrədək? - ARAŞDIRMA

Rəhman Allah hər birimizin ixtiyarına çox sayda nemət qoymuşdur. Lakin biz insanlar bəzən bu nemətərə görə şükür etməyi unuduruq. Biz gərək uşaqlarımıza kiçik yaşlarından şükür etməyi öyrədək. İxtiyarımızda olan nemətləri onlara tanıdaq və Allaha necə şükür edə biləcəyimizin yollarını onlara təlim verək

22.03.2022 7359
.

Mədəkiçiltmə əməliyyatı edənlər oruc tuta bilərmi? - Məşhur professor

Bütün bariatrik-metabolik cərrahi əməliyyat keçirmiş pasiyentləri ən çox narahat edən məsələlərdən biri də "Ramazan ayında oruc tutmaq olarmı" sualıdır. Buna əyani və elmi yanaşma olaraq İslam dövlətləri bariatrik cərrahlarının tədqiqatlarını birləşdirən bir məqalə hazırlanıb. Bu barədə -

12.04.2022 6861
.

Mübarək Ramazan ayının ilk gecəsi nələr edilir?

Müqəddəs Ramazan ayı – orucun vacib olduğu aydır. 12 ayın sultanı Ramazan artıq bu axşam başlayır. Axşamdan müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər. BİG.AZ oxucuları bu gecənin əməlləri barədə məlumatlandırmaq istəyir. Niyyət axşamı nə etməli?. Bu gecə müqəddəs Ramaza

01.04.2022 9209
.

İftar üçün dadlı reseptlər

Bu gün Ramazan ayının 29-cu günüdür. BİG.AZ axşam.az-a istinadən iftar süfrəsi üçün menyu təqdim edir:. Tərəvəzli, makaronlu şorba. Ərzaqlar:. Kök - 1ədəd. Yaşıl bibər - 1 ədəd. Pomidor - 1 ədəd. Kartof - 2 ədəd. Soğan - 1 ədəd. Makaron - 1 armudu stəkan. Yağ - 2 xörək qaşığı. Toyuq filesi - 200 qr

01.05.2022 5018
.

Ayasofyada Ramazan bayramı namazı qılınıb - VİDEO

Bu gün İstanbulun Ayasofya məscidində Ramazan bayramı namazı qılınıb. Artıq səhər saatlarından etibarən minlərlə Türkiyə vətəndaşı və xarici ölkələrdən gələn turistlər Ayasofya Meydanı ərazisinə doğru axışıb. Bayram namazın ardından Ayasofya məscidinin imamı Bünyamin Topçuoğlu minbərdən xütbə oxuyub

02.05.2022 5099
.

İnsan ölən zaman nələr görür və nələr baş verir?

Çoxlarımız üçün maraqlıdır ki insan ölüm anında nə görür? İmam Əli (ə.s) bu suala belə cavab vermişdir:. İnsan dünyanın son günlərində və axirətin ilk günlərində qərar tutan zaman anidən qarşısında bir sima görər ki, onun üçün naməlumdur. Ondan soruşar ki, sən kimsən ki, mən səni tanımıram? Deyər: "Mə

10.04.2022 6211
.

Şəhid evində İFTAR

Ramazan ayını yaşayırıq. Oruc tutanlar bilir ki, ən gözəl iftar ailə ilə birlikdə, bir süfrə başında toplaşmaqdır. Adətən ailənin başçıları uşaqları süfrə başına toplayaraq, onlara "siz də iftar açın" deyərək ülvi hisslər oyandırmağa çalışırlar. Amma. Elə ailələr də var ki, bu gün onların başçılar

07.04.2022 6687
.

Bu gün Aşuradır

Bu gün Aşura günüdür. xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib. Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüs

08.08.2022 5223
.

Bu gecə ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni aprelin 9-dan 10-na keçən gecəyə təsadüf edir. Ramazan ayının ikinci Qədr gecəsi aprelin 11-də, üçüncüsü aprelin 13-də və sonuncusu aprelin 17- də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahı

09.04.2023 3799