Azərbaycanlı rəssamın Berlində sərgisi açılıb- FOTO

Azərbaycanlı rəssamın Berlində sərgisi açılıb- FOTOAlmaniyanın paytaxtı Berlin şəhərindəki "Gallery Schulz" qalereyasında tanınmış Azərbaycan rəssamı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əzizin "Ruhun rəqsi" adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, tədbirə 300-dən artıq qonaq qatılıb. Qonaqlar arasında ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, Azərbaycan diasporasının fəalları və incəsənət həvəskarları var idi.

"Gallery Schulz" qalereyasının sahibi Mixael Şults sərginin açılış mərasimində çıxış edərək bildirib ki, dünya xalqlarının mədəniyyətlərində rast gəlinən hər hansı naməlum hal onu hər zaman özünə cəlb edib: "Azərbaycana səfərim zamanı oradakı incəsənət və mədəniyyətlərin müxtəlifliyinə heyran oldum. Söhbət hər iki incəsənətdən gedir: həm tarixi, həm də ki müasir".

M.Şults A.Əzizin yaradıcılığını Azərbaycan Sovet incəsənəti ilə müasir Azərbaycan incəsənəti arasında bağlayıcı kimi dəyərləndirib: "Arif Əzizin çoxşaxəli yaradıcılığı hər zaman dəyişən və abstrakt olub. Onun sənəti ilə yaxından tanış olduqda, onun bədii yaradıcılığının inkşafını və düşüncə tərzini anlamaq olar".

Berlinli sənətsevərlər qarşısında çıxış edən əməkdar incəsənət xadimi A.Əziz bildirib ki, Sovetlər Birliyi dövründə incəsənətin bir istiqaməti sayılan abstraksionizm üslubuna muraciət etmək yasaq idi: "Əsas kimi isə "Sosialist realizmi" götürülürdü. Azərbaycan müstəqil dövlət olandan sonra rəssamların yaradıcılığına yeni nəfəs verildi. Bütün qadağalar aradan götürüldü".

A.Əziz fırçasından çıxan əsərlərdə yaratdığı rəmzi qadın, milli kolorit, Azərbaycanın əsrarəngiz təbiətini, caz musiqisini tərənnüm edən obrazlar haqqında bəhs edib. Bu mövzulara onun daha çox müraciət etdiyini qeyd edib.

Tədbirdə qeyd olunub ki, A.Əziz öz nəslinin ən önəmli Azərbaycan rəssamlarından biridir. Onun əsərlərinin bədii zənginliyi və müxtəlifliyinin Azərbaycan incəsənətinin formalaşmasında əvəzsiz rolu olub, ona öz töhfələrini verib. Onun yaradıcılığı özündə milli İslam incəsənət ənənələri ilə müasir Qərb incəsənət elementlərini unikal şəkildə birləşdirir.

Daha sonra qeyd edilib ki, karyerasının əvvəlində A.Əzizin işləri sosialist realizminə əsaslanır. Onun hər bir əsəri özünəməxsus realistik incəliklərlə seçilir. Bu baxımdan onun əsərləri öz müstəqil dilini inkişaf etdirib və onların Azərbaycan incəsənətində məxsusi yeri var. O, hər zaman insan obrazını Azərbaycandakı müxtəlif memarlıq üslubları ilə sintez etməyə çalışıb və buna nail olub. Bu sintez incəsənət aləmində yeni istiqaməti inkişaf etdirib və bir çox gənc Azərbaycan rəssamlarına öz müsbət təsirini göstərib.

Azərbaycanlı rəssamın Berlində sərgisi açılıb- FOTOAzərbaycanlı rəssamın Berlində sərgisi açılıb- FOTOAzərbaycanlı rəssamın Berlində sərgisi açılıb- FOTOAzərbaycanlı rəssamın Berlində sərgisi açılıb- FOTOAzərbaycanlı rəssamın Berlində sərgisi açılıb- FOTOAzərbaycanlı rəssamın Berlində sərgisi açılıb- FOTOAzərbaycanlı rəssamın Berlində sərgisi açılıb- FOTOAzərbaycanlı rəssamın Berlində sərgisi açılıb- FOTOTrend\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 814   Tarix: 29 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443