Köhnə KVN-çilərin "yeni nəfəsi" FOTO

Köhnə KVN-çilərin "yeni nəfəsi" FOTOHəftəsonu Heydər Əliyev Sarayında "Planet Parni iz Baku" KVN- teatrının konsertləri keçirildi. Düzü, onların məşqlərini izlədikdən sonra bu konsertdən nəsə ummaq olardı, amma gördüklərimin gözlədiklərimdən daha da gözəl olduğunu görmək mənim üçün xoş bir sürpriz oldu. Bəli, Teatrın bədii rahbəri Tahir İmanov hər zaman çalışır ki, onun komandasının tamaşaçılara bəxş etdıyi gülüş dəqiqələri ancaq gülüş xətrinə zarafatlar olmasın, bu zarafatlar insanları düşündürsün. Lakin təəsüf ki, onun istəyi hər zaman alınmırdı və uşaqlar onun fikrini tam realizə edə bilmirdilər. Amma bu dəfə... Bu dəfə, demək olar ki, hər şey alındı. Bir birindən gözəl səhnəciklər, onlara uyğun olan dekorasiyalar, səviyyəli aktyor oyunu... Səhnəciklər nəinki gülməli, hətta deyərdim ki, çox cəsarətli idi. Məsələn, "Yüksək rütbəli məmurun səxsi həyatı", "Azərbaycan Milli futbol komandası" və əlbəttə ki, hamının səbirsizliklə gözlədiyi "Milli Məclis" səhnəcikləri çox gözəl və peşəkar alınmışdı desək, yanılmarıq. Mən hələ parodiyaları demirəm - mügənnilər Elariz və Vasif Məhərrəmli, teleaparıcı İlqar Mikayıloğlu, müxtəlif dövlət məmurları və deputatlar. Lakin bütün bunları üstələyən bir parodiya da oldu - o da Azər Məmmədzadənin Cahangir Əskərova etdiyi parodiya. Mən tam əminliklə deyərdim ki, bu Azərin pik nöqtəsi idi. "AZAL"-ın prezidentini müxtəlif zamanlar, müxtəlif insanlar parodiya etsə də, bu qədər oxşarlıq və dəqiqlik indiyə qədər alınmamışdı. "Milli Məclis" səhnəciyi isə Bəhram Bağırzadənin benefisi idi. Onun "Siyavuş Novruzovu" zalı gülməkdən az qala ağlatdı. Anşlaq olan zalda bu personaj hamını güldürdü. Yeri gəlmişkən, tamaşaçılar arasında müxtəlif zövqlü və müxtəlif dünya görüşlü insanlar var idi. Murad Adıgözəlzadə və Cəmil Əmirovdan tutmuş, Dilarə Əliyeva və Elməddin Cəfərova qədər. Və onlara bir baxış kifayət idi görəsən ki, bu konsert heç kəsi biganə qoymadı...
Köhnə KVN-çilərin "yeni nəfəsi" FOTOKöhnə KVN-çilərin "yeni nəfəsi" FOTOKöhnə KVN-çilərin "yeni nəfəsi" FOTOKöhnə KVN-çilərin "yeni nəfəsi" FOTOKöhnə KVN-çilərin "yeni nəfəsi" FOTOKöhnə KVN-çilərin "yeni nəfəsi" FOTOKöhnə KVN-çilərin "yeni nəfəsi" FOTOKöhnə KVN-çilərin "yeni nəfəsi" FOTOKöhnə KVN-çilərin "yeni nəfəsi" FOTOKöhnə KVN-çilərin "yeni nəfəsi" FOTOKöhnə KVN-çilərin "yeni nəfəsi" FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3545   Tarix: 28 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm

Aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişindəki açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı türkiyəli müğənni Ajda Pekkan kimi olmaq istədiyini etiraf edib. "Ajda Pekkanı çox sevirəm. Bilirsiniz niyə? Mən də elə olacağam. İndidən deyirəm. Çünki ekrand

15.04.2024 1090
.

Nadir HƏYAT YOLDAŞI VƏ GƏLİNİ İLƏ - FOTOLAR

Müğənni Nadir Qafarzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçi həyat yoldaşı Sevinc və gəlinləri Əntiqə ilə fotosunu izləyiciləri ilə bölüşüb. Onlar Ramazan süfrəsində bayramı bir yerdə qeyd ediblər. Qeyd edək ki, müğənninin oğlu Loğman Əntiq

14.04.2024 1561
.

Nazpəri Dostəliyeva TANINMAZ HALDA - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva yeni görünüşü ilə diqqət çəkib. xəbər verir ki, yeni klipinin çəkilişində 64 yaşlı müğənninin üzündəki dəyişiklik gözdən yayınmayıb. Həmin görüntülər sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub

14.04.2024 959
.

Xəyalə Manaflı həyat yoldaşı üçün mahnı oxudu - Video

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Xəyalə Manaflının toyu olub. Axşam.az xəbər verir ki, Nurlan adlı bəylə ailə quran sənətçinin özəl günündən görüntülər sosial şəbəkədə paylaşılıb. Gecədə diqqətçəkən məqamlardan biri də X.Manaflının həyat yoldaşı üçün mahnı oxuması olub. Qeyd edək ki, müğənni həya

18.04.2024 765
.

Məşhur aktyor vəfat etdi

Polşalı məşhur aktyor Qrzeqorz Minkeviç vətənində vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə "Plotek" məlumat yayıb. Sənətkar karyerası ərzində kino və teatrda 150-dən çox rol oynayıb. O, televiziya tamaşaçılarına 1968-ci ildə çəkilmiş "Kentervil Kabusu" filmindən tanışdır

14.04.2024 490
.

"Elnarə, səsin üçün ölərəm" - VİDEO

Türkiyəli pop ulduz Sərdar Ortaç yenidən Elnarə Abdullayeva ilə bağlı paylaşım edib. O, xanəndənin ifasını paylaşaraq ona təriflər yağdırıb. Gecə saatlarında muğamımıza qulaq asan sənətçinin dərin kədər içində olduğu nəzərdən qaçmayıb.( )

14.04.2024 1094
.

Bu da Tünzalə Ağayevanın qızı Fidan - FOTOLAR

Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni qızı ilə yeni fotolarını izləyiciləri ilə bölüşüb. O, şəkillərə "Mənə görə dünya səndən ibarətdir, qızım" qısa şərhini yazıb

14.04.2024 9921
.

Nəzrinin xınasından görüntülər - Video

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin ötən gün xınayaxdı mərasimi olub. Axşam.az xəbər verir ki, bolger mərasimdən olan görüntüləri sosial media hesabında yayımlayıb. Məclisdə iştirak edənlər arasında müğənni Elariz Məmmədoğlu oğlu Məmmədin xanımı Mehriban da yer alıb. Qeyd edək ki

16.04.2024 1247
.

Dilarə Əliyeva bunu ilk dəfə edəcək

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:. "Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqla

14.04.2024 769