Özünü bərpa edə bilən orqan

Özünü bərpa edə bilən orqan- Qara ciyər bədəndə olan ən böyük vəz və cüt olmayan ən iri ölçülü orqandır. Onun orta çəkisi 1,5 kq-dır

- Hesablamalara görə, qara ciyər orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar icra edir.

- Qara ciyərin xaric edilməsi və ya məhv olması 1-5 gün ərzində labüd şəkildə insanın ölümünə səbəb olur.

- Qara ciyər çox yüksək bərpa xüsusiyyətlərinə malikdir. Bizim orqanizmdə olan heç bir digər orqan buna qadır deyil. Qara ciyərin hətta 75%-i xaric olunduqdan bir neçə həftə sonra bu orqan özünü tam bərpa edə bilər.

- Qara ciyər olduqca mürəkkəb orqandır. "Süni ürək", "böyrək", "ağ ciyər" var, lakin "süni qara ciyər" yoxdur. İndiyə kimi qara ciyərin işləmə mexanizmi tam araşdırılmayıb.

- Hal hazırda qara ciyəri qoruyan, onun fəaliyyətini bərpa edən preparatlar ("hepaprotektorlar") geniş reklam olunur.

Lakin bu preparatların köməyi ilə qara ciyəri qorumaq və bərpa etmək mümkün deyil. Əksinə bəzi hallarda belə preparatların qəbulu qara ciyərdə autoimmun xəstəliklərinin inkişafına səbəb ola bilər.

Belə xəstəliklər zamanı orqanizmdə qara ciyərin hüceyrələrinə qarşı anticismlər əmələ gəlir ki, nəticədə bu anticismlər qara ciyərin hüceyrələrini məhv etməyə başlayır.

- Yüksək bərpa xüsusiyyətinə malik olan qara ciyərə onu bərpa etmək və qorumaq üçün heç bir xüsusi dərman lazım deyil. Bəs nə lazımdır?

1. Spirtli içkilərdən tam imtina etmək lazımdır. Qara ciyər üçün spirtli içkilərin "ziyansız" dozası yoxdur.

2. Dərmanları çox ehtiyyatla qəbul edin, mümkündürsə - heç qəbul etməyin. İstənilən dərman (hətta tərkibində otlar olan) qara ciyər üçün ziyansız deyil. Xüsusilə bu qara ciyərdə pozulmalar olan insanlara aiddir. Baş ağrısı, diş ağrısı və s. ağrılar zamanı dərhal dərmana əl uzatmayın. Çalışın dərmansız vasitələrdən istifadə edəsiniz.

Belə ki, bir çox hallarda müasir insanda baş ağrılarının səbəbi gərginlik və yorğunluqdur. Vaxt tapıb sakit qaranlıq otaqda bir qədər uzanın və dincəlin. Bu baş ağrısının azalmasına kömək edəcək. Menstruasiyadan əvvəl və menstruasiya zamanı ağrıların azalmasına fiziki iş kömək edir.

3. B hepatitinə qarşı peyvənd vurdurun.

4. Bütün kosmetik və tibbi prosedurlara (manikür, pedikür, müxtəlif müayinələr, əməliyyatlar, qanköçürmə və s.) qarşı çox diqqətli olur. Bir çox hallarda qara ciyərin sirrozuna səbəb olan C hepatiti bir insandan digərinə qanla keçir.

Beləliklə, əgər siz qara ciyər xəstəliklərinə səbəb olan əsas amilləri istisna edəcəksinizsə, qara ciyər özü özünü qoruyacaq.

- Piylənmə zamanı qara ciyərə çoxlu miqdarda piylər daxil olur. Nəticədə qara ciyər onları parçalamağa çatdırmır və piylər qara ciyərdə toplanmağa başlayır. Nəticədə qara ciyər hüceyrələri (hepatositlər) məhv olur və birləşdirici toxuma ilə əvəz olunur. Təbii ki, birləşdirici toxuma hepatositlərin funksiyasını yerinə yetirə bilmir. Nəticədə insanda qara ciyər çatışmazlığı və sirroz inkişaf edə bilər.

- Kəskin arıqlama da qara ciyər üçün çox ziyanlıdır. Əriyən piylər qan axını ilə qara ciyərə yönəlir ki, qara ciyər onları parçalasın. Nəticədə qara ciyər həddən artıq yüklənir və bu onun funksiyaların pozulmasına səbəb olur.

- Qara ciyər sağlam qidalanmanı və fiziki aktivliyi xoşlayır. Qara ciyərin ən sevdiyi məhsullar bunlardır: xurma, alma, ərik qurusu, kişmiş, qara qavalı, çuğundur, balqabaq, zeytun yağı, banan, kəsmik, cəfəri, kərəviz, bal, qarabaşaq, ədviyyatlardan - sarıkök.aritm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3633   Tarix: 26 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942