Bu gün Azərbaycanın 4 Milli qəhrəmanının ad günüdür

Bu gün Azərbaycanın 4 Milli qəhrəmanının ad günüdürBu gün Azərbaycanın 4 Milli qəhrəmanının ad günüdür. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, İlham Əliyev, Qasım Rzayev, Pərviz Səmədov və Elşad 5 mayda anadan olublar.

İlham Müzəffər oğlu Əliyev 1961-ci il Gədəbəy şəhərində anadan olub. O, milis zabiti kimi 1990-cı ildən cəbhənin Qazax istiqamətində ermənilərə qarşı döyüşlərdə iştirak edir, qəhrəmanlıqla vuruşur. 1990-cı il avqustun 19-da onun rəhbərlik etdiyi 11 nəfərlik dəstə Aşağı Əskipara kəndinə soxulmuş erməni yaraqlıları ilə qeyri-bərabər döyüşə girir, düşmən ağır itki verərək geri çəkilir, lakin qəhrəman komandir də həlak olur. Gədəbəy şəhərində dəfn olunub, şəhərdəki 1 saylı orta məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.

Qasım Qara oğlu Rzayev 1970-ci il Tovuz rayonu Əlibəyli kəndində anadan olub. O, 1990-ci ildə könüllü özünümüdafiə dəstəsinin tərkibində, sonra isə Milli Ordunun sıralarında düşmənə qarşı vuruşub, Əlibəyli, Muncuqlu, Koxa-Nəbi, Ağdam, Hacalı kəndlərinin müdafiəsində fədakarlıq göstərib. 1992-ci il fevralın 11-də "Qan çanağı" deyilən yerdə kiçik bir dəstə ilə düşmənin artıq qüvvəsinə qarşı döyüşə girib, düşmənin 1 PDM-i və ondan artıq qüvvəsini məhv edərək hücumun qarşısını alıb. 1992-ci il mayın 14-də növbəti döyüş zamanı onun idarə etdiyi və mərmiatan qurğu quraşdırılmış maşın düşmən topları tərfindən vuruldu, o, qəhrəmanlıqla həlak oldu. Əlibəyli kənd qəbirstanlığında dəfn edilib, Hacalı kənd orta məktəbi onun adını daşıyır.

Pərviz Əbdüləhəd oğlu Səmədov 1970-ci il Gəncə şəhərində anadan olub. O, 1992-ci ilin fevralında könüllü olaraq Ağdam bölgəsinə gəlir və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətə başlayır. Şelli, Naxçivanik, Aranzəmin, Pircamal kəndləri uğrunda gedən döyüşlərdə sücaət göstərir. Onun dəstəsi düşmənin çoxlu sayda sursat anbarı, strateji obyektləri və canlı qüvvəsinin yerləşdiyi sığınacaqları məhv edib. 1992-ci il mayın 15-də Ağdamın Gülablı kəndi uğrunda güdən döyüşlərdə düşmənin canlı qüvvəsini məhv edir, həmçinin düşmən tərəfindən vurlmuş "Təcili yardım" vertolyotunun ekipajını xilas edir. Lakin özüdə düşmən gülləsinə tuş gələrək həlak olur. Gəncə şəhərində dəfn edilib. Şəhərin küçələrindən biri onun adını daşıyır.

Elşad Məmmədhənifə oğlu Yəhyayev 1966-cı il Şəki şəhərində anadan olub. O, milis leytenantı kimi Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində rəşadətlə vuruşub. O, 1992-ci il iyunun 20-də Naxçıvanik kəndini düşməndən təmizləmək məqsədi ilə keçirilən əməliyyatda tağım komandiri kimi iştirak edir, əməliyyatda iştirak edən digər hərbi dəstənin mühasirədən çıxmasını təmin edir, özü isə qəhrəmanlıqla həlak olur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Şəkidəki 12 saylı orta məktəb onun adını daşıyır, Bakıdakı 56 saylı məktəbdə isə büstü qoyulub.

Allah rəhmət eləsin!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6135   Tarix: 05 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 344
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

15:21 202
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 968
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

11:37 882
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

17:48 168
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

17:11 149
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

20:26 0
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

16:24 187
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

15:35 150