106 yaşlı bakirə

Berlində qocalar evində yaşayan Elizabet Kalliesin 106 yaşı var. Almaniyanın "Bild" qəzetinin məlumatına görə, qadın hələ də bakirədir. "Sabah 106 yaşım tamam olur. Amma həyatım boyu sekslə məşğul olmamışam", - deyə qoca qarı bildirib.
Nə qədər qəribə olsa da, Elizabet Kallies vaxtilə ailə də qurub. 1930-cu illərdə özündən 25 yaş böyük olan Albert Kallieslə evlənsə də, əri toydan əvvəl motosiklet qəzasına uğrayıb və cinsi fəallığını itirib: "Aramızda heç bir fiziki yaxınlıq yox idi. Amma səmimi münasibətlərimiz var idi. Bu gün çoxları belə duyğuları anlaya bilməz".

106 yaşlı bakirə106 yaşlı bakirə106 yaşlı bakirə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 7217   Tarix: 02 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti