Qan azlığının çarəsi

Qan azlığının çarəsiBaş gicəllənməsi, zəiflik, yorğunluq, yuxusuzluq, saç tökülməsi, həzmin pozulması amilləri qan azlığının əlamətidir.

Bunların əsas səbəbi orqanizmdə dəmir, fol turşusu və B12, B9 vitamini çatışmazlığı ilə müşahidə edilir. Qan azlığı, yəni anemiya müalicə olunmayanda ciddi xəstəliklərə səbəb olur.

Qan azlığı olan şəxslər bədəninə ( xüsusilə, bel, qarın nahiyyəsi, böyrək və ayaqlar) abqora(üzümün yetişməmişindən hazırlanmış maye) sürtməli, sonra günəş vannası qəbul etməlidir. Qan azlığı olan uşaqlar üçün hər gecə yatanda kürəyinə zeytun və qara çörəkotu yağı sürtmək məsləhətdir. Çalışaq, qanımızı artırmaq üçün təbii qidadan istifadə edək. Sizə ən asan qan yaratmağa köməkçi olan qidaları təqdim edirik:

Süd məhsulları;

Yumurta sarısı;

Göy soğan;

Qaraciyər;

Cücərmiş buğda;

İspanaq;

Dəniz kələmi;

Küncüt dəmi;

Küncut halvası;

Alma qurusu;

Heyva şirəsi;

Kahı;

Gicitkan dəmləməsi(1 dilim limonla);

Mal əti;

Nar;

Qara kişmiş;

Bəhməz;

200 qr. kərə yağını qaynama dərəcəsinə qədər odda saxlayın, sonra bura 3-4 almanı ( simerinko, yaxud antonovka) rəndədən keçirib əlavə edin, 6 ədəd yumurtanın sarısı ilə 100 qr şəkərin qarışığına 100 qr. şokolad əlavə edib, hamısını qarışdırın. Soyuducuda saxlamaq şərti ilə gündə 3 dəfə 1x.q qəbul etmək lazımdır.

Ağ, yağlı pendiri rəndədən keçirin, qoz ləpəsi, 4 ədəd sarımsaq, 4 x.q zeytun yağını 4 ədəd yumurtanın sarısı ilə qarışdırıb gündə 3 dəfə 1x.q içmək lazımdır.

Kök şirəsi 1 stəkan, çuğundur şirəsi 1 stəkan (2 saat soyuducuda saxladəndan sonra ), bal 1x.q.

Bunları qarışdırıb 2 yerə bölməlisiniz və səhər-axşam içməlisiniz.

3 kq. qara gilas (öküz ürəyi ), 1 kq şəkər. Onları şüşə qabda, kölgədə qalxıb şişənədək saxlamaq lazımdır. Qan azlığından əziyyət çəkən uşaqlara gündə 1 çay qaşığı, böyük uşaqlara 1 xörək qaşığı, böyüklərə 50 qr içirmək məsləhətdir.

0.5 kq qırmızı soğan, 0.5 kq şəkər. Onları mürəbbə kimi bişirib gündə 2-3 xörək qaşığını bir stəkan suya töküb içmək olar.

200 qr. nar şirəsi, 100 qr limon şirəsi, 100 qr kök şirəsi, 100 qr çuğundur şirəsi, 70 qr balı qarışdırıb soyuducuda şüşə qabda saxlamaq və gündə 3 dəfə 2 x.q yeməkdən qabaq qəbul etmək də qan azlığından əziyyət çəkənlərə kömək edir.

Küncüt yağını səhər-axşam 1 ç.q ac qarına uşağa içirmək lazımdı. Tərkibində kalsium olduğu üçün uşağı masaj etdikdə, sümüklərin möhkəmlənməsinə çox gözəl təsir edir. Bunu 10 gün etmək lazımdır.

Gicitkanın şirəsini çıxarıb soyuducuda saxlamalı, gündə 3 dəfə 1 çay qaşığı qəbul edilməlidir. Gicitkan qan qatılaşdırır, buna görə də 1 dilim limonla qəbul etmək lazımdır.

atv.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2515   Tarix: 04 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14.04.2024 246
.

Dünyanın ən yaşlı siam əkizləri vəfat etdi

Dünyanın ən yaşlı siam əkizləri Lori və Cor Şappel vəfat edib. Axşam.az xəbər verir ki, əkizlər 62 yaşında dünyasını dəyişib. Onların naməlum səbəbdən öldüyü bildirilib. Qeyd edək ki, əkizlər 1961-ci ildə birləşmiş kəllələri ilə dünyaya gəlmişdilər. Onlar eynicinsli əkizlər idi, lakin 2007-ci ildə Dor

14.04.2024 502
.

"Prius"ların dövrü bitir? - ARAŞDIRMA

Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni qaydalar açıqlandıqdan sonra "Prius"ların qiymətinin kəskin şəkildə ucuzlaşacağı qənaəti formalaşıb. Bəzi ekspertlər hesab edirlər ki, bu ucuzlaşma tədricən baş verəcək. Amma bunun əksini düşünənlər də var. Yeni qaydalara əsasən, artıq yaşı 1

07.04.2024 396
.

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?. Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işlər

14.04.2024 287
.

"30 saniyədə heç kim milyonçu olmağın sirrini DEYƏ BİLMƏZ" - Yalançı motivatorların "uğur hekayələri..."

Günümüzdə ətrafda aşağı-yuxarı hər kəs motivasiya verir. 15 izləyicisi olan da, həyatda heç bir uğuru olmayan da "uğur hekayəsi" bölüşür. Bəs görəsən, bu zərurət nədən irəli gəlir?. Psixoloq Elmir Əkbər mövzu ilə bağlı Bizim.media-ya danışıb. O qeyd edib ki, bu hal ikinci dünya ölkələrind

13.04.2024 348
.

Evlilik ildönümlərinin adları – Çit, taxta, zümrüd, gümüş, qızıl toy...

Adətən gümüş toy, qızıl toy ifadələrini çox işlədirik. Amma evliliyin hər ilinin öz adı olduğunu az adam bilir. Gümüş toy eləməyə hələ çox varsa siz özünüzə mum, taxta, şüşə toyu edə bilərsiniz. evlilik ildönümlərinin maraqlı adlarını təqdim edir. Evliliyin 1-ci ili çit toy adlanır. 2-ci il - dəri to

02.04.2024 736
.

Kanadadan piyada keçidlərindən rahat keçmək üçün kərpicli həll - VİDEO

Kanadada piyada keçidlərinin yanında kərpic qutular quraşdırılıb. Bunun maraqlı səbəbi var. Belə ki, kərpiclərdən avtomobillərin dayanmasını təmin etmək üçün istifadə olunur. Yolu keçərkən onları əlinizdə tutmaq kifayətdir. Bu, işıqfor olmayan piyada zolağından keçərkən kömək edir. Əslində, kərpic polistiro

07.04.2024 330
.

Ölməzdən 1 ay əvvəl hər kəsin gördüyü yuxular

Los-Angeles hospitalının tibb bacısı Culie Fadden insanların ölməzdən əvvəl nə gördükləri ilə bağlı mühüm müşahidələrini paylaşın. O qeyd edib ki, "demək olar ki, bütün insanlar" ölməzdən təxminən bir ay əvvəl təsəlliverici görüntülər yaşayırlar. xəbər verir ki, o, müşahidələrini "TikTok"

07.04.2024 839
.

İftar süfrəsinə hazırlaya bilərsiniz

"İftar menyusu"nu təqdim edirik:. Cənnət şorbası. Ərzaqlar:. 2 qaşıq kərə yağı. 3 xörək qaşığı qarğıdalı unu. 1 orta kartof. 1 soğan. 2 diş sarımsaq. 2 stəkan toyuq suyu. 4 stəkan qaynar su. 1 çay qaşığı qara bibər. 1 çay qaşığı duz. Üzəri üçün:. 2 xörək qaşığı yağ. 1 çay qaşığı üyüdülmüş qırmız

08.04.2024 526