PanTuralın OK! Azərbaycan jurnalına verdiyi müsahibə (Foto)

PanTuralın OK! Azərbaycan jurnalına verdiyi müsahibə (Foto)PanTuralın OK! Azərbaycan jurnalına verdiyi müsahibə (Foto)PanTuralın OK! Azərbaycan jurnalına verdiyi müsahibə (Foto)PanTuralın OK! Azərbaycan jurnalına verdiyi müsahibə (Foto)Özünüreklamı sevməsə də, yetərincə reklam rolikinin yaradıcısıdır. Öz sahəsinin bilicisi hesab olunur. Elə buna görə də iddialıdır, Azərbaycanda özünə rəqib görmür. Tanınmış kompüter qrafikaçısı Panturalı eyni zamanda özünü böyük kinoda da sınamaq niyyətindədir. Yaxın vaxtlarda Hollivud səviyyəsində film çəkməyi planlaşdırır. Filmin büdcəsi də nə az, nə çox, 20-25 milyon manatdır.

Maraqlı adın var, bunun bir tarixçəsi var, yoxsa?

- Sözün düzü, mən əvvəldən panteranın vurğunuyam, qara rəngdə olur, tək gəzir… Buna görə də fikirləşdim ki, "Panter" adlı bir prodakşn yaradım, amma sonradan gördüm ki. belə bir prodakşn artıq var. Odur ki, mən də panterlə Turalı qarışdırdım və beləliklə, Panturalı alındı.

25 yaşın var, yaraşıqlı oğlansan, yəqin ki, sevgidə də bəxtigətirənlərin sırasındasan…

- Yox. Xanımların hamısının məndən zəhləsi gedir. Zarafat edirəm. Hələ indiyə qədər xanımların mənə qarşı antipatiyasını hiss etməmişəm. Amma bəyənənlər çox olsa da, indiyə kimi dərdimdən ölən olmayıb. Yəni, zəhləsi gedən də olmayıb, lap belə dəli-divanə olan da.

Yaxşı, keçək işə, bacarıqlı kompüter qrafikaçısı sayılırsan. Bu işin incəliklərini kimdən öyrənmisən?

- Öz-özümə öyrənmişəm. Bu işə böyük həvəsim vardı, buna görə də evdə azadlıq aldığım gündən başımı bu işlə qarışdırdım. Elə indi də. Kompüter mənim həm dostum, həm övladım, həm də sevgilimdir.

Qarşıda hansı möhtəşəm layihənlə bizi təəccübləndirmək fikrindəsən?

- Dostum Elmarın təşkilatçılığı ilə dünyamiqyaslı bir film çəkmək fikrindəyik. Filmin üç - Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi nəzərdə tutulub. Məqsədimiz Azərbaycanı dünyada tanıtmaqdır. Film komediya janrında çəkiləcək.

Yəni, "Məhəllə", "Toy" və başqa komik filmlər kimi?

-Yox, onlar film deyil, teatral üslubda görülmüş işlərdir. Ümumiyyətlə, Azərbaycanda film anlayışı hələ formalaşmayıb.

Səncə, niyə?

- Nə qədər ki, dövlət tərəfindən bir filmə 1 milyon manat pul ayrılacaq, amma cəmi 250 min manat sərf olunacaq, bizdə kino inkişaf etməyəcək. Ad olur ki, film çəkirik.

- Sirr deyilsə, sizin filmin büdcəsi nə qədər olacaq?

- 20-25 milyon dollar.

Özünə rəqib görürsən?

- Yox, Azərbaycanda rəqibim yoxdur. Sizə bir söz də deyim ki, mən yalnız pul barədə düşünmürəm. Zövqümü korlayan işləri götürmürəm, lap mənə 100 min manat versələr də.

Puldan söz düşmüşkən, işindən yaxşı qazanc götürə bilirsən?

- Qazanc deyəndə ki, pulum kontura və benzinə çatır.

Niyə belə az?

- Çünki bizdə çox pul verən yoxdur. Bu saat Azərbaycanda 30 min manata dünya səviyyəli bir reklam roliki çəkmək olar. Amma bizə maksimum 2 min manat verirlər ki, qəşəng bir reklam çək. Mən də yola verirəm gedir.

Arzularını da bilmək maraqı olardı?

- Üç arzum var: "Oscar" almaq, yarıma qovuşmaq, xoşladığım xarici avtomobilə sahib olmaq!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 5527   Tarix: 30 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134
.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

Tanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova -ın qonağı olub. Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:. Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?. Xoş gördük. İşlərim stabildir. Yen

05.03.2020 6515
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023