Azərbaycanda bu valideynlər həbs oluna bilər

Azərbaycanda bu valideynlər həbs oluna bilər"Azərbaycanda övladlarına lazımı diqqət göstərməyən və öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilməyən valideynlərin azadlıqdan məhrum edilməsi təklif edilir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, artıq komitə tərəfindən valideyn məsuliyyətinin artırılması və uşaqlardan sui-istifadə hallarının qarşısının alınması üçün verilən cəzaların sərtləşdirilməsi barədə təkliflər paketi hazırlanaraq rəy alınması üçün müvafiq qurumlara təqdim edilib. Təkliflər toplandıqdan sonra paket Nazirlər Kabinetinə təqdim ediləcək.

Valideyn məsuliyyətinin artırılmasını bu günün aktual məsələlərindən biri sayan E.Səfərov bildirib ki, hazırda İnzibatı Xətalar Məcəlləsində valideyn məsuliyyətini tənzimləyən yalnız bir cəza növü var. Bu cəza da valideynin 20 manatdan 40 manatadək cərimələnməsidir. Komitə valideyn məsuliyyətinin artırılması üçün həmin məbləğin artırılmasını təklif etməklə yanaşı, bir çox sahələrdə də valideynlər üçün xüsusi məsuliyyət növlərinin müəyyənləşdirilməsini vacib sayır.

Uşaqlarını dilənçiliyə, küçə işlərinə cəlb edən, onları təhsildən yayındıran valideynlər, eyni zamanda, uşağı ətraf mühitə, hər hansı əmlaka zərər vuran, yol hərəkəti qaydalarının pozulması hallarına görə günahkar olan və s. valideynlər üçün ayrı-ayrılıqda məsuliyyət növləri müəyyənləşdirilməlidir: "Əmlaka zərər vermə və digər hallarla bağlı ümumi normalar var. Amma valideynlər uşaqları lazımi qədər tərbiyə etməyəndə və ona öz qayğısını göstərməyəndə bu, həmin məsələlərə görə həm Cinayət Məcəlləsində, həm də İnzibatı Xətalar Məcəlləsində xüsusi ağırlaşdırıcı hal kimi müəyyənləşdirilməlidir.

Bundan başqa, belə hallar da olub ki, 5-8 yaşlı uşaq təkbaşına yol keçəndə müxtəlif yol-nəqliyyat hadisələri baş verir. Bu məsələdə artıq uşaq deyil, valideyn təqsirlidir. Çünki valideyn ona birbaşa nəzarət etməli və öz vəzifələrini həyata keçirməlidir. Buna görə də belə valideynlər üçün ayrıca məsuliyyət növləri müəyyənləşdirilməlidir".

E.Səfərovun sözlərinə görə, komitə valideynlərin bəzi hallarda müvəqqəti olaraq, azadlıqdan məhrum edilmə cəzasına layiq görülməsini də təklif edir.

Komitə rəsmisinin sözlərinə görə, uşaq təhsildən yayındıqda yalnız məktəb direktoru məsuliyyətə cəlb edilməli deyil. Eyni zamanda, belə uşaqların valideynləri də məsuliyyətə cəlb edilməlidirlər: "Bu cəza isə yalnız maddi cərimə olmalı deyil. Ehtiyac olarsa, valideyn müvəqqəti olaraq, bir necə sutkalıq azadlıqdan məhrum da edilsin".

E.Səfərov bildirib ki, Avropa İttifaqının qaydalarına görə, avtomobilində uşaq sərnişin daşıyan və maşının arxa hissəsində uşağa görə xüsusi nəqliyyat vasitələri yerləşdirməyən valideynlər cərimələnirlər. Komitə həmin qaydaların da Azərbaycanda tətbiqini təklif edir.

E.Səfərov qeyd edib ki, Azərbaycanda valideyn hüquqlarının məhdudlaşdırılması və valideyn hüququndan məhrum etmə ilə bağlı prosedurun təkmilləşdirilməsi təklif olunur. Onun sözlərinə görə, bu gün yerli icra hakimiyyəti orqanları və yerli polis şöbələrinin fəaliyyətində islahatlar aparılmalıdır.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1518   Tarix: 01 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məhsul" stadionu təmir olunur? - Video

Yasamal rayonunda "Məhsul" stadionu kimi tanınan ərazi illərdir baxımsız vəziyyətdədir. Burada heç bir təmir-tikinti işi aparılmayıb. Lakin bir neçə gündür ki, stadionun futbol meydançasına giriş lentlərlə məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-d

10:39 206
.

Cavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış

Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış. Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:. "Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər

15:10 187
.

"Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib"

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Mövzu ilə bağlı -a danışan politoloq Tura

13:10 182
.

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

10:34 247
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

12:27 365
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

16:06 53
.

" ABŞ Konqresdə bu işə əl qoyan konqresmenlərin erməni diasporası ilə əlaqələrinin olması şübhəsizdir" - Politoloq

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nda fəal rol oynadığ

15:21 149
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22.04.2024 340
.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22.04.2024 508