Ermənilərin itkisi təsdiqləndi

Ermənilərin itkisi təsdiqləndiSon iki gündə cəbhədə gedən döyüşlər zamanı erməni tərəfi erməni mediasında yayılan rəqəmlərdən qat-qat çox itki verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı cavabında, Azərbaycan Müdafiə Nazirliyi martın 29-30-da ermənilərlə cəbhədə döyüşlərin olduğunu təsdiq edib.

Lakin erməni tərəfinin itkiləri heç də erməni mediasında bildirildiyi kimi 7 nəfər yox, daha çoxdur: "Sadəcə, hələ onların qeyri-rəsmi formada açıqladıqları budur. Yəqin ki, ermənilər hələ öz itkilərini dəqiqləşdirməklə məşğuldurlar. Konkret olaraq dünən axşam gedən döyüşlərdə erməni tərəfinin çoxlu itkiləri olub və bu itkilər göstərilən rəqəmlərdən qat-qat artıqdır. Yəqin ki, onlar itkilərini yavaş-yavaş, tədricən ortaya çıxaracaqlar. Erməni ordusunda vərəmin və digər xəstəliklərin yayılmasına gəlincə, biz dəfələrlə demişik ki, erməni tərəfi həm döyüşlərdəki, həm də xəstəliklər nəticəsində olan itkilərini gizlədir. Bu barədə yayılan məlumatlar isə həqiqətdir".

V.Dərgahlının sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqına yalan danışmaqla məşğuldur. Əslində, erməni ordusunda intizamsızlıq baş alıb gedir: "Martın 22-də biz tərəfə keçən erməni hərbçisi Andranik Qriqoryan da məhz bu səbəblərdən döyüş mövqeyini atıb qaçmışdı. Onun səngər yoldaşları öz həmkəndliləri olduğu üçün ona atəş açmamışdılar. Ermənistanın müdafiə naziri həmin əsgərin valideynlərini günahkar çıxarır. Valideynlər isə bildiriblər ki, hərbi hissələrdə baş verən intizamsızlıq nizamnamədənkənar münasibətlərdir, özbaşınalıqlardır".

Qeyd edək ki, Ermənistan saytları xəbər verir ki, ermənilər son iki gündə cəbhə xəttində 7 hərbçisini itiriblər. Bundan əlavə, orduda hərbçiləri arasında ağır nəticələri olan vərəm xəstəliyinin yayıldığı, dərmanların çatışmazlığı ucbatından yaralılar və vərəm xəstələri üçün Qarakəndə dislokasiya olunmuş 3-cü polkun 4-cü batalyonunda səhra hospitalı yaradıldığı bildirilir.

Martın 22-də günorta saatlarında isə ilkin məlunata görə 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 996   Tarix: 31 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254