Niyə bəzi insanlar evlənməkdən qorxur?

Niyə bəzi insanlar evlənməkdən qorxur?Elmdə "uzun müddətli əlaqə", ya da "evlənmə qorxusu" kimi adlandırılan bağlanma qorxusu, bu qorxunun səbəbləri və qorxunu dəf etmə üsullarını psixoloq Larissa Varol izah edir.

Bağlanma qorxusu həm qadınlarda, həm də kişilərdə istənilən yaş dövründə yaşanılan, onların həyatında müəyyən çətinliklər yaradan, münasibətlərində problemlərə səbəb olan və münasibətlərin uzun müddətli olmasına əngəl törədən psixoloji problemlərdən biridir.

Bağlanma qorxusu ədəbiyyatlarda "uzun müddətli əlaqə", yaxud "evlənmə qorxusu" kimi də işlədilir. Amerikada aparılan araşdırma nəticəsində məlum oldu ki, son 40 ildə evliliklərin sayı nəzərə çarpacaq dərəcədə azalmışdır.

Bağlanma qorxusunun görünən səbəbləri; azadlıq və cinsi həyatın məhdudlaşdırılmasından, kompromisə getməkdən, ümumi həyat ritminin dəyişilməsindən və maddi yükün altına girməkdən qorxmaqdır.

İnsanlar bəzən sadəcə qarşısındakı insanın onun azadlığını əlindən alacağı üçün deyil, qarşısındakı insana həddindən artıq bağlanacağından və bir gün inciyəcəyindən qorxduğu üçün də uzun müddətli münasibətlərdən qaça bilər. Bunun səbəbi isə kiçik yaşda zəruri bağlanmaların yəni, ana və ata ilə sağlam bir yaxınlığın olmaması, kifayət qədər qayğı görməməsi, ya da laqeydliyə məruz qalması ola bilər. Bununla yanaşı ailədə ana və atanın boşanmış olması, uşağın xoş olmayan bir evliliyə şahid olması, ya da insanın daha əvvəl yaşadığı bir münasibətin onu xəyal qırıqlığına uğratmış olması da bağlanma qorxusunu meydana gətirə bilər.

Yaxınlıq və bağlanma qorxusu olan şəxslər əlaqələrə etibarsızlıq və əlaqənin müvəffəqiyyətsiz nəticələnəcəyinə dair bir inancla başladıqları üçün bu hisslər və inam təbii olaraq onların davranışlarında da özünü göstərir və münasibətlərin mənfi yönə doğru çevrilməsinə səbəb olur.
Qadınlar niyə bağlanmaqdan qorxur?

Bağlanma qorxusu ilə əlaqədar araşdırmalarda, qadınların boşanma və ya atasız böyümə kimi ailədə meydana gələn incidici vəziyyətlər qarşısında dərindən təsirləndiyi müşahidə edildi. Araşdırmalarda qadının, ehtiyacı olduğu zaman rahatca axtarıb, kömək istəyə biləcəyi bir ata fiquruna sahib olub olmamasının, qadının sonrakı həyatında bağlanma qorxusu ilə birbaşa əlaqəli olduğu sübut edildi.

Bağlanma qorxusunun digər bir psixoloji səbəbi isə insanın keçmişdə yaşadığı travma və stress yaradan hadisələrlə əlaqədar insanlara güvənməkdə çətinlik çəkməsi və özünü davamlı təhlükə altında hiss etməsidir.

Bağlanma qorxusunun öhdəsindən necə gəlmək olar?

Qarşılıqlı empati və anlayışla bağlanma qorxusu və güvənsizlik hissi tədricən yox ola bilər. Qarşılıqlı empati insanın ətrafına qarşı hörmətinin, öyrənmə istəyinin, ətrafına qarşı olan diqqətinin və marağının artmasına kömək edə bilər. Bununla yanaşı qarşılıqlı ünsiyyət və anlayış insanın özünü ətrafındakılara qarşı müdafiə etməsinə son qoymasına və tənhalıqdan yaxa qurtarmasına da kömək edəcək. İnsan zamanla daxili cəhətdən rahatlayacaq və ətrafı ilə ünsiyyət qurmağa özü həvəs göstərəcək. Yəni, daxilindəki qorxu hissi ümidlə əvəz olunacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1429   Tarix: 31 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364