Azərbaycan XİN dən rus deputata cavab

Azərbaycan XİN dən rus deputata cavabAzərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin II katibi Könül Süleymanlı Rusiya Dövlət Dumasının üzvü Leonid Sluçkiyin Ermənistanda keçirdiyi mətbuat konfransında söylədiyi fikirləri şərh edib.

K.Süleymanlı deyib: "Leonid Sluçkiyə xatırlatmaq istərdik ki, onun səfər etdiyi Yerevan şəhərində faşist Almaniyasının SS birləşmələrinin generalları olan Njde Qareqin və Drasmat Kanayanın ("Dro") şərəfinə Ermənistanın "milli qəhrəmanları" kimi abidələr ucaldılıb, mərkəzi meydanlardan birinə Njde Qareqinin adı verilib. Leonid Sluçkiyin Ermənistanda görüşdüyü Ermənistanın hakim siyasi partiyasının rəsmi ideoloji əsasını isə "Njdexeizm" təşkil edir.

Leonid Sluçkiy millət vəkili kimi öz reallıq hissini itirməyərək faşizm üzərində qələbənin 70 illiyi ərəfəsində faşizmin qurbanı olmuş milyonlarla keçmiş SSRİ vətəndaşının ruhuna hörmət əlaməti olaraq, rəsmi Yerevan qarşısında faşist generallarının "qəhrəmanlaşdırılması" və onların şərəfinə hətta Moskvada tədbirlərin keçirilməsi məsələsinə münasibət bildirməli idi. Belə bir münasibətin bildirilməsi hələ də gec deyil.

Leonid Sluçkiyə onu da xatırlatmaq istərdik ki, erməni terror təşkilatı olan ASALA-nın təsisçilərindən olmuş və onlarla mülki insanın terror yolu ilə öldürülməsində şəxsən iştirak etmiş terrorçu Monte Melkonyanın da şərəfinə milli qəhrəman kimi Ermənistanda abidə ucaldılıb.

Radikal ideologiya əsasında həyata keçirilən etnik təmizləmə siyasətinin nəticəsidir ki, Ermənistan dünyada yeganə monoetnik dövlətdir. Ermənistan ərazisində tarixi torpaqlarında azərbaycanlılar etnik təmizləməyə məruz qalıblar. Ermənistanda yaşayan digər millətlər də bu siyasətin qurbanı olublar. SSRİ-nin süqutu ərəfəsində Ermənistan ərazisində 28-dən artıq rus kəndi olduğu halda, indi demək olar ki, onların heç biri qalmayıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışan Leonid Sluçkiyin görüşdüyü Ermənistan rəhbərliyinə Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal, təcavüz və qanlı etnik təmizləmə siyasətinə son soymağa dair çağırış etməsi daha təqdirəlayiq olardı.

Leonid Sluçkiyin tarixi təhrif etməsi və siyasiləşdirməsi əvəzinə, rəhbərlik etdiyi komissiyanın gündəliyinə Xocalı faciəsini çıxarması daha düzgün addım olardı.

Real rəqəmlərin fərqində olmayan Leonid Sluçkiy regionda "silah yarışması"ndan danışır. Leonid Sluçkiyin yaddaşını təzələmək istərdik ki, əhalisinin 50 faizə yaxını yoxsulluğun ən ifrat həddində yaşayan və xarici borcu ümumi daxili məhsulu bir neçə dəfə üstələyən Ermənistan ümumi daxili məhsulun adam başına düşən nisbətinə görə dünyada ən çox silahlanmış bir dövlətdir. Ermənistanın ianələr və xarici borclar hesabına silahlanma siyasəti Azərbaycana qarşı işğal və təcavüzün saxlanmasına xidmət edir. İşğal, təcavüz və ilhaqçı siyasətinə son qoyduğu halda Ermənistan silahlanmaya sərf etdiyi vəsaiti bərbad vəziyyətdə olan ölkənin inkişafı naminə istifadə edə bilərdi.

Leonid Sluçkiyin bu səpkidə çıxışı Azərbaycan ilə Rusiya arasında yaxın tərəfdaşlıq münasibətlərinə zərər vura bilər. O, təhrif edilmiş formada Azərbaycanda keçirdiyi görüşlərdən danışır. Bakıda olduğu zaman isə Azərbaycan rəhbərliyi ilə keçirdiyi görüşdə Azərbaycan ərazilərinin işğalına son qoyulmalı olduğunu bildirib və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib.

Onun qeyd olunan mülahizələri Azərbaycan-Rusiya əlaqələrinin ruhuna zidd olaraq, Azərbaycanın daxili işlərinə qarışmaq kimi başa düşülə bilər".

xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 860   Tarix: 30 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930