150 nəfərin ölümünə səbəb olan pilotun sevgilisindən tükürpədici açıqlama

150 nəfərin ölümünə səbəb olan pilotun sevgilisindən tükürpədici açıqlama"Nə demək istədiyini indi anladım".

Almaniyanın "Germanwings" aviaşirkətinə məxsus təyyarəni Fransada qəzaya uğradan və 150 nəfərin ölümünə səbəb olan ikinci pilot Andreas Lubitzin ayrıldığı sevgilisinə "elə bir şey edəcəm ki, adımı hər kəs duyacaq" dediyi məlum olub.

Aparılan araşdırmalardan məlum olub ki, A.Lubitz uçuşdan bir neçə gün əvvəl həddən artıq dərəcədə pul xərcləyib. Məlum olub ki, ikinci pilot qəzanın baş verməsindən bir neçə həftə əvvəl iki bahalı idman avtomobili alıb. Alman mətbuatında yer alan xəbərlərə görə, lüks idman avtomobillərinin ikisi də "Audi" markalı olub. Almaniyanın Focus jurnalı isə avtomobillərin Düsseldorf şəhərinin yaxınlığındakı avtosalondan satın alındığını bildirir. Avtosalondakı maşınların qiymətləri 50 min avrodan başlayır.

Digər tərəfdən, A.Lubitzin sevgilisi olduğu bildirilən və Maria ləqəbi ilə qəzetlərə müsahibə verən qadın ikinci pilotun ona "bir gün elə bir şey edəcəm ki, bütün sistem dəyişəcək. O zaman hər kəs mənim adımı öyrənəcək və məni xatırlayacaq" dediyini açıqlayıb.

A.Lubitzin sözlərinə o zaman bir məna verə bilmədiyini ifadə edən Maria "O, baş verənləri insanlardan saxlamağı çox yaxşı bilirdi. Nə demək istədiyini indi anladım", - deyə vurğulayıb.

Həmçinin aparılan araşdırmalar nəticəsində A.Lubitzin martın 10-da Düsseldorf xəstəxanasında psixoloji müalicə aldığı, ancaq bu barədə "Germanwings" aviaşirkətinə məlumat vermədiyi ortaya çıxıb.

Qeyd edək ki, "Lufthansa"nın törəmə şirkəti olan "Germanwings" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsi martın 24-də Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb və nəticədə 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya, Böyük Britaniya, Niderland, Kolumbiya, Meksika, Danimarka, Belçika, İsrail, Avstraliya, Venesuela və ABŞ vətəndaşları olub.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3027   Tarix: 30 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 402
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 1084
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 434
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. BİG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfat

24.04.2024 478
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

12:26 345
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 753
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24.04.2024 1341
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 142
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 48