AKP höküməti ilk dəfə çat verdi - VİDEO

AKP höküməti ilk dəfə çat verdi - VİDEOTürkiyədə yüksək rütbəli hakimiyyət nümayəndələri arasındakı qalmaqalın səbəbi seçkilərin yaxınlaşmasıdır. Hər şey baş nazirin müavini Bülent Arınc ölkə prezidenti Ərdoğanı kürd problemilə bağlı ittiham etməsindən başlayıb. Bunun əvəzində tərbiyəsiz sözünü eşidən Bülent Arınc da qarşı tərəfi cavabsız qoymayıb.

Türkiyədə parlament seçkilərinə 70 gündən də az bir vaxt qalıb. Əvvəlcədən də gözlənilirdi ki, seçkilər yaxınlaşdıqca siyasi gərginliklər də artacaq. Lakin bu gərginliyin hazırki hökumət içərisindən baş qaldıracağını isə heç kim ağlına belə gətirmirdi. Ankarada artıq üç gündür ki, iqtidar daxilində siyasi fikirlərin fərqliliyi pik nöqtəsindədir.

Ölkənin baş nazirinin müavini hökumət sözcüsü və hər zaman gündəmdə olan Bülent Arınc Türkiyənin qarşısına qoyduğu ən önəmli məsələsi olan kürd probleminin həllində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın artıq soyuqluq göstərdiyini açıqladıqdan sonra iqtidar daxili vəziyyət getdikcə gərginləşməyə başladı.

Bunun ardınca Ankara Böyükşəhər Bələdiyyə sədri Melih Gökçək Bülent Arıncı öz "Twitter" səhifəsində tərbiyəsiz adlandıraraq istefaya dəvət etdi və onu paralelçi olaraq günahlandırdı.

Baş nazirin müavini isə mətbuata açıqlama edərək bələdiyyə sədrini rüsvətxorluq və qanunsuz işlərə imza atmaqda ittiham edərək vəziyyəti daha da ağırlaşdırdı.

Hakim partiyanın iki nüfuzlu siyasətçisi arsında baş verən qarşılıqlı ittihamlara isə bələdiyyə sədri bu gün nöqtə qoymaq istədi. O, baş nazirdən susmaq qərarı aldığını açıqladı.

"İdarəetmənin bəzi sahələrində olanlar vəziyyəti daha da ağırlaşdırmaq məqsədilə bundan istifadə etdikləri üçün baş nazirdən susmaq qərarı aldım. Bu gündən etibarən bu barədə hər hansı bir açıqlama verməyəcəm", – deyə Melih Gökçək vurğulayıb.

Amma məsələnin əsas tərəfi bu deyil. İndi həm yerli, həm də xarici mətbuat Türkiyənin iqtidar partiyasındakı qütbləşmədən yazır. "Financial Times"da "Ərdoğan və xələfi arasında çat böyüyür" adlı məqaləsində deyilir ki, Türkiyədə hakimiyyətdaxili çəkişmə artır. Qəzetin yazdığına görə, Ərdoğan Davudoğlunun səlahiyyətlərinin çoxunu almağa çalışır. Və bunun üçün onun dəstəyinə ehtiyacı var. Davudoğlu isə öz səlahiyyətlərini prezidentə verməkdə çox da istəkli görünmür. Digər mətbuat orqanı isə yazır ki, artıq Ərdoğanı partiyada təkləmə əməliyyata gedir. Və silahdaşlarının əksəriyyəti onu prezident görmək istəmir.

Siyasi ekspertlərin fikrincə, bütün bunlar AKP hökumətini zəiflədəcək və iki ay sonra Türkiyədə keçiriləcək parlament seçkilərinə ciddi təsir edəcək. İqtidarda baş verənlərə baş nazir Davudoglu hər iki partiya üzvünün səhv etdiyini və qanun qarşısında cavab verəcəklərini bildirməklə kifayətlənib. Rəcəb Tayyib Ərdogan isə mətbuata bu barədə heç bir açıqlama etməyib.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 952   Tarix: 28 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988